Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ABŞ-nin Vaşinqton şəhərində keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb. Taleh Kazımov bu barədə özünün X sosial şəbəkəsində paylaşım edib. Kazımov bildirib ki, görüşdə Azərbaycan və Çin arasında maliyyə sahəsindəki ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. O, ötən ay imzalanmış Anlaşma Memorandumunun hər iki qurum arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.
#Çin
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Çinə mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 56,6 faiz azalaraq, 4 milyon 247 min 90 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Çinə mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57,5 faiz azalaraq, 260 min 53 dollara çatdırıb.
İstanbulda payız aylarında turizm sektoru canlanma mərhələsinə qədəm qoyub. Sənaye təmsilçiləri bildirirlər ki, ən güclü turist axını Avropa və ABŞ-dan gəlir, eyni zamanda Çindən səfərlər də artmağa başlayıb – bu, aviaşirkətlər arasında genişlənən uçuş əlaqələri ilə əlaqədardır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr tarixlərində 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək XI Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) ilə bağlı mətbuat konfransı təşkil olunub.Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq, mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsindəki rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Çinin aparıcı enerji texnologiyaları istehsalçılarından Dongfang Electric Corporation ilə Türkiyədə külək turbinlərinin istehsalı üzrə böyük layihə üzərində danışıqlar apardıqlarını açıqlayıb.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) müdafiə sənayesi şirkətlərindən ehtimal olunan Çinlə münaqişə ssenarisinə hazırlıq məqsədilə raket istehsalını iki və ya dörd dəfə artırmağı tələb edib. Pentaqon ən çox tələbat olan 12 əsas silah sisteminin istehsalına xüsusi diqqət yetirilməsini istəyir. Bu məsələ yüksək səviyyəli görüşlərdə Pentaqon rəhbərliyi ilə ABŞ-ın aparıcı raket istehsalçılarının rəhbərləri arasında müzakirə olunub.
Türkiyə 2025-cü ilin avqust ayında Çinə hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz azalaraq, 2 milyon 677 min 6 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Çinə hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz azalaraq, 28 milyon 366 min 45 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 azalaraq, 11 milyard 227 milyon 619 min dollara bərabər olub.
İranın xarici işlər naziri Abbas Əraqçi, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Çinin, Rusiyanın və Pakistanın XİN rəhbərləri ilə Əfqanıstan mövzusunda keçirilən dördtərəfli görüşdə ABŞ və NATO-nu regiondakı problemlərin əsas məsuliyyət daşıyıcıları kimi göstərib.
İran, Çin, Pakistan və Rusiya xarici işlər nazirləri BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda Əfqanıstan mövzusunda dördtərəfli görüş keçirib və birgə bəyanat qəbul ediblər. Rusiyanın təşəbbüsü ilə keçirilən toplantıda nazirlər Əfqanıstandakı son vəziyyəti müzakirə edərək, ölkənin müstəqil, vahid və sabit dövlət olaraq qalmasının vacibliyini vurğulayıblar.
Səudiyyə Ərəbistanı ilə Çin arasında iqtisadi əməkdaşlığı gücləndirəcək yeni addım atılıb. Pekində keçirilən Səudiyyə-Çin Biznes Forumunda ümumi dəyəri 1,74 milyard dollardan çox olan 42 investisiya razılaşması imzalanıb. Sazişlər qabaqcıl sənaye, ağıllı nəqliyyat vasitələri, enerji həlləri, tibbi avadanlıqlar və faydalı qazıntılar kimi sahələri əhatə edir.
Beynəlxalq logistika zəncirlərinin dərin transformasiya dövründə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Middle Corridor) Avrasiyanın iqtisadi xəritəsini yenidən konfiqurasiya edə biləcək strateji layihə keyfiyyəti qazanır. Çinlə Avropanı Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə vasitəsilə birləşdirən bu marşrut sadəcə alternativ yol deyil, qlobal təlatümlər dövrünün çağırışlarına qanunauyğun cavabdır.
İranın Mədəni İrs, Turizm və Sənətkarlıq naziri Məhəmməd-Rza Salehi-Əmiri, ölkəsinin Çinlə turizm sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. Tehranda keçirilən 21-ci strateji şura iclasında çıxış edən Salehi-Əmiri, Çinin İranın əsas ticarət tərəfdaşı olduğunu vurğulayaraq, turizm sahəsində də ölkəsinin əsas tərəfdaşına çevrilməsini istədiyini qeyd edib.