İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi, Avropa üçlüyü (E3) — Fransa, Almaniya və Böyük Britaniyanın ABŞ və İsrailin son hərbi təcavüzünü görməzdən gəlməsini “məsuliyyətsiz və əsassız yanaşma” adlandırıb. O, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində xalqının hüquqlarını və maraqlarını qorumaq öhdəliyini vurğulayıb və BMT-dən, eləcə də üzv dövlətlərdən İranın dinc nüvə obyektlərinə qarşı qanunsuz hücumları qəti şəkildə pisləmələrini tələb edib.
#London
Yaponiya, Böyük Britaniya və İtaliya, Global Combat Air Programme (GCAP) çərçivəsində altıncı nəsil döyüş təyyarəsi üçün mühərrik inkişafında əməkdaşlığı daha da dərinləşdirib. Yaponiya şirkəti IHI, Böyük Britaniyanın Rolls-Royce və İtaliyanın Avio Aero şirkətlərindən ibarət konsorsium, Edge Wing adlı ortaq müəssisə vasitəsilə yeni anlaşma imzalayıb.
Böyük Britaniyada İsraillə işləyən şirkətlərə qarşı aksiyaları ilə tanınan və iyul ayında qadağan edilən “Palestine Action” qrupuna dəstək məqsədilə Londonda keçirilən etirazlarda kütləvi həbslər baş verib. “Defend Our Juries” təşkilatının çağırışı ilə yüzlərlə insan paytaxtın Parlament Meydanında toplaşaraq yerli vaxtla saat 13:00-da etiraza başlayıb. Aksiya iştirakçıları “Soyqırıma yox, Palestine Action-a dəstək verirəm” şüarları yazılmış pankartlar qaldırıblar. Polisin müdaxiləsi ilə etiraz aksiyası gərginləşib. London Polisi açıqlama verərək saxlanmaların əksəriyyətinin qadağan edilmiş qrupa dəstək göstərilməsi səbəbilə həyata keçirildiyini bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Dohada görüş keçirib. Danışıqlar zamanı əsas diqqət üç Avropa ölkəsinin (Böyük Britaniya, Fransa və Almaniya) əvvəlki BMT Təhlükəsizlik Şurası qətnamələrini yenidən tətbiq etmək qərarına yönəlib.
“Vaşinqton yaxşı niyyət ortaya qoymur, əksinə İrana qarşı qanunsuz təzyiqləri davam etdirir. Avropa ölkələri də ABŞ və İsrailin tələbi ilə ‘mexanizm-i zənəd’ (sanksiyaların avtomatik bərpası) prosesini işə salıblar” –deyə, Bəqai bildiirb.
“Liverpul” İngiltərə çempionatının üçüncü turunda öz meydanında “Arsenal” üzərində 1:0 hesablı qələbə qazanıb. Oyunun yeganə qolunu 83-cü dəqiqədə Macarıstanlı yarımmüdafiəçi Dominik Soboslai cərimə zərbəsindən birbaşa vuraraq komandasına qələbə qazandırıb. “Arsenal” artıq 13 ildir ki, İngiltərə çempionatında Enfilddə “Liverpul”u məğlub edə bilmir. London klubu son dəfə rəqibini səfərdə 2012-ci il sentyabrın 2-də 2:1 hesabı ilə üstələyib. Bununla belə, 2020-ci ildə “Arsenal” Liqa Kubokunun 1/8 finalında “Liverpul”u penaltilərlə mübarizədən kənarlaşdırmışdı. Həmin görüşdə əsas vaxt 0:0 hesabı ilə başa çatmış, penaltilər seriyasında isə London təmsilçisi 5:4 hesabı ilə qalib gəlmişdi.
Nazirlik bəyan edib ki, Böyük Britaniya, Almaniya və Fransanın bu cəhdləri diplomatik səyləri zəiflədən, İranın nüvə proqramının sülh məqsədləri ilə bağlı şübhələri aradan qaldırmaq istiqamətindəki addımları əngəlləyən “ciddi təxribatçı faktor” kimi qiymətləndirilir.
Britaniya, Fransa və Almaniya cümə axşamı günü İranın nüvə proqramı ilə bağlı BMT sanksiyalarını bərpa etmək üçün 30 günlük mexanizmi işə salıb. Bu addım diplomatik təzyiqləri daha da artırmaqla yanaşı, bölgədə yeni gərginlik risklərini gündəmə gətirib.
Nazirliyin sözçüsünün sözlərinə görə, Əraqçi ilə E3 nümayəndələri arasında baş tutacaq danışıqlarda həm sanksiyaların aradan qaldırılması, həm də beynəlxalq tərəflərin İranın nüvə obyektlərinə qarşı “cinayətkar hücumlara” cavab verməsinin vacibliyi gündəmdə olacaq.
Səfirlik daha sonra qeyd edib ki, regional və qlobal sülhə əsas təhlükə yaradan amil sionist İsrail rejiminin təcavüzkar hərəkətləri və cinayətləridir. İsrailin “genosid, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər də daxil olmaqla saysız beynəlxalq cinayətlər törətdiyi” və bölgədə əsas sabitliksizlik mənbəyi olduğu vurğulanıb.
Fransa, Böyük Britaniya, Kanada, İspaniya və İtaliyanın da daxil olduğu dövlətlər İsrailin qərarını kəskin şəkildə pisləyib və onun dərhal ləğvini tələb edib. Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas da sənədə imza ataraq, bu addımın “Yaxın Şərqdə təhlükəsizlik və sabitliyə təhdid” olduğunu bildirib.
“The Telegraph” qəzetinin məlumatına görə, London hökuməti Avropa İttifaqı liderlərinə, xüsusilə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaja Kallas kimi rəsmilərə Ukrayna məsələsində ictimai tələblər irəli sürməməyi tövsiyə edib. Britaniya rəsmiləri hesab edir ki, bu cür çıxışlar ABŞ prezidenti Donald Trampı qəzəbləndirərək Avropanı danışıqlardan kənarda qoya bilər.