Bakı, AzerVoice
Türkiyənin İstanbul və Çanaqqala boğazlarında sıx duman
səbəbindən görmə məhdudiyyəti ilə əlaqədar gəmilərin hərəkəti hər
iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.
AzerVoice xəbər verir ki, Nəqliyyat və
İnfrastruktur Nazirliyinin yaydığı məlumata görə, səhər
saatlarından başlayaraq müşahidə edilən sis səbəbilə gəmilərin
görmə qabiliyyəti ciddi şəkildə azalıb.
Dumanın təsiri ilə İstanbulda bərə reysləri də çətinliklərlə üzləşib. City Lines şirkəti tərəfindən verilən açıqlamada, Anadolu Kavağı-Üsküdar, Beykoz-Eminönü Boğaziçi Xətti və Rumeli Kavağı-Eminönü reyslərinin dayandırıldığı bildirilib.
Hazırda hava şəraitinin yaxşılaşması gözlənilir və vəziyyət nəzarətdə saxlanılır. Gəmilərin hərəkətinə nə vaxt icazə veriləcəyi , hava şəraitinin yaxşılaşmasından asılı olacaq.