Suriyanın devrilmiş hakimiyyəti dövründə ölkənin baş müftisi olmuş Əhməd Bədrəddin Həssunun Dəməşqdə Dördüncü Cinayət Məhkəməsində mühakimə olunması Suriyada müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə hüquqi məsuliyyətin sərhədləri ilə bağlı mühüm müzakirələrə səbəb olub.
#İnsanlığa qarşı cinayətlər
Suriyada keçid hakimiyyəti tərəfindən keçmiş təhlükəsizlik aparatının nümayəndələrinə qarşı başladılan məhkəmə prosesləri ölkədə keçid ədalətinin gələcəyi baxımından mühüm mərhələ hesab olunsa da, mövcud hüquqi boşluqlar ağır beynəlxalq cinayətlərə görə məsul şəxslərin tam şəkildə cavabdehlikdən yayınması riskini artırır.
Yeni Zelandiya Apellyasiya Məhkəməsi, 2019-cu ildə Kraystçerç şəhərində iki məscidə silahlı hücum edərək 51 nəfəri qətlə yetirən Brenton Tarantın apellyasiya şikayətini rədd edib. Məhkəmə, terrorçunun ömürlük həbs cəzası ilə bağlı çıxarılan hökmü qüvvədə saxlayıb.
Türkiyənin Daxili Təhlükəsizlik Qüvvələri Baş Komandanlığı 12 vilayətdə 15 mütəşəkkil cinayətkar qrupa qarşı keçirilən əməliyyatlar zamanı hesablarında 438 milyon lirə maliyyə hərəkəti qeydə alınan 109 şübhəlinin saxlanıldığını açıqlayıb. Qurumdan verilən məlumata görə, Türkiyə Respublika Baş Prokurorluqları və Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, eləcə də Kiber Cinayətlərlə Mübarizə idarələrinin koordinasiyası ilə vilayət təhlükəsizlik qüvvələri tərəfindən 12 vilayətdə əməliyyatlar həyata keçirilib.
Banqladeş məhkəməsi sabiq baş nazir Şeyx Hasinaya korrupsiya ittihamı ilə 21 il həbs cəzası verib. Qeyd edək ki, bir həftə əvvəl o, keçən il baş verən tələbə qiyamını qırmaq əmri verdiyi üçün insanlığa qarşı cinayətlərdə təqsirli bilinərək ölüm hökmünə məhkum edilmişdi. 78 yaşlı Hasina hazırda Hindistanda yaşayır və ölkəyə qayıtmaqla bağlı məhkəmə qərarını yerinə yetirməyib. Məhkəmə hakim Abdullah Əl Mamun qərarında, Hasinanın “ictimai torpaqları şəxsi mülkiyyət kimi istifadə etməsi və dövlət resurslarından özünə və yaxınlarına fayda götürmək üçün rəsmi prosedurları manipulyasiya etməsi”ni vurğulayıb.
Banqladeşdə məhkəmə ölkənin sabiq baş naziri, hazırda Hindistanda yaşayan Şeyx Hasinanı “insanlığa qarşı cinayətlər”də təqsirli bularaq ölüm cəzasına məhkum edib. Dəkkədə keçirilən dinləmədə hakim Qulam Murtuza Muzumdir bildirib ki, 78 yaşlı Hasina 2024-cü il tələbə üsyanı zamanı baş verən zorakılıqlara görə “qətl əmrini vermək, təşviqat aparmaq və müdaxilə etməmək” kimi üç ayrı maddə üzrə günahkar bilinib. “Cəza – edam”, – deyə hakim elan edib.