Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Ərdoğan Ukrayna üzrə Liderlər Zirvəsində iştirak edib

    26 Noyabr 2025 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ərdoğan Ukrayna üzrə Liderlər Zirvəsində iştirak edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice,Orxan Qədirzadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə bağlı “Könüllülər Koalisyonu Liderlər Zirvəsi”nin onlayn formatda keçirilən iclasında iştirak edib. İclasda Ukrayna–Rusiya müharibəsində son vəziyyət, atəşkəs təşəbbüsləri və diplomatik səylər müzakirə olunub.

    AzerVoice xəbər verir ki, bu barədə məlumatı Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran sosial şəbəkə hesabında yayıb.

    Burhanəddin Duran bildirib ki, Prezident Ərdoğan toplantıda münaqişənin tezliklə ədalətli və davamlı sülhlə nəticələnməsi üçün Türkiyənin diplomatik vasitəçilik səylərini davam etdirdiyini vurğulayıb.

    Ərdoğan qeyd edib ki, Ukrayna və Rusiya arasında birbaşa danışıqlar yenidən İstanbulda təşkil oluna bilər və Ankara bu istiqamətdə hər iki tərəflə təmasları davam etdirir.

    Toplantıda Türkiyə tərəfindən əlavə olaraq bildirilib ki, enerji və liman infrastrukturlarını əhatə edən genişmiqyaslı atəşkəs mexanizmi, gələcək sülh müqaviləsi üçün əlverişli zəmin yarada bilər.

    İclasda 35 ölkənin nümayəndələri iştirak edib və tərəflər arasında daimi sülhün təmin olunması üçün mümkün addımlar müzakirə olunub.

    Toplantıda Prezident Ərdoğana Vitse-prezident Cevdət Yılmaz, Xarici İşlər naziri Hakan Fidan, Kommunikasiya rəhbəri Burhanəddin Duran, Prezidentin təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıç, Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini Çağrı Erhan, AKP sözçüsü Ömər Çelik müşayiət edib.

    #Türkiyə Ukrayna danışıqları #İstanbulda sülh danışıqları #Ərdoğan Ukrayna Zirvəsi #Rusiya-Ukrayna münaqişəsi diplomatiya #Atəşkəs təşəbbüsləri #Könüllülər Koalisyonu toplantısı #Enerji infrastrukturu atəşkəs planı #Türkiyə vasitəçilik rolu #İstanbul sülh prosesi #Ukrayna-Rusiya barışıq danışıqları #Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik səyləri #İstanbulda keçirilə biləcək sülh danışıqlarının detalları #Ərdoğanın Ukrayna müharibəsi ilə bağlı son diplomatik mesajı #Enerji və liman infrastrukturunu əhatə edən atəşkəs modeli #35 ölkənin qatıldığı Ukrayna liderlər zirvəsinin nəticələri #Türkiyənin regional sülh təşəbbüslərinin təsiri və perspektivləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    1 Sentyabr 2026 22:45

    Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

    1 Sentyabr 2026 15:53

    Prezident İlham Əliyev: Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyirik

    1 Sentyabr 2026 14:08

    İraq alıcılıq qabiliyyəti üzrə dünya reytinqində neçənci yerdədir?

    1 Sentyabr 2026 12:25

    Bişkekdə ŞƏT sammitinin yekunlarına dair 28 sənəd imzalanıb

    1 Sentyabr 2026 12:23

    İraqda mənzilsiz ailələrə dövlət dəstəyi - torpaq pulsuz paylanacaq

    1 Sentyabr 2026 12:07

    Kərim Benzema karyerasını başa vurmağa hazırlaşır

    1 Sentyabr 2026 10:58

    Ərdoğan və Volodimir Zelenski Dolmabahçedə bir araya gəliblər

    4 Aprel 2026 17:05

    Nüvə Silahı Təklif Edilsəydi, Məmnuniyyətlə Qəbul Edərdik - Zelenski

    28 Fevral 2026 09:48

    Avstraliya Rusiya ilə əlaqəsi olan 180 şəxs və təşkilata qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib

    24 Fevral 2026 12:39

    Tramp və Zelenski 28 Dekabrda Floridada sülh planını müzakirə edəcək

    26 Dekabr 2025 17:26

    Ukraynaya qüvvə göndərilməsi üçün əvvəlcə atəşkəs təmin olunmalıdır - Türkiyə MN

    27 Noyabr 2025 14:58
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.