Mərasimdə ümumilikdə 54 min 200 müstəqil bölmənin təhvil verilməsi nəzərdə tutulur. Bunlara 43 min 727 mənzil, 4 min 69 iş yeri və 6 min 404 kənd evi daxildir. Tədbir çərçivəsində Hatay, Kahramanmaraş və Adıyaman şəhərləri ilə canlı bağlantı da qurulacaq.
#Türkiyə
Türkiyədə, saxta elanlarla vətəndaşları aldadan, internet üzərindən qumar oynadan və “investisiya məsləhətçiliyi” adı altında dələduzluq edən 34 şübhəli saxlanılıb. Yerlikaya əməliyyatların Ankara, Adana, Muğla və Edirne mərkəzli olmaqla, Mersin, Niğde, Gaziantep, Kocaeli, Bursa, İstanbul, Batman, Manisa, İzmir, Şanlıurfa, Kayseri, Diyarbakır və Denizli vilayətlərində jandarma tərəfindən həyata keçirildiyini açıqlayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan, ABŞ-ın Fələstin prezidenti Mahmud Abbasa viza verməməsi ilə bağlı Ankaranın mövqeyini açıqlayıb. Fidan dövlət olaraq alternativ variantlar üzərində işlədiklərini, bu çərçivədə Fələstin rəsmiləri və ərəb ölkələri ilə geniş məsləhətləşmələrin aparıldığını bildirib. Nazir vurğulayıb ki, Türkiyənin Fələstin məsələsindəki mövqeyi dəyişməz olaraq qalır. O, sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının bu il xüsusi əhəmiyyət daşıdığını qeyd edib və izlas çərçivəsində Fələstin mövzusunda konfrans təşkil ediləcəyini xatırladaraq, bu tədbirin vacibliyinə diqqət çəkib.
2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 artaraq, 11 milyard 379 milyon 976 min dollara bərabər olub. “Bu ilin avqust ayında Türkiyə 1 milyard 492 milyon 102 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,1 faiz artaraq” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 17 milyard 331 milyon 942 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.
Türkiyənin müdafiə sənayesində strateji əhəmiyyətə malik olan ALTAY Ana Döyüş Tankının seriyalı istehsalı Ankarada yerləşən Uzay və Aviasiya ixtisaslaşmış sənaye zonasında (HAB) rəsmi olaraq başladı. Tankın istehsal prosesi və müəssisənin daxili ilk dəfə media kameralarına açıldı.Tankın istehsalını həyata keçirəcək BMC Savunma və yerli güc bloku BATUnu inkişaf etdirəcək BMC Power üçün qısa müddətdə müasir texnologiyalarla təchiz olunmuş zavod inşa edilib və artıq fəaliyyətə başlayıb.
2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 azalaraq, 11 milyard 227 milyon 619 min dollara bərabər olub. “Bu ilin avqust ayında Türkiyə 1 milyard 525 milyon 708 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 8,5 faiz azalaraq” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 17 milyard 125 milyon 661 min dollar məbləğində hazır geyim ixrac edib.
Sivas Bələdiyyəsi, inşaat, elektrik və mexaniki təsisat materiallarının satınalınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Məhsullar tenderin nəticələri açıqlandıqdan sonra 45 gün ərzində təhvil alınacaq.
Azərbaycan millisinin də rəqib olduğu E qrupunda Türkiyə yığması səfərdə Gürcüstanla üz-üzə gəlib. Qarşılaşmada Türkiyə Mert Müldür və Kerem Aktürkoğlunun (2 qol) sayəsində 3:2 hesablı qələbə qazanıb. Gürcüstan millisinin qollarını Zuriko Davitaşvili və Xviça Kvaratsxeliya vurub.
Məhəmməd peyğəmbər və Musa peyğəmbərin karikaturasının Leman jurnalında dərc olunmasına dair aparılan istintaq çərçivəsində jurnalı idarə edənlərin də daxil olduğu 6 şübhəli barəsində ittiham aktı hazırlanıb. İstanbul Baş Prokurorluğu tərəfindən iyunun 26-da Leman jurnalında dərc olunmuş karikatura ilə bağlı başlanmış istintaq başa çatıb. Hazırlanan ittiham aktında məsul redaktorlar Zafer Aknar və Aslan Özdemir, müəssisə müdiri Ali Yavuz, qrafik dizayner Cebrail Okçu, həmçinin barəsində axtarış qərarı çıxarılan baş redaktor Mehmet Tuncay Akgün mətbuat və yayım yolu ilə xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etməkdə ittiham olunurlar. Prokurorluq onların hər biri üçün 1 il 6 aydan 4 il 6 aya qədər həbs cəzası tələb edib.
Türkiyədə elektrikli avtomobil bazarı son illərdə rekord sürətlə böyüyür. Enerji və avtomobil sənayesindən verilən rəsmi məlumatlara görə, ölkədə ən çox satılan elektrikli avtomobil markası TOGG olub. Yerli istehsalçı olması ilə diqqət çəkən TOGG, həm milli texnologiya, həm də “yaşıl enerji” siyasətinin simvoluna çevrilib. İki il öncə Türkiyədə cəmi 15 min elektrikli avtomobil mövcud idisə, bu gün bu rəqəm 300 minə çatıb. Ekspertlərə görə, bu dinamika həm dövlətin tətbiq etdiyi stimullaşdırıcı siyasətlə, həm də ictimaiyyətin ekoloji təmiz və qənaətcil nəqliyyata artan marağı ilə bağlıdır.
2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 artaraq, 21 milyard 831 milyon 564 min dollara bərabər olub. “Bu ilin avqust ayında Türkiyə 2 milyard 622 milyon 691 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 2,6 faiz artaraq” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 31 milyard 639 milyon 163 min dollar məbləğində kimyəvi maddə ixrac edib.
Türkiyə, quruda külək enerjisi sahəsində Avropanın aparıcı ölkələri arasında yer almağa davam edir. Rəsmi açıqlamalara görə, ilin ilk altı ayında hər biri orta hesabla 5,9 meqavat gücündə olan 100 külək turbininin quraşdırılması həyata keçirilib. Məlumata əsasən, bu dövrdə qurulu gücdəki artım ötən ilin eyni ayları ilə müqayisədə 39 faiz yüksəlib. Enerji sektorunda aparılan genişlənmə ilə yanaşı, 2025-ci ilin sonuna qədər ümumilikdə 1,6 giqavat əlavə güc artımına nail olunması hədəflənir. Mütəxəssislər bildirirlər ki, bu dinamika Türkiyənin həm bərpaolunan enerji sahəsində liderliyini möhkəmləndirir, həm də ölkənin enerji təhlükəsizliyi və ixrac potensialını artırır.