Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Türkiyənin tibb sahəsində dünyada bənzəri olmayan bir xəzinəsi var - Selçuk Bayraktar

    26 Noyabr 2025 04:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin tibb sahəsində dünyada bənzəri olmayan bir xəzinəsi var - Selçuk Bayraktar
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice,Orxan Qədirzadə

    Baykar İdarə Heyətinin sədri və texnologiya lideri Selçuk Bayraktar Türkiyənin sahib olduğu e-Nabız tibbi məlumat bazasının “dünyada analoqu olmayan strateji xəzinə” olduğunu bildirib. O, süni intellekt dövründə “sağlıqda tam müstəqillik” üçün yeni yol xəritəsinin müəyyən edilməsinin vacibliyini vurğulayıb.

    AzerVoice xəbər verir ki, Bayraktar bu fikirləri İstanbulda keçirilən 11-ci Türk Tibb Dünyası Qurultayı çərçivəsində təşkil olunan “Sağlıqda Tam Müstəqillik: Milli Texnologiya Hərəkatının Yeni Yol Xəritəsi” panelində səsləndirib.

    Bayraktar pandemiyanın qlobal tədarük zəncirlərinin nə qədər zəif olduğunu göstərdiyini, hətta inkişaf etmiş ölkələrin belə sadə tibbi avadanlıqların istehsalında çətinlik çəkdiyini qeyd edib. O bildirib ki, yerli şirkətlərin birgə səyləri nəticəsində Türkiyə çox qısa müddətdə respirator cihazlarını seriya istehsalına hazır vəziyyətə gətirib və 30-dan çox ölkəyə ixrac edib.

    Bayraktar Türkiyənin ən böyük imkanının milyonlarla insanın illərdir toplanan tibbi məlumat bazası olduğunu söyləyib.

    “Əlimizdə işlənməmiş nəhəng bir xəzinə var — e-Nabız məlumatları. Bu, dünyada bənzəri olmayan məlumat toplusudur. Ancaq bu məlumat işlənmədikcə real fayda vermir.”- Bayraktar deyib.

    O, bu məlumatların tam məxfilik və qanunvericiliyə uyğun şəkildə anonimləşdirilərək tədqiqatçılara və inkişaf etdiricilərə açılmasının vacibliyini vurğulayıb. Bunun üçün universitet və xəstəxanalar çərçivəsində “Sağlıq Teknoparkları” yaradılmasını təklif edib.

    Bayraktar müdafiə sənayesində əldə edilən uğurun əsas səbəbinin mühəndislərin sahədə əsgərlərlə birgə çalışması olduğunu deyib və bunun səhiyyə sektoruna da tətbiq edilməsinin vacibliyini bildirib:

    “Texnologiyanı inkişaf etdirənlər həkimlərlə çiyin-çiyinə çalışmalıdır — klinikada, əməliyyatxanada. Ancaq o zaman tibb və mühəndislik real şəkildə birləşə bilər.”- o, deyib

    Bayraktar vurğulayıb ki, yaşlanan əhali və artan xəstə yükü səbəbindən həkimlər xəstələrinə kifayət qədər vaxt ayıra bilmir və bu problemi aradan qaldırmağın ən real yolu süni intellektdən istifadə etməkdir.

    Onun sözlərinə görə, süni intellekt köməkçiləri, qərar dəstək sistemləri, fərdiləşdirilmiş dərmanların hazırlanması, genetik araşdırmaların aparılması və molekulların sintezi kimi sahələrdə tətbiq olunacaq yeni texnologiyalar həm həkimlərin işini yüngülləşdirəcək, həm də tibbi xidmətin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.

    Bayraktar gəncləri səhiyyədə süni intellekt sahəsinə yönəlməyə çağırıb.

    Bayraktar e-Nabız sisteminin inkişaf etmiş ölkələrdən daha irəli səviyyədə olduğunu qeyd edib və məlumatların qorunması şərtilə dünya üzrə nüfuzlu universitetlərlə əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib.

    O həmçinin Can Sağlığı Vəqfinin MIT tədqiqatçıları ilə birlikdə ağciyər xərçənginin süni intellektlə erkən aşkarlanması üzrə proqram hazırladığını açıqlayıb.

    #Selçuk Bayraktar: e-Nabız tibbi məlumatları dünyada bənzəri olmayan strateji xəzinədir #Bayraktar: Türkiyə süni intellekt əsrində səhiyyədə yeni mərhələyə keçməlidir #Türkiyədə səhiyyə texnologiyalarında yeni istiqamət: Sağlıq Teknoparkları gəlir #Bayraktar: Səhiyyədə süni intellekt tam müstəqilliyin açarıdır #Türkiyənin e-Nabız bazası: Dünyanın ən böyük tibbi məlumat xəzinəsi #Selçuk Bayraktar: e-Nabız — Türkiyənin rəqəmsal səhiyyə sərvəti #Türkiyə səhiyyədə AI strategiyasını yeniləyir #Türkiyənin e-Nabız məlumat bazası: Bayraktardan strateji çağırış #• e-Nabız məlumat bazası #• Türkiyə səhiyyə texnologiyaları #• Selçuk Bayraktar çıxışı #• süni intellekt və tibb inteqrasiyası #• səhiyyədə texnoloji müstəqillik #• Sağlıq Teknoparkları #• tibbi məlumatların anonimləşdirilməsi #• Türkiyənin yerli respirator istehsalı #• tibb və mühəndislik sintezi #• səhiyyədə AI köməkçiləri #• böyük tibbi məlumat toplusu #•MIT Türkiyə əməkdaşlığı #• tibb sahəsində qarşıdakı trendlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər ərzaq təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayır

    27 Avqust 2026 14:03

    Netanyahu Yəhya Sinvarla gizli əlaqə saxlayıb? Liberman araşdırma tələb edir

    27 Avqust 2026 13:27

    İordaniya görüşündən sonra İsrail-Suriya razılaşması mümkün olacaqmı?

    27 Avqust 2026 12:57

    Küveyt qapılarını xarici biznesə açır - Azərbaycan şirkətləri və investorları üçün yaranan fürsətlər hansılardır?

    27 Avqust 2026 11:22

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Türk donanmasında PUA inqilabı - KALKAN korvet və desant gəmilərinin göyərtəsində

    27 Avqust 2026 09:48

    Napoleon niyə Misirdəki ordusunu qoyub gizlicə Parisə qaçdı?

    27 Avqust 2026 09:00

    Çindən birbaşa Səudiyyəyə yeni xətt - "ONE" nəhəng gəmiçilik xidmətini işə saldı

    27 Avqust 2026 07:33

    12 milyard dollarlıq sirr - Suriyanın dövlət ehtiyatı Hafiz Əsədin adına olub?

    27 Avqust 2026 06:00

    Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?

    27 Avqust 2026 03:00

    Səmərqənd və Buxaranın xəzinələri Qətərdə nümayiş oluancaq

    26 Avqust 2026 21:44

    Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

    26 Avqust 2026 21:17
    XƏBƏR LENTİ

    Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

    Qətər ərzaq təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayır

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    Netanyahu Yəhya Sinvarla gizli əlaqə saxlayıb? Liberman araşdırma tələb edir

    İordaniya görüşündən sonra İsrail-Suriya razılaşması mümkün olacaqmı?

    İsrail Suriyə və Livana niyə eyni vaxtda hücuma keçdi?

    Nüvə sənayemiz dünyanın aparıcı ölkələri ilə eyni səviyyədədir - İranın nüvə rəhbəri

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

    Rusiyada “Ozon”un iki logistika mərkəzinə PUA hücumu edilib

    Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.