#Çin

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) Çin şirkəti "China Datang Overseas Investment Co." ilə birgə Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı"nın yaradılması üzrə Anlaşma Memorandumunu (MoU) imzalayıb.

2025-ci ilin yanvar- avqust aylarında Çindən Türk limanlarına 3 milyon 916 min 780 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Çindən Türkiyə limanlarına yük daşınmayıb. “Bu ilin yanvar- avqust aylarında Çindən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 3 milyon 872 min 780 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Çindən Türkiyəyə Çin bayrağı ilə üzən gəmilərlə 44 min ton yük çatdırılıb.

Türkiyə 2025-cü ilin avqust ayında Çinə kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34,5 faiz azalaraq, 35 milyon 998 min 3 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Çİnə kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azalaraq, 361 milyon 940 min 74 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 artaraq, 21 milyard 831 milyon 564 min dollara bərabər olub.

ABŞ-ın hazırkı və sabiq rəsmiləri bildiriblər ki, prezident Donald Trampın Əfqanıstandakı Baqram hava bazasını yenidən nəzarətə götürmək istəyinə reallaşdırmaq üçün nəticədə ölkənin yenidən işğalı kimi genişmiqyaslı əməliyyat lazım ola bilər; bu, on minlərlə əsgərin göndərilməsini və qabaqcıl hava müdafiə sistemlərinin yerləşdirilməsini tələb edə bilər.

ABŞ Prezidenti Donald Tramp, cümə günü Çin Prezidenti Si Cinpinlə telefon danışığı apararaq TikTok-un ABŞ-da fəaliyyətini davam etdirməsinə imkan verəcək razılaşmanı yekunlaşdırmağı planlaşdırır. ABŞ lideri Çin ilə münasibətlərin “çox yaxşı” olduğunu vurğulasa da, Avropa ölkələrinin Pekinə qarşı daha yüksək gömrük rüsumları tətbiq etməsi halında Rusiyanın Ukraynadakı müharibəsini dayandıra biləcəyini iddia edib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti), partiyanın Xarici Əlaqələr Şöbəsinin koordinasiyası ilə Rusiya, Çin, Azərbaycan, Cənubi Afrika və Kuba da daxil olmaqla 18 ölkədən 18 siyasi partiya ilə əməkdaşlıq memorandumu imzalayıb. Son dövrlərdə Ədalət və İnkişaf Partiyası bu memorandumlardan Qazaxıstan, Moldova, Monqolustan, Rusiya, Ekvatorial, Cənubi Afrika, Azərbaycan, Kuba, Şimali Kipr Ruanda, Kosova, Kamboca, Çin, Somali, Efiopiya, Cibuti, Özbəkistan ı və Serbiya dövlətlərinin partiyaları ilə imzalayıb.

Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Türkiyə ilə Çin arasında fərqli coğrafiyalarda əməkdaşlığın mümkün olduğunu bildirərək, “Bu əməkdaşlıq Afrika, Yaxın Şərq, Orta Asiya və ya Balkanlarda ola bilər. Bu bölgələrdə də əməkdaşlığa açığıq,” – deyə qeyd edib. Nazir Bayraktar, Çin dövlət televiziyasına bağlı CGTN Türk kanalına verdiyi müsahibədə Türkiyə ilə Çin arasında enerji əməkdaşlığına dair qiymətləndirmələr aparıb.

Dünya Uyğur Konqresi (DUK) Fransada Çin şirkətləri – Huawei, Hikvision və Dahuaya qarşı ikinci hüquqi şikayət ərizəsi təqdim edib. Təşkilat, bu şirkətləri Şərqi Türküstanda uyğurlar və digər müsəlman azlıqlara qarşı törədilən insanlığa qarşı cinayətlərdə iştirakda ittiham edir. DUK-un şikayətində qeyd olunur ki, adıçəkilən korporasiyalar Çin Kommunist Partiyasının qurduğu nəzarət sisteminə texnologiya və infrastruktur təmin edib. Buraya üz tanıma proqramları, biometrik məlumat bazaları və kütləvi izləmə mexanizmləri daxildir. Bu vasitələrin, bölgədə ixtiyari həbslərə və daimi qorxu mühitinin formalaşmasına şərait yaratdığı bildirilir.

Çin Xalq Azadlıq Ordusu Cənubi Çin dənizində “rutin patrul” həyata keçirib və Filippini hər hansı təxribatdan çəkinməyə çağırıb. Bu barədə ordunun Cənub Əməliyyat Komandanlığının sözçüsü bildirib. O vurğulayıb ki, Filippin dərhal insidentlər törətməyi və bölgədə gərginliyi artırmağı dayandırmalıdır. O əlavə edib ki, Çin qüvvələri bu ərazidə ölkənin suverenliyini qorumaqda davam edəcək.