#Türkiyə

Türkiyə, quruda külək enerjisi sahəsində Avropanın aparıcı ölkələri arasında yer almağa davam edir. Rəsmi açıqlamalara görə, ilin ilk altı ayında hər biri orta hesabla 5,9 meqavat gücündə olan 100 külək turbininin quraşdırılması həyata keçirilib. Məlumata əsasən, bu dövrdə qurulu gücdəki artım ötən ilin eyni ayları ilə müqayisədə 39 faiz yüksəlib. Enerji sektorunda aparılan genişlənmə ilə yanaşı, 2025-ci ilin sonuna qədər ümumilikdə 1,6 giqavat əlavə güc artımına nail olunması hədəflənir. Mütəxəssislər bildirirlər ki, bu dinamika Türkiyənin həm bərpaolunan enerji sahəsində liderliyini möhkəmləndirir, həm də ölkənin enerji təhlükəsizliyi və ixrac potensialını artırır.

Bu gün səhər saatlarında bir sıra ölkələrdə, o cümlədən Türkiyədə Google-un bəzi xidmətlərinə girişdə problemlər müşahidə olunub. Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömər Fatih Sayan məsələ ilə bağlı açıqlama verərək, kəsintinin Android və Google-a bağlı xidmətləri əhatə etdiyini bildirib. “Google, Android və ona bağlı servislərdə Türkiyə və Avropa bölgəsini əhatə edən kəsinti yaşanır. Türkiyə Milli Kibertəhlükəsizlik Müdaxilə Mərkəzimiz (USOM) Google-dan problemin səbəbinə dair texniki hesabat tələb edib. Prosesi yaxından izləyirik,” – deyə Sayan qeyd edib.

Türkiyə A Milli Futbol Komandası, 2026 FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsi çərçivəsində ilk oyununda Gürcüstan millisi ilə qarşılaşacaq. Bu görüş, iki komanda arasında tarixdə 7-ci duel olacaq. Ay-ulduzlular indiyədək Gürcüstanla keçirilmiş 6 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib və 1 məğlubiyyətlə meydanı tərk edib. Bu oyunlarda Türkiyə rəqib qapısından 15 top keçirib, qapısında isə 6 qol görüb. İki komanda son dəfə 2024-cü ildə Almaniyada keçirilən Avropa Çempionatının qrup mərhələsində üz-üzə gəlib. Dortmund şəhərində oynanılan qarşılaşmada Türkiyə millisi Gürcüstan üzərində 3:1 hesablı qələbə qazanıb.

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya 81 vilayətdə miqrant qaçaqmalçılığı ilə mübarizə çərçivəsində həyata keçirilən eyni vaxtlı əməliyyatlar zamanı 46 şübhəlinin saxlanıldığını açıqlayıb. nazir sosial media hesabında etdiyi paylaşımda bildirib ki, əməliyyatlar zamanı saxlanılan şəxslərdən 8-i əcnəbi vətəndaşdır. Saxlanılanların hamısının miqrant qaçaqmalçılığı şəbəkələrinin təşkilatçıları olduğu vurğulanıb. Ali Yerlikaya əməliyyatların icrasında iştirak edən Respublika Baş Prokurorluqlarını, Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinin Miqrant Qaçaqmalçılığı ilə Mübarizə və Sərhəd Qapıları İdarəsini, vilayət polis idarələrini, əməliyyatlarda iştirak edən polis əməkdaşlarını və Göç İdarəsi rəsmilərini təbrik edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu "kafir" adlandırıb. Ərdoğan bu ifadəni Beştepe Mədəniyyət Mərkəzində çıxışı zamanı səsləndirib. “Biz dünyadakı bütün müsəlmanlara dərin məhəbbət bəsləyirik. Bu səbəbdən Fələstində baş verənlərə və Netanyahu adlanan kafirin zülmünə əsla biganə qala bilmərik” – deyə, Türkiyə prezidenti vurğulayıb.

İngiltərə Premyer Liqasında Tottenhemin sabiq baş məşqçisi olan Ange Postecoglou, hazırda baş məşqçisiz qalan Almaniyanın Bayer Leverkuzen və Türkiyənin Fənərbağça klublarının gündəmindədir. Məhşur idman jurnalisti Fabrizio Romanonun məlumatına görə, Leverkuzen rəhbərliyi Bundesliqada cəmi iki oyundan sonra Erik ten Haq ilə yollarını ayırıb, Fənərbaxça isə Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün Joze Mourinyonu postundan uzaqlaşdırıb.

2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 387 min dollara bərabər olub. “Bu ilin avqust ayında Türkiyə 751 milyon 386 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,8 faiz azdır” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 9 milyard 542 milyon 699 min dollar məbləğində tekstil ixrac edib.

Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək. Bu barədə AzerVoice Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, forumda karbohidrogen və neft-kimya, bərpa olunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və protokolun imzalanması nəzərdə tutulur. Forum çərçivəsində, həmçinin, SOCAR Əliağa terminalına səfər planlaşdırılır. Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum isə 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində keçirilib.

Türkiyənin İzmir şəhərində bu səhər saatlarında təlim təyyarəsi düşüb. Qəza ilə bağlı məlumat alan aidiyyəti qurumlar – təcili tibbi yardım və yanğınsöndürmə briqadaları dərhal hadisə yerinə cəlb olunub. Əraziyə gələn xilasedicilər dərhal axtarış-xilasetmə işlərinə başlayıblar. Verilən rəsmi məlumata görə, təyyarə Selçuk Hava Limanından havalanıb və Torbalının Kırbaş məhəlləsi ərazisində yerə çırpılıb. Qəza nəticəsində təyyarədə olan pilot həyatını itirib. Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.

Türkiyə Xarici İşlər Nazirliyi Sudanın Orta Darfur əyalətinin Cebel Marra bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində çox sayda insanın həyatını itirməsi ilə bağlı başsağlığı mesajı yayımlayıb. Nazirliyin rəsmi açıqlamasında, Sudanda baş verən torpaq sürüşməsi nəticəsində yaşanan can itkisinə görə dərin üzüntü duyulduğu qeyd olunub. "Həyatını itirənlərə Allahdan rəhmət diləyir, Sudan xalqına başsağlığı verir və yaralananlara şəfa arzulayırıq," – deyə açıqlamada bildirilib. Xatırladaq ki, Sudanın Qərbində yerləşən Marra Dağları bölgəsində baş verən böyük torpaq sürüşməsi bir kəndi tamamilə məhv edib. Sudan Azadlıq Hərəkatı (SLM) hadisə nəticəsində ən azı min nəfərin həyatını itirdiyini, yalnız bir nəfərin sağ qurtulduğunu açıqlayıb.

Türkiyənin BOTAŞ şirkəti “Kahramanmaraş Branşman-2” təbii qaz boru xətti layihəsi çərçivəsində polad boru satın alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Məhsullar tenderin nəticələri açıqlandıqdan sonra 30 gün ərzində təhvil alınacaq.