ASELSAN-ın Baş direktoru Əhməd Akyolun bildirdiyinə görə, 2024-cü ildə başlanılan "aselsaneXt" proqramı öz bəhrəsini verməkdədir. Şirkət təkcə böyümür, həm də maliyyə intizamını gücləndirərək xalis borc səviyyəsini azaldır. Bu dövrdə ÇELİKKUBBE hava hücumundan müdafiə sistemi, radar, elektron müharibə və süni intellekt dəstəkli təhlükəsizlik sistemləri gəlirlərin artmasında həlledici rol oynayıb.
Türk Dövlətləri
Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib. Məlumata görə, əməliyyatlar Türkiyə Daxili İşlər Nazirliyi, Polis Baş İdarəsi və prokurorluq orqanlarının koordinasiyası ilə həyata keçirilib. Bildirilib ki, əməliyyatlara 1980 qrup, 4 min 950 əməkdaş, 21 hava vasitəsi və 43 xüsusi təlim keçmiş xidməti it cəlb olunub. Həm hava, həm də quru istiqamətində aparılan tədbirlər nəticəsində narkotik dövriyyəsinə ciddi zərbə vurulub.
Qazaxıstan və Türkiyə arasında hərbi tranzitlə bağlı yeni saziş təsdiqlənib. Qazaxıstan Senatı Türkiyə ilə hərbi əmlak və şəxsi heyətin hava məkanı vasitəsilə tranzitinə dair sazişin ratifikasiyası haqqında qanun layihəsini qəbul edib. Sazişə əsasən, Türkiyəyə məxsus hərbi-nəqliyyat və icarəyə götürülmüş mülki təyyarələrin hər iki ölkənin hava məkanından enişsiz uçuşuna hüquqi baza yaradılır. Sənəd bərabərlik, tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır.
Türk müdafiə sənayesi aviasiya sahəsində növbəti böyük uğuruna imza ataraq, milli reaktiv təlim təyyarəsi HÜRJET-in İspaniyaya ixracını rəsmiləşdirib. Türk Havacılıq və Uzay Sənayesi (TUSAŞ) tərəfindən istehsal olunan Türkiyənin ilk milli reaktiv təyyarəsinin İspaniya Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsinə dair rəsmi müqavilə Madriddəki Airbus müəssisələrində keçirilən mərasimlə imzalanıb.
2026-cı ilin mart ayında Qırğızıstan vətəndaşları Türkiyədə 9 daşınmaz əmlak satın alıblar ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12 obyekt azdır. Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyədə 113 min 367 mənzil satın alınıb ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 2,1 faiz azdır.
2026-cı ilin mart ayında Türkmənistan vətəndaşları Türkiyədə 30 daşınmaz əmlak satın alıblar ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 obyekt çoxdur. Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyədə 113 min 367 mənzil satın alınıb ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 2,1 faiz azdır.
2026-cı ilin mart ayında Özbəkistan vətəndaşları Türkiyədə 22 daşınmaz əmlak satın alıblar ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11 obyekt azdır. Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyədə 113 min 367 mənzil satın alınıb ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 2,1 faiz azdır.
2026-cı ilin mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 30 daşınmaz əmlak satın alıblar ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26 obyekt azdır. Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyədə 113 min 367 mənzil satın alınıb ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 2,1 faiz azdır.
Hakan Fidan Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək Üç Dəniz Təşəbbüsü Zirvəsində Türkiyəni “strateji tərəfdaş” statusunda təmsil edəcək. Bildirilib ki, Fidan zirvə çərçivəsində çıxışında bağlantısallığın yalnız fiziki infrastrukturla məhdudlaşmadığını, enerji, nəqliyyat, rəqəmsal şəbəkələr və maliyyə sahələrini də əhatə edən kompleks sistemə çevrildiyini vurğulayacaq.
Məlumata görə, hüquq-mühafizə orqanları Beylikdüzü rayonunda narkotik maddələrin istehsalı və satışı ilə bağlı məlumat əsasında texniki və fiziki müşahidə aparıb. Əldə olunan məlumatlar əsasında müəyyən edilən ünvana əməliyyat təşkil edilib. Əməliyyat zamanı 1 şübhəli şəxs saxlanılıb. Axtarışlar nəticəsində 67 kiloqram 160 qram narkotik vasitə, 73 kiloqram 800 qram narkotik istehsalında istifadə olunan kimyəvi maddə, həssas tərəzi, həmçinin 1790 lirə və 400 ABŞ dolları məbləğində pul vəsaiti aşkarlanaraq götürülüb.
Türkiyənin AFAD və Türk Qızılayı tərəfindən hazırlanan, daxilində 730 ton humanitar yardım olan gəmi Livanın paytaxtı Beyrutun limanına çatıb. İsrailin hücumları nəticəsində ölkə daxilində bir milyondan çox insanın (əhalinin təxminən 20%-i) didərgin düşməsi fonunda göndərilən bu yardım paketinə 7 min 200 çadır, 10 mindən çox qida bağlaması, 28 min ədyal və minlərlə gigiyena dəsti daxildir. Yardımların Livan Yüksək Yardım Komitəsinə təhvil verilərək qısa müddətdə sığınacaq mərkəzlərində və ondan kənarda yaşayan ehtiyac sahibi ailələrə paylanması planlaşdırılır.
Türkiyənin Malatya şəhərinin Battalqzi rayonunda 4,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanların gücü 4,4 maqnituda (Mw) təşkil edib. AFAD-ın açıqlamasına görə, zəlzələ ocağı təxminən 16,36 kilometr dərinlikdə yerləşib.