Türk Dövlətləri

Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Ukraynaya türk əsgərinin göndəriləcəyi ilə bağlı iddialara aydınlıq gətirib. Açıqlama, Nazirlikdə keçirilən həftəlik mətbuat brifinqindən sonra jurnalistlərin suallarına cavab verilərkən səsləndirilib. Türkiyə MN rəsmiləri bildiriblər ki, harada barış və sabitlik ehtiyacı yaranırsa, ilk olaraq Türk Silahlı Qüvvələrinin xatırlanması TSQ-nin imkan və qabiliyyətlərinin, eləcə də yüksək deterrent gücünün göstəricisidir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Almaniya xarici işlər naziri Yohann Vadepulun dəvəti ilə Berlini ziyarət edəcək. Bu, Fidanın Almaniyaya ilk ikitərəfli səfəri olacaq. Fidanın səfər çərçivəsində Almaniyadakı türk icması və iş adamlarıyla görüşməsi, həmçinin Almaniya tərəfi ilə siyasi, iqtisadi və müdafiə əməkdaşlığını müzakirə etməsi planlaşdırılır. Türkiyə–AB münasibətləri, Gömrük Birliyinin yenilənməsi, viza sərbəstisi və enerji–nəqliyyat sahələrində əməkdaşlıq gündəmin əsas mövzuları olacaq.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, Livan ilə Cənubi Kipr Rum Administrasiyası (GKRY) arasında imzalanan Xüsusi İqtisadi Zona (MEB) Sərhədlərinin Məhdudlaşdırılması Sazişi ilə bağlı açıqlama verib. Keçeli sosial media hesabında yayımladığı açıqlamada bildirib. “Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti ilə birlikdə, Kipr türklərinin hüquq və maraqlarını qorumağa davam edəcək.”- deyə Keçəli qeyd edib. O, GKRY-nin 2003-cü ildən bəri adanın bərabər tərəfi olan Kipr türklərini nəzərə almadan bölgədəki sahilyanı ölkələrlə dəniz sahələrinin sərhədlərini müəyyən edən ikitərəfli sazişlər imzaladığını xatırladıb. Keçeli qeyd edib ki, Livan ilə 2007-ci ildə imzalanmış, lakin qüvvəyə minməmiş saziş dünən yenidən təsdiqlənib.

İmralı Adasında həbsdə olan Abdullah Öcalan ilə keçirilən görüşdə ona ünvanlanan sualların məzmunu ilk dəfə olaraq üzə çıxıb. TBMM daxilində fəaliyyət göstərən Milli Birlik, Qardaşlıq və Demokrasiya Komissiyasının üzvləri adaya gedərək Abdullah Öcalan ilə təxminən 2 saat 50 dəqiqə davam edən görüş keçiriblər. Heyətdə AK Parti sədrinin müavini Hüseyin Yayman, MHP sədrinin müavini Feti Yıldız və DEM Parti fraksiya rəhbərinin müavini Gülistan Kılıç Koçyiğit yer alıb.

Türkiyənin laylı hava müdafiə sistemi “Çelik Kubbe”nin gücləndirilməsi məqsədilə yeni raket və hava müdafiə sistemlərinin kütləvi istehsalına dair ümumi dəyəri 6,5 milyard dollar olan müqavilələr imzalanıb. Müqavilələrin imzalanması mərasimi Müdafiə Sənayesi İdarəsinin koordinasiyası ilə 25 noyabrda HAVELSAN-ın ev sahibliyində keçirilib. Tədbirdə Müdafiə Sənayesi İdarəsinin rəhbəri professor Haluk Görgün, idarə rəisinin müavini Hüseyn Avşar, ASELSAN-ın baş direktoru Ahmet Akyol, Roketsan-ın baş direktoru Murat İkinci, Türk Silahlı Qüvvələrinin nümayəndələri və müdafiə sənayesi təmsilçiləri iştirak ediblər.

İstanbulda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. Hücum həyata keçirmək üçün partlayıcı maddə əldə etdikləri müəyyən edilən 14 şübhəli saxlanılıb. İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi əməkdaşları İŞİD terror təşkilatının fəaliyyətlərinin qarşısını almaq və həmin fəaliyyətləri ifşa etmək istiqamətində işlərini davam etdirir. Aparılan araşdırmalar zamanı terror təşkilatı adından hücum planlamaq üçün partlayıcı əldə edən, həmçinin münaqişə bölgələri ilə əlaqəli fəaliyyət göstərən şübhəlilərin kimlikləri və ünvanları müəyyən edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə bağlı “Könüllülər Koalisyonu Liderlər Zirvəsi”nin onlayn formatda keçirilən iclasında iştirak edib. İclasda Ukrayna–Rusiya müharibəsində son vəziyyət, atəşkəs təşəbbüsləri və diplomatik səylər müzakirə olunub.

25 noyabr 2025-ci il tarixində Astanada “Dünya Musiqisi” (“Әлем Әуені”) Beynəlxalq İncəsənət Festivalı çərçivəsində İncəsənət Muzeyinin təntənəli açılış mərasimi keçirilib. Tədbir Astana şəhər Akimliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Astana şəhərində təşkil olunub.

Türkiyədə Şanluurfa rayonunda yerləşən məhkəmə binasının anbarında naməlum səbəbdən partlayış baş verib. Partlayış nəticəsində anbarda yanğın başlayıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər, polis və xüsusi təyinatlı qruplar cəlb olunub, ərazidə təhlükəsizlik tədbirləri görülüb. Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlamasında bildirib ki, partlayış zamanı zabit katibin yaralandığını qeyd edib. Nazir yaralının tezliklə sağalmasını arzuladığını bildirib.