Türk Dövlətləri

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İrandan Türkiyəyə təbii qaz axınını tənzimləyən müqavilənin yaxın aylarda başa çatacağını bildirib. VOA xəbər verir ki, nazir iki ölkə arasında müqavilənin uzadılması imkanlarının müzakirə oluna biləcəyini, lakin hazırda heç bir rəsmi danışıqların aparılmadığını vurğulayıb. Jurnalistlərə açıqlama verən Bayraktar, Ankaranın qaz tədarükünü şaxələndirməyə çalışdığını, bura Rusiyadan gələn mayeləşdirilmiş təbii qaz (LNG) yüklərinin də daxil olduğunu qeyd edib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan şənbə günü Antalyada türkiyəli həmkarı Hakan Fidan, Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar və Misirin xarici işlər naziri Bədr Abdelatti ilə dördtərəfli görüşdə iştirak edib. Beşinci Antalya Diplomasi Forumu çərçivəsində keçirilən bu görüş regionda artan gərginliyin azaldılmasına yönəlmiş diplomatik səylərin tərkib hissəsidir.

Kipr problemi və ŞKTC-nin xarici siyasəti ilə bağlı bütün addımlar Türkiyə ilə məsləhətləşmələr çərçivəsində atılır və bu proses bundan sonra da davam edəcək. Bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Ərhürman bildirib. ŞKTC lideri bu fikirləri "Antalya Diplomasi Forumu (ADF) 2026"-da iştirakı çərçivəsində "Anadolu" agentliyinin müxbirinə verdiyi müsahibədə səsləndirib.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Antalya Diplomatik Forumu çərçivəsində keçirilən Balkan Sülh Platformasının 3-cü iclasına sədrlik edib. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, iclas platformanın regionda sülh, dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən fəaliyyətlərinin davamı kimi təşkil olunub. Görüşdə Balkan ölkələri arasında siyasi koordinasiya, regional sabitlik və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Məlumata görə, KOVAN sistemi Türkiyənin strateji qurumlarında korporativ informasiya sistemlərinin təmin edilməsi məqsədilə inkişaf etdirilib və artıq ölkə daxilində bir sıra dövlət qurumlarında tətbiq olunur. Sistem Prezident Administrasiyası Müdafiə Sənayesi İdarəsi, BOTAŞ, Ali Seçki Şurası, HAVELSAN və Teknopark İstanbul kimi qurumlarda istifadə edilir.

ABŞ bazarında öz sahəsində ən böyük 4-cü marka olan CANiK, Floridadakı CANiK USA fabrikinin tam gücü ilə fəaliyyətə başlamasından sonra mövqeyini daha da möhkəmləndirir. Brend artan istehsal imkanları ilə yeni hədəflərə çatmaq məqsədilə Houston şəhərində keçirilən NRA Show 2026 sərgisinə qatılıb.