#Türkiyə

Türkiyə Xarici İşlər Nazirliyi, Azərbaycanın qazandığı Zəfərin beşinci ildönümü münasibətilə təbrik mesajı yayıb. “Azərbaycan xalqının əzmi və qəhrəmanlığı ilə qazandığı zəfərin beşinci ildönümünü qeyd edir, vətən torpağı uğrunda canlarını fəda edən bütün qəhrəmanları hörmət və rəhmətlə yad edirik.” Açıqlamada, Türkiyənin hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyi vurğulanıb.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda keçiriləcək rəsmi mərasimdə iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Birlik Hökumətinin Baş naziri Abdülhamid Dibeybe ilə telefonla görüşüb. Görüşdə Türkiyə ilə Liviya arasındakı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub. Kommunikasiya İdarəsi məlumat yayıb ki, Prezident Ərdoğan Liviya Baş naziri Dibeybe ilə telefon danışığı aparıb.

Qəzzada ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçiliyi ilə əldə olunan atəşkəsə baxmayaraq, İsrail razılaşma şərtlərini yerinə yetirmir. Atəşkəs müddətində İsrail ordusu ən azı 194 dəfə atəşkəsi pozub. Razılaşmaya əsasən Qəzzaya gündəlik 600 yük maşını humanitar yardım daxil olmalı olduğu halda, əraziyə orta hesabla cəmi 145 yük maşını buraxılır. Girişinə icazə verilən yardımların çoxunda un, yağ kimi əsas ərzaq məhsulları əvəzinə cips, şokolad və biskvit kimi məhsulların yer aldığı bildirilir. Yerli rəsmilər bunun qəsdən edildiyini, İsrailin həyati əhəmiyyətli ərzaqları ən sona saxlayaraq yeni aclıq taktikasına əl atdığını vurğulayır.

6 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan NATO nümayəndə heyətini qəbul edib. Bildirilib ki, nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, eləcə də ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir. Görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin əsas aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, Azərbaycan Ermənistan sülh prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova İstanbul (Türkiyə) şəhərində keçirilən “Qlobal Yenidənqurulma: Keçmişdən Yeni Reallıqlara” mövzusunda təşkil olunmuş TRT World Forum 2025-də iştirak edib. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın forumda iştirakı mədəniyyətin xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın güclənməsində mühüm vasitə olduğunu göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, CHP Başçısı Özgür Özelin çıxışlarına etiraz edərək, onun ifadələrini “siyasi üsluba yaraşmayan” adlandırıb. Ərdoğan Beştepe Millət Kitabxanasında keçirilən “Kitabxana 5.0 və İnsan Mərkəzli Rəqəmsal Dəyişiklik” Beynəlxalq Konfransında çıxış edib. O, “Danışan şəxs Türkiyənin ikinci böyük partiyasının rəhbəridirmi, yoxsa tənzimləri pozulmuş bir təhqir avtomatıdır, təəssüf ki, bunu anlamaq çətindir. Türkiyə belə bir siyasi tərzi, belə kobudluğu əsla haqq etmir,” – deyib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Finlandiyaya səfəri çərçivəsində Finlandiya Parlamentində keçirilən tədbirdə çıxış edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında paylaşım yayıb. Bildirilib ki, Fidan paytaxt Helsinkidə parlament üzvləri və rəsmi şəxslərlə görüş zamanı aktual regional məsələlər, ikitərəfli münasibətlər və beynəlxalq əməkdaşlıq mövzularında fikirlərini bölüşüb.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS Siyasi Bürosunun Müzakirə Heyətinin rəhbəri Xəlil Əl-Həyyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı HƏMAS tərəfi “Qəzza Atəşkəs Razılaşması” çərçivəsində atəşkəsin əldə olunması və prosesin izlənilməsi istiqamətində oynadığı vasitəçi və təminatçı roluna görə başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyəyə təşəkkürünü bildirib.

Ankaranın Ulus bölgəsində yerləşən Ankara Sosial Elmlər Universitetinin binasında yanğınsöndürmə sistemində qaz sızması səbəbindən partlayış baş verib. Hadisə bu gün günorta saatlarında qeydə alınıb. İlkin məlumatlarda təbii qaz partlayışı olduğu bildirilsə də, hadisə yerinə gələn yanğınsöndürmə və Başkentqaz əməkdaşları binanı yoxladıqdan sonra təbii qaz sızmasının baş vermədiyini açıqlayıblar. Araşdırmalar nəticəsində məlum olub ki, binanın zirzəmi qatında yanğınsöndürmə sistemi avtomatik şəkildə işə düşüb və sistemdən çıxan qazın xaricə yayılması nəticəsində 5 tələbə və 1 texniki işçi qazdan zəhərlənərək xəstəxanaya aparılıb.

İsrail mətbuatı Türkiyənin Suriya və İordaniya vasitəsilə Körfəz ölkələrinə uzanan quru dəhliz açmaq təşəbbüsünü narahatlıqla qarşılayıb. İsrail mətbuatı Türkiyənin Suriya və İordaniya vasitəsilə Körfəz ölkələrinə uzanan quru dəhliz açmaq təşəbbüsünü narahatlıqla qarşılayıb. İsrail mərkəzli Globes xəbər saytı, Ticarət Naziri Ömər Bolatın Suriya və İordaniya vasitəsilə Körfəz ölkələrinə uzanan quru dəhlizinin ən gec gələn il istifadəyə veriləcəyini açıqlamasını işıqlandıraraq, Türkiyənin yalnız Suriya ilə deyil, İsrail ətrafında da mövqeyini gücləndirdiyini qeyd edib.