BAKI,AzerVoice
Türkiyədə səkkiz cinayıtkar qruplaşmaya qarşı keçirilə əməliyyatlarda 63 nəfər saxlanılıb, onlardan 48-i həbs edilib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaım edib.
Nazir yeddi şəhərdə keçirdiyi əməliyyatlar nəticəsində səkkiz mütəşəkkil cinayətkar qruplaşmaya qarşı genişmiqyaslı əməliyyat aparıldığını və bu əməliyyatlarda 63 nəfərin saxlanıldığını, onlardan 48-nin həbs edildiyini açıqlayıb.
Əməliyyatlar zamanı 9 ədəd qanunsuz odlu silah, 392 kiloqram toz halında narkotik maddə, narkotik istifadəsi üçün müxtəlif avadanlıqlar, ümumi dəyəri 28 milyon lirə olan 5 ədəd çek a, mobil telefonlar, yaddaş kartları, müxtəlif sənədlər, kəsici-deşici silahlar ələ keçirilib.
Ali Yerlikaya əməliyyatları uğurla həyata keçirən jandarma qüvvələrini təbrik edib.