Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    SYS Qrup PUA əleyhinə müdafiə sistemini beynəlxalq arenaya çıxardı

    20 Aprel 2026 21:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    SYS Qrup PUA əleyhinə müdafiə sistemini beynəlxalq arenaya çıxardı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Samsun Yurt Savunma (SYS Qrup), müasir döyüş meydanlarının ən böyük təhdidlərindən biri olan dron hücumlarına qarşı hazırladığı İHA Əleyhinə Yeni Nəsil Mobil Müdafiə sistemini (C-UAS) beynəlxalq səviyyədə ilk dəfə Malayziyada keçirilən DSA 2026 sərgisində dünyaya təqdim etdi.

    Asiya-Sakit okean regionunun ən nüfuzlu müdafiə tədbirlərindən biri olan DSA 2026 (Defence Services Asia), aprelin 23-nə qədər paytaxt Kuala-Lumpurda ziyarətçilərini qəbul edir. Türk müdafiə sənayesinin qlobal təmsilçisi SYS Qrup, bu platformada həm regiondakı mövqeyini gücləndirməyi, həm də asimmetrik müharibə üsullarına qarşı inqilabi həllini nümayiş etdirməyi hədəfləyir.

    Dəyişən dünya dinamikası və asimmetrik döyüş metodları, müdafiə strategiyalarında yüksək performansla yanaşı, dayanıqlı və iqtisadi cəhətdən səmərəli həlləri zəruri edir. SYS Qrupun yeni memarlığı, sürü dron hücumlarından taktiki İHA-lara qədər geniş diapazondakı təhdidləri, ənənəvi hava müdafiə raketləri ilə müqayisədə qat-qat aşağı əməliyyat xərcləri ilə zərərsizləşdirməyə imkan verir.

    Sisteminin əsas komponentləri: Rəqəmsal inteqrasiya və atəş gücü

    Sözügedən müdafiə memarlığı müxtəlif mənzil qatlarında yüksək məhv etmə qabiliyyəti təqdim edən bir neçə mühüm elementdən ibarətdir:

    UNIROBOTICS: Sistemin onurğasını təşkil edir və yüksək dəqiqlikli TRAKON RCWS (Uzaqdan Komandalı Silah Sistemləri) vasitəsilə rəqəmsal inteqrasiyanı təmin edir.

    CANiK Ağır Pulemyotları: Dəqiqədə 1200 atış sürətinə malik CANiK M3, 950 atışlı M2F və 650 atışlı M2 QCB modelləri ilə sarsıdıcı çəkindiricilik yaradır.

    AEI Systems: 30x113 mm çaplı, aşağı geri təpməli və tənzimlənən atış sürətinə malik VENOM LR orta kalibrli topu ilə sistemin atəş gücünü zirvəyə daşıyır.

    SYS Qrupunun rəhbərliyi qeyd edir ki, müasir müharibə mühiti artıq təkcə güclü sistemlər deyil, həm də miqyası artırıla bilən və davamlı həllər tələb edir. C-UAS memarlığı sürətli çatdırılma, təhlükəsiz tədarük zənciri və istənilən platformaya asan inteqrasiya imkanları ilə region ordularının modernizasiya layihələrində kritik həll ortağı olmağa iddialıdır.

    Sərgi çərçivəsində SYS Qrup şirkətləri bu yeni texnologiyanı real döyüş ssenariləri üzərindən təqdim edərək Asiya-Sakit okean bazarındakı mövcud əməkdaşlıqlarını genişləndirməyi planlaşdırır.

    #CANİK #Samsun Yurt Savunma (SYS Qrup) #SYS Qrup #Samsun Yurt Savunma #C-UAS #Defence Services Asia #TRAKON RCWS #UNIROBOTICS #CANiK Ağır Pulemyotları #VENOM LR
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    KAAN layihəsində növbəti uğur əldə olunub

    31 İyul 2026 15:10

    İraq ABŞ və İran arasında necə siyasət yürüdür?

    31 İyul 2026 09:00

    Terrorsuz Türkiyə prosesi ümumi amnistiya deyil - Numan Kurtulmuş

    30 İyul 2026 14:27

    İraqla təhlükəsizlik əməkdaşlığı fasiləsiz davam edir - Türkiyə Milli Müdafiə Nazirliyi

    30 İyul 2026 14:13

    Davudoğlunun partiyanı ləğv etməsi TBMM-də “Yeni Yol” qrupunu riskə atdı

    30 İyul 2026 14:09

    Gələcək Partiyasının fəaliyyətini dayandırmasından sonra deputatların siyasi gələcəyi müzakirə olunur

    30 İyul 2026 10:54

    Hakan Fidan HƏMAS-ın yeni rəhbəri ilə görüşüb, Türkiyə Fələstinə dəstəyini bir daha bəyan edib

    30 İyul 2026 10:51

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Dronlara qarşı yeni qalxan – UNIROBOTICS SAHA 2026-da strateji sistemi təqdim edəcək

    24 Aprel 2026 11:10

    CANiK ABŞ bazarındakı iddiasını böyüdür

    18 Aprel 2026 15:15

    CANİK TTI Combat dünyanın ən yaxşı silahı seçilib

    16 Sentyabr 2024 07:30

    CANİK Malayziyada müdafiə sistemlərini nümayiş etdirir

    7 May 2024 12:42
    XƏBƏR LENTİ

    ABŞ-də F-35B qırıcı təyyarəsi qəzaya uğradı, pilot xilas oldu

    Tarixdə bu gün - 1 Avqust

    BMT Baş katibi HƏMAS-la bağlı razılaşmanı müsbət qiymətləndirib

    Ağ Ev FIFA Dünya Çempionatı ilə bağlı təhlükəsizlik nəticələrini açıqlayıb

    Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib

    İsrailin pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Deyr əl-Bələhdə bir neçə nəfər yaralanıb

    Hörmüz boğazı açıqdır, İran ona nəzarət etmir - ABŞ

    NXP şirkəti Ambarella-nı satın almaq üçün danışıqlar aparır

    İranın aktivlərini bütün dünyada axtarırıq - Skott Bessent

    Netanyahunun siyasəti İsraildə yenidən tənqid hədəfinə çevrilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.