Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Konqodakı düşərgədə azı 30 ölüm qeydə alınıb, Ebola virusunun sürətlə yayıldığı ehtimal edilir

    20 İyun 2026 21:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Konqodakı düşərgədə azı 30 ölüm qeydə alınıb, Ebola virusunun sürətlə yayıldığı ehtimal edilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    Konqo Demokratik Respublikasının şimal-şərqində məcburi köçkünlərin yerləşdiyi düşərgələrdən birində may ayının əvvəlindən bəri azı 30 nəfərin öldüyü bildirilib.

    VOA xəbər verir ki, düşərgə rəhbərliyi bu ölüm göstəricisinin indiyədək görünməmiş səviyyədə olduğunu açıqlayıb.

    Məlumata görə, ölən şəxslərdən bəzilərində Ebola virusu təsdiqlənib ki, bu da xəstəliyin bölgədə sürətlə yayıla biləcəyi ilə bağlı narahatlıqları artırıb.

    Söhbət Konqo Demokratik Respublikasında Ebola epidemiyasının mərkəzi hesab olunan Buniya şəhərində yerləşən Kiqonze düşərgəsindən gedir.

    Düşərgə nümayəndələrinin və "Karitas" humanitar təşkilatının bildirdiyinə görə, bütün ölüm hallarının səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

    Buna səbəb isə xəstələrin və onların yaxınlarının uzun müddət Ebola testindən keçməkdən imtina etməsi olub.

    Məlumata əsasən, yalnız son günlərdə bəzi şəxslər müayinəyə razılıq veriblər.

    Səhiyyə qurumları və humanitar təşkilatlar bölgədə vəziyyəti diqqətlə izləyir və virusun daha geniş yayılmasının qarşısını almaq üçün tədbirlərin gücləndirildiyini bildirirlər.

    #Afrika #epidemiya #Konqo Demokratik Respublikası #Ebola virusu #səhiyyə böhranı #Məcburi köçkünlər #Humanitar Vəziyyət #Buniya #Kiqonze düşərgəsi #Karitas #yoluxucu xəstəlik #ictimai sağlamlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan Afrika Respublikasına başsağlığı verib

    20 Avqust 2026 12:10

    Livanda 860 minə yaxın məcburi köçkün evinə qayıdıb, böhran isə davam edir - BMT

    18 Avqust 2026 19:46

    Qəzzada ölənlərin sayı 73 389-a çatıb

    13 Avqust 2026 17:40

    Müharibə səbəbindən didərgin düşmüş 800 mindən çox livanlı evlərinə qayıdır - BMT

    5 Avqust 2026 18:37

    Qəzzada ölənlərin sayı 73 377-yə çatıb

    4 Avqust 2026 18:22

    Ölənlərin sayı 73 375-ə çatıb - Qəzza Səhiyyə Nazirliyi

    3 Avqust 2026 19:00

    Qəzza Səhiyyə Nazirliyi iyul ayı üzrə itkilərin statistikasını açıqlayıb

    1 Avqust 2026 20:18

    Son 48 saatda İsrailin hücumları nəticəsində 7 nəfər ölüb - Qəzza Səhiyyə Nazirliyi

    1 Avqust 2026 18:07

    İsrail Qəzzada "Sarı xətt" adlandırılan məhdud ərazini genişləndirməyə davam edir - BMT

    30 İyul 2026 19:54

    Livanda mart ayından bəri dörd mindən çox insan ölüb

    28 İyul 2026 19:41

    İordan çayının qərb sahilində 1330 məskunlaşmaçı insidenti qeydə alınıb - BMT

    28 İyul 2026 18:23

    Livanda təkrar köçkünlük insanlar arasında ümidsizlik və yorğunluq yaradıb - BMT rəsmisi

    27 İyul 2026 20:47
    XƏBƏR LENTİ

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.