Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrailin son hücumlarında daha 10 fələstinli həlak olub

    2 Oktyabr 2025 13:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin son hücumlarında daha 10 fələstinli həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi son hücumlarda 10 fələstinli həlak olub.

    AzerVoice xəbər verir ki, xəstəxana mənbələri və hadisə şahidlərinin verdiyi məlumata görə, İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzza zolağında köç etməyə məcbur edilən fələstinlilərin sığındığı çadır və evlərlə yanaşı, mülki şəxslərin toplandığı əraziləri də hədəfə alıb.

    İsrailə məxsus pilotsuz uçuş aparatı Qəzza şəhərinin qərbində yerləşən Ənsar qovşağı yaxınlığını hədəfə alıb və nəticədə bir uşaq həyatını itirib. Eyni zamanda şəhərin müxtəlif məhəllələrində şiddətli bombardmanlar və ardıcıl partlayışlar baş verib.

    İsrail ordusu şəhərin cənubundakı Sabra və Tel əl-Həva məhəllələrində, həmçinin şimal-qərbindəki Şeyx Rıdvan və Nəsr bölgələrində onlarla evi partlayıcılarla dağıdıb və havaya uçurub.

    Bu hadisələr xüsusilə şəhərin qərbindəki Nəsr və Şifa küçələrində, İsrailin quru hücumları istiqamətlərində, güclü hava bombardmanları, ağır pulemyotlar və artilleriya atəşi ilə eyni vaxtda baş verib.

    İsrail ordusunun Qəzza zolağının mərkəzindəki Bureyc qaçqın düşərgəsinin şimalını hədəfə aldığı hücumda 4 bacı-qardaş həyatını itirib.

    İsrailin hücumları, çox sayda didərgin fələstinlinin yerləşdiyi Deyr əl-Bələh şəhərinə yönəlib.

    Deyr əl-Bələhdəki Əbu Arif bölgəsində mülki şəxslərin toplandığı əraziyə təşkil edilən PUA hücumu nəticəsində 1 fələstinli həlak olub, çox sayda insan yaralanıb.

    Şəhərin qərbində yerləşən Meşalə bölgəsində köçkünlərin sığındığı bir çadır da İsrail ordusu tərəfindən hədəfə alınıb. Bu hücumda, bir qadın da daxil olmaqla, 3 nəfər həyatını itirib.

    Xan Yunusun cənubundakı Tine küçəsində yardım gözləyən insanlara atəş açılması nəticəsində 1 fələstinli qadın öldürülüb, bəziləri isə yaralanıb.

    Bundan əlavə, Xan Yunusun qərbindəki Məvasi bölgəsində yerləşən Əl-Əqsa Universitetinin kampusunda müvəqqəti məskunlaşan köçkünlərin qaldığı çadırlar İsrailin hücumuna məruz qalıb. Hücum nəticəsində çox sayda fələstinli yaralanıb.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada son 48 saatda azı 6 nəfər həlak olub

    25 İyul 2026 18:10

    Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - BMT Baş katibi

    23 İyul 2026 21:00

    Böyük Britaniyada 70-dən çox deputat Baş naziri Qəzza ilə bağlı tədbirlər görməyə çağırıb

    23 İyul 2026 20:01

    HƏMAS Nablus yaxınlığındakı hücumla bağlı bəyanat yayıb

    23 İyul 2026 19:27

    Husilər HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyanı təbrik ediblər

    23 İyul 2026 18:28

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    22 İyul 2026 19:30

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    22 İyul 2026 18:05

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54
    XƏBƏR LENTİ

    Yaponiyaya niyə 2 atom atıldı? - Sülh yoxsa insanlar üzərində eksperiment?

    Səs insanın özünəinamını göstərirmi? Mütəxəssislər davranış və səs arasındakı əlaqəni izah edirlər

    Bu gün ABŞ prezidenti Riçard Niksonun impiçment prosesi başladı

    Elm müharibələrin qaynağıdır?

    Səs inkişaf etdirilə bilərmi? - Bunun üçün hansı məşqlər lazımdır?

    Aseton qarşılığında Fələstində yəhudi yurdu quran alim - Çaim Vayzman və onun siyasi əlaqələri

    Azərbaycan hip-hopu: Çingiz Mustafayevdən müasir rep dalğasına qədər

    Əs-Sistani sonrası Nəcəf Hövzəsini gözləyən tarixi sınaq

    Qətər dəniz naviqasiyasının tam bərpa olunduğunu elan edib

    Səhra ortasındakı cənnət: Səba krallığının mühəndislik möcüzələri və ticarət sirləri

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.