Türk Dövlətləri

Türkiyənin AFAD və Türk Qızılayı tərəfindən hazırlanan, daxilində 730 ton humanitar yardım olan gəmi Livanın paytaxtı Beyrutun limanına çatıb. İsrailin hücumları nəticəsində ölkə daxilində bir milyondan çox insanın (əhalinin təxminən 20%-i) didərgin düşməsi fonunda göndərilən bu yardım paketinə 7 min 200 çadır, 10 mindən çox qida bağlaması, 28 min ədyal və minlərlə gigiyena dəsti daxildir. Yardımların Livan Yüksək Yardım Komitəsinə təhvil verilərək qısa müddətdə sığınacaq mərkəzlərində və ondan kənarda yaşayan ehtiyac sahibi ailələrə paylanması planlaşdırılır.

Türkiyənin Malatya şəhərinin Battalqzi rayonunda 4,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanların gücü 4,4 maqnituda (Mw) təşkil edib. AFAD-ın açıqlamasına görə, zəlzələ ocağı təxminən 16,36 kilometr dərinlikdə yerləşib.

2026-ci ilin yanvar-mart ayında Türkiyədə BƏƏ kapitalı ilə 3 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 500 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 190 milyon 200 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Türk Dəniz Qüvvələri, yerli və milli müdafiə layihələri çərçivəsində mühüm bir mərhələyə yaxınlaşarkən, milli aviadaşıyıcı gəmi layihəsində kritik bir məqama gəlib çatılıb. Dəniz Qüvvələri Komandanı, admiral Ercüment Tatlıoğlu, gəminin inşa prosesinin planlaşdırıldığı şəkildə irəlilədiyini və gələn il dənizə endirilməsinin hədəfləndiyini bəyan edib. Cənubi Egey dənizində keçirilən “KURTARAN-2026 Sualtı Axtarış-Xilasetmə Dəvət Təlimi” zamanı açıqlama verən Tatlıoğlu, Türk Dəniz Qüvvələrinin güclü və müasir bir donammaya sahib olduğunu vurğulayıb. Hazırda gəmiqayırma zavodlarında 41 döyüş gəmisinin eyni vaxtda inşa edildiyini bildirən Tatlıoğlu, bu sayın yaxın dövrdə 50-yə çatmasının gözlənildiyini ifadə edib.

Türkiyə Xarici İşlər Nazirliyi Malinin müxtəlif bölgələrində törədilmiş qanlı terror aktlarını qətiyyətlə pisləyən rəsmi bəyanat yayıb. Nazirliyin yazılı açıqlamasında bu hücumlar "mənfur aktlar" kimi xarakterizə edilib və Türkiyənin hadisə ilə bağlı dərin kədər hissi keçirdiyi vurğulanıb. Bəyanatda deyilir: "Malinin müxtəlif bölgələrində bu gün meydana gələn terror hücumlarını güclü şəkildə qınayırıq. Bu mənfur hücumlarda həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaxınlarına və qardaş Mali xalqına dərin hüznlə başsağlığı veririk."

Məlumata görə, Cənub-Şərqi Asiyadan yola çıxan narkotik yüklü gəmi əvvəlcə İsgəndəriyyə, daha sonra Beyrut limanlarına daxil olub və son olaraq Lazkiyə limanına çatıb. Əldə olunan kəşfiyyat məlumatı əsasında 16 aprel tarixində keçirilən əməliyyat zamanı konteynerdə gizlədilmiş 236 kiloqram narkotik maddə aşkar edilərək götürülüb. Rəsmi məlumatda müsadirə edilən maddənin bazar dəyərinin təxminən 300 milyon lirə olduğu bildirilib.

Türkiyədə məktəb və ətraf ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün 81 vilayət valiliyinə yeni təlimat göndərilib. Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Mustafa Çiftçinin imzası ilə göndərilən sənəddə məktəblərdə qoruyucu və qabaqlayıcı təhlükəsizlik tədbirlərinin artırılması, erkən xəbərdarlıq mexanizmlərinin yaradılması və risk əsaslı nəzarət sisteminin tətbiqi nəzərdə tutulur.

Türkiyənin Milli Təhsil Nazirliyində (MEB) yeni təyinatlar həyata keçirilib. Şanlıurfa və Kahramanmaraşda ard-arda baş verən məktəb hücumlarından dərhal sonra nazirlikdə diqqətçəkən kadr dəyişikliyi olub. Qərarla yanaşı, Yılmazın boşaltdığı vəzifəyə Demirlinin gətirildiyi bildirilib. Nazif Yılmaz 8 yanvar 2022-ci ildən etibarən nazir müavini vəzifəsində çalışırdı.

İstanbulnin Pendik rayonunda boş ərazidə torpaq altındakı su quyusunda gizlədilmiş minlərlə silah hissəsi aşkar olunub.İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən tədbir zamanı əvvəlcədən daxil olan məlumat əsasında ərazi nəzarətə götürülüb. Polis əməkdaşları dron vasitəsilə apardıqları müşahidə zamanı torpaq altına daxil olub-çıxan şəxsləri müəyyən ediblər.

Cənubi Qafqazda formalaşan sülh və uzlaşma mühiti, bölgənin əməkdaşlıq və sabitlik məkanına çevrilməsini istəyənlərin, tarixdən düşmənçilik yaratmağa çalışan dairələrə verdiyi güclü cavabdır. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəzi ölkələrin rəsmiləri tərəfindən 1915-ci il hadisələrinə dair verilən bəyanatlar haqqında şərhində qeyd olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda hafizlik təhsilini başa vuran tələbələr üçün təşkil edilən mərasimdə iştirak edib. Mərasim Çamlıca Camii məscidində keçirilib. Tədbirdə Milli Təhsil İdarəsinə bağlı imam-hatib məktəbləri və müftiliyə bağlı Quran kurslarında təhsil alan 333 tələbəyə hafizlik icazəsi verilib.