#Qəzzanın işğalı

İsrailin maliyyə naziri və ifrat sağçı “Dini Sionizm” partiyasının lideri Betsalel Smotriç Qəzzədə atəşkəs və girovların azad edilməsi barədə əldə olunan razılaşmaya qarşı çıxdığını bəyan edib. Bu barədə məlumatı İsrailin “Ynet” xəbər portalı yayıb. Nazir bildirib ki, razılaşma HƏMAS-ın tam məhv edilməsinə mane olur və bu səbəbdən onun partiyası hökumət müzakirəsində sənədin lehinə səs verməyəcək.

HƏMAS Siyasi Bürosu sədrinin media müşaviri Tahir ən-Nunu bildirib ki, İsrail nümayəndə heyəti ilə aparılan dolayı danışıqlar zamanı atəşkəs və girov mübadiləsi razılaşması prosesində müsbət irəliləyişlər müşahidə olunur. Nunu açıqlamasında qeyd edib ki, Misirin Şarm əl-Şeyx şəhərində davam edən danışıqlarda HƏMAS nümayəndə heyəti “lazımi məsuliyyət və konstruktiv mövqe nümayiş etdirərək, razılaşmanın yekunlaşdırılması istiqamətində irəliləyiş əldə etmək üçün səylər göstərir.”

Təbii ki, mülki şəxslərə qarşı ölümcül güc tətbiqi beynəlxalq insan hüquqları və humanitar hüquqa ziddir. İsrail beynəlxalq insan hüquqları standartlarına əməl etməlidir. BMT Cenevrə Ofisinin İnformasiya Bölməsinin Mətbuat və Xarici Əlaqələr Şöbəsinin müdiri Rolando Gomez BMT Cenevrə Ofisinin həftəlik mətbuat konfransında sualları cavablandırıb. “(Mülki şəxslərə qarşı güc tətbiqi) Biz bunu davamlı olaraq deyirik. Dünyanın müxtəlif bölgələrindəki bir çox münaqişə zonaları üçün bunu söyləyirik. Bu, BMT-nin qəti mövqeyidir. İsrail beynəlxalq insan hüquqları standartlarına əməl etməlidir.” - deyə o qeyd edib.

İsrailli rəsmilər Qəzza Zolağına tətbiq edilən qanunsuz blokadanı yarmaq və humanitar yardım çatdırmaq məqsədilə yola çıxan Əzm Flotiliyasına edilən hücumda saxlanılan aktivistlərin sayının 480 olduğunu açıqlayıb. İsrail Xarici İşlər Nazirliyi, Əzm Flotiliyasında saxlanılan aktivistlərlə bağlı suallara yazılı cavab verib. Açıqlamada qeyd olunub ki, 1 oktyabr gecəsindən başlayaraq dünən səhərə qədər davam edən hücumlar zamanı Qlobal Sumud Donanmasında olan 474 aktivist saxlanılaraq İsrailə aparılıb.

Qəzza blokadasını yarmaq və humanitar yardım çatdırmaq üçün yola çıxan Əzm Flotiliyasına hücum edən İsrail ordusu, flotilyadaki son qayıq olan “Marinette”ni də qeyri-qanuni şəkildə ələ keçirib. "Marinette" gəmisindən yayımlanan canlı efirdə İsrail donanmasına məxsus bir gəminin yanaşdığı görünüb. Bu zaman aktivistlər hazırlıqlara başlayaraq telefonlarını suya atmağa başlayıblar.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İmar Agentliyi (UNRWA), İsrailin hücumları altındakı Qəzza Zolağında on minlərlə fələstinlinin böyük bədəl ödəyərək davamlı köçə məcbur edildiyini bildirib. UNRWA-nın ABŞ mərkəzli X şirkətinə məxsus sosial media platformasında yayımladığı açıqlamada, İsrailin 7 oktyabr 2023-cü ildən bəri blokada altında saxlayaraq bombaladığı Qəzzadakı məcburi köç məsələsinə diqqət çəkilib.

HƏMAS planın açıqlanması olan 30 sentyabrdan sonrakı gündən etibarən fələstinli qruplarla, müstəqil şəxslərlə və vasitəçilərlə həm daxildə, həm də xaricdə məsləhətləşmələrə başladı. Əlimizdə çox sayda tənqid olsa da, hərəkat mövzuya bütün ciddiyyəti ilə yanaşır. bu sözləri HƏMAS Siyasi Büro üzvü Məhəmməd Nezzal mətbuata açıqlamasında bildirib. HƏMAS bildirib ki, ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı təklif etdiyi plana tezliklə cavab verəcək.

Tramp və Netanyahu’nun Qəzza–Fələstin planından anladığım budur: “İki dövlətli həll ümidini”, “dövlət qurmaq arzusunu” və “qanla ağrını dayandırmaq istəyini” artıq BİR SİLAH kimi istifadə etmək istəyirlər! Qəzzada indiyədək “şiddət, qırğın, ölüm, dağıntı, aclıq, qıtlıq, yoxsulluq və qeyri-müəyyənlik” meydanda silah kimi tətbiq edilib. Bunlar İsrail və ABŞ-ın məqsədlərinə çatmasını asanlaşdırmaq üçün — həm Qəzza xalqını, həm də Həmas-ı sıxışdırmaq, həm də xalqı Həmas üzərində bir təzyiq alətinə çevirmək üçün istifadə edilib. Eyni zamanda beynəlxalq ictimaiyyəti və hədəf dövlətləri qorxutmaq, istiqamətləndirmək və manipulyasiya etmək funksiyasını yerinə yetirib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi son hücumlarda 10 fələstinli həlak olub. Xəstəxana mənbələri və hadisə şahidlərinin verdiyi məlumata görə, İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzza zolağında köç etməyə məcbur edilən fələstinlilərin sığındığı çadır və evlərlə yanaşı, mülki şəxslərin toplandığı əraziləri də hədəfə alıb. İsrailə məxsus pilotsuz uçuş aparatı Qəzza şəhərinin qərbində yerləşən Ənsar qovşağı yaxınlığını hədəfə alıb və nəticədə bir uşaq həyatını itirib. Eyni zamanda şəhərin müxtəlif məhəllələrində şiddətli bombardmanlar və ardıcıl partlayışlar baş verib.

İsrail donanması, insanı yardım çatdırmaq və Qəzzaya doğru yola çıxan Azadlıq Flotiliyası üzvlərini mühasirəyə alaraq gəmilərə hücum etməyə davam edir. Azadlıq Flotiliyasının rəsmi saytındakı məlumatlara görə, Qəzzaya gedən 44 gəmidən 19-u İsrail hücumuna məruz qalıb. İsrail tərəfindən dayandırıldığı bildirilen gəmilərin adları Alma, Sirius, Adara, Spectre, Yulara, Aurora, Otaria, Huga, Deir Yessine, Grande Blu, Morgana, Hio, Seulle, All In, Captain Nikos, Florida, Karma, Mohammad Bhar və Oxygono olaraq açıqlanıb.