Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Banqladeşin keçmiş baş naziri Şeyx Hasinaya 21 il həbs cəzası verilib

    27 Noyabr 2025 16:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Banqladeşin keçmiş baş naziri Şeyx Hasinaya 21 il həbs cəzası verilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Banqladeş məhkəməsi sabiq baş nazir Şeyx Hasinaya korrupsiya ittihamı ilə 21 il həbs cəzası verib. Qeyd edək ki, bir həftə əvvəl o, keçən il baş verən tələbə qiyamını qırmaq əmri verdiyi üçün insanlığa qarşı cinayətlərdə təqsirli bilinərək ölüm hökmünə məhkum edilmişdi.

    AzerVoice xəbər verir ki, 78 yaşlı Hasina hazırda Hindistanda yaşayır və ölkəyə qayıtmaqla bağlı məhkəmə qərarını yerinə yetirməyib. Məhkəmə hakim Abdullah Əl Mamun qərarında, Hasinanın “ictimai torpaqları şəxsi mülkiyyət kimi istifadə etməsi və dövlət resurslarından özünə və yaxınlarına fayda götürmək üçün rəsmi prosedurları manipulyasiya etməsi”ni vurğulayıb.

    Hasinanın ABŞ-da yaşayan oğlu Sajib Vazed və qızı Sayma Vazed isə hər biri 5 il həbs cəzasına məhkum edilib. Hasina 5 avqust 2024-cü ildə ölkəni tərk etmişdi.

    Ölkədə siyasi gərginlik davam edir, fevral 2026-cı ildə keçiriləcək seçkilər öncəsi zorakılıq halları qeydə alınır. BMT hesab edir ki, Hasinanın hakimiyyəti dönəmində qiyamı yatırmaq üçün həyata keçirilən zorakılıqlarda 1 400-ə qədər insan həlak olub.

    Hasina hökmü “siyasi motivli və qərəzli” adlandırıb. O, həmçinin öz və yaxınları əleyhinə açılmış digər üç korrupsiya işi üzrə mühakimə olunur.

    #BMT #Banqladeş #Şeyx Hasinan #İnsanlığa qarşı cinayətlər #məhkəmə qərarı #ölüm hökmü #dövlət resursları #fevral seçkiləri #siyasi mühacir #siyasi təzyiqlər #Bangladeş məhkəmə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

    18 İyul 2026 20:43

    İsrailli məskunlaşanlar dayandırılsın - Beyrutdan BMT-yə çağırış

    18 İyul 2026 19:14

    Qətər İranın İordaniya, Bəhreyn və Küveytə hücumlarını kəskin pisləyib

    18 İyul 2026 19:10

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    17 İyul 2026 21:40

    Anar Quliyev BMT-də çıxış etdi

    17 İyul 2026 11:01

    ABŞ-İran qarşıdurmasına qayıdış mülki şəxslər üçün böyük zərbədir - Volker Türk

    14 İyul 2026 22:39

    İsrail 34 yeni qanunsuz yaşayış məntəqəsi üçün 434 milyon dollar ayırıb

    14 İyul 2026 22:33

    BMT Yəməndə artan gərginlikdən narahatdır

    13 İyul 2026 21:47

    Banqladeşdə daşqınlar 44 nəfərin həyatına son qoyub, bir milyondan çox insan çətin vəziyyətdə qalıb

    11 İyul 2026 19:19

    ABŞ MoU-ni pozmağa davam edərsə, Tehran öhdəlikləri yerinə yetirməyəcək - İranın BMT-dəki səfiri

    11 İyul 2026 18:27

    Livanın cənubunda zorakılıq azalıb, lakin vəziyyət hələ də kövrəkdir - BMT sülhməramlıları

    9 İyul 2026 22:03

    BMT-də Vaşinqtonun İrana qarşı əməliyyatları müzakirə edildi

    9 İyul 2026 19:56
    XƏBƏR LENTİ

    Şəxsi brend necə formalaşır? Mütəxəssislər fərqlənməkdən daha vacib üç amili açıqlayırlar

    Bu gün Brüs Li 32 yaşında vəfat etdi

    Tarixdə bu gün - 20 İyul

    Qətərdə fintex inqilabı: Nağdsız ödənişlər may ayında rekord qırdı

    Səudiyyə daşınmaz əmlak elanlarına ciddi nəzarət -lisenziya şərtdir

    Əraqçidən etiraf – Ali Rəhbərin ofisində təhlükəsizlik boşluğu var

    Qərb dünyası niyə ədəbiyyata dinin təsirini qəbul etmir?

    Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

    Psixoloji pozuntular həqiqətən artır, yoxsa onlar daha çox görünür? Mütəxəssislər sosial media və marketinqin rolunu izah edir

    Hormonların davranışa təsiri: Qadın və kişi aqressivliyinin anatomik fərqləri

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.