Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Özbəkistan və Türkiyə arasında idman sahəsində əməkdaşlıq genişlənir

    3 Aprel 2025 11:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Özbəkistan və Türkiyə arasında idman sahəsində əməkdaşlıq genişlənir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Özbəkistanın idman naziri müavini, eyni zamanda Özbəkistan Muay-Tay Assosiasiyasının sədri Avazcan Kərimov Beynəlxalq Muay-Tay Assosiasiyaları Federasiyasının (IFMA) vitse-prezidenti, Avropa və Türkiyə Muay-Tay Federasiyasının prezidenti Həsən Yıldızla görüş keçirib

    AzerVoice xəbər verir ki, görüşdə son illərdə muay-tayın Özbəkistanda geniş yayılması və idmançıların beynəlxalq yarışlarda yüksək nəticələr göstərmələri üçün yaradılan şərait yüksək qiymətləndirilib.

    Avazcan Kərimov bildirib ki, ölkədə bu idman növünə olan maraq sürətlə artır və idmançıların peşəkarlıq səviyyəsini yüksəltmək üçün beynəlxalq təcrübədən yararlanmaq vacibdir.

    Müzakirələr zamanı Özbəkistanda muay-tay idmanının daha da inkişaf etdirilməsi məqsədilə bir sıra konkret addımların atılması planlaşdırılıb. Bu çərçivədə Özbəkistana Türkiyədən peşəkar hakimlərin cəlb edilməsi, muay-tay üzrə birgə təlim-məşq toplanışlarının təşkili, müxtəlif beynəlxalq turnirlərin keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

    Bundan əlavə, Türk Dövlətləri arasında dünya çempionatının Özbəkistanda keçirilməsi təşəbbüsü də irəli sürülüb.

    Həsən Yıldız qeyd edib ki, Türkiyə ilə Özbəkistan arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün faydalı olacaq. Onun sözlərinə görə, Türkiyə muay-tay sahəsində böyük təcrübəyə malikdir və bu bilik və bacarıqlar Özbəkistan idmançıları üçün də yararlı ola bilər.

    #Türkiyə #Özbəkistan #Türk Dövlətləri Təşkilatı #Türk dünyası #əməkdaşlıq əlaqələri #İkitərəfli əlaqələr #Özbəkistan Muay-Tay Assosiasiyası #Həsən Yıldız #Beynəlxalq Muay-Tay Assosiasiyaları Federasiyası (IFMA)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyəli investorların Türkiyəyə yatırımı 311 milyon lirəni keçib – ÖZƏL

    23 İyul 2026 13:00

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    Türkiyə XİN Husilərin Səudiyyə blokadasını qınadı

    22 İyul 2026 16:54

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    22 İyul 2026 12:04

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Direktivin əsas məqsədi nədir?

    20 İyul 2026 11:21

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    17 İyul 2026 20:47

    Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

    17 İyul 2026 18:32

    Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

    17 İyul 2026 17:57
    XƏBƏR LENTİ

    Lavrovla səmimi və konstruktiv görüş keçirdik - Rubio

    Səudiyyəli investorların Türkiyəyə yatırımı 311 milyon lirəni keçib – ÖZƏL

    Suriyalı investorların Türkiyəyə yatırımı 2 milyard lirəni keçib – ÖZƏL

    Sadır Japarov TDT-nin Baş katibi ilə görüşüb

    Türkiyədə Rusiya kapitallı yeni şirkətlərin sayı artıb – ÖZƏL

    Qazaxıstanda ilk dəfə aerotaksi sınaqdan keçirilir

    1300-dən çox İsrailli Əl-Əqsa məscidinə basqın edib

    Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

    Heç bir faktor İran-İraq bağlarını poza bilməz - Pezeşkian

    İsrail ordusu Qəzzada 12 futbolçunu öldürüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.