#London

London polisi Böyük Britaniyada qadağan olunmuş təşkilatlar siyahısına salınan Fələstin tərəfdarı "Palestine Action" hərəkatına dəstək aksiyasında 365 nəfəri saxlayıb. London polisinin verdiyi açıqlamaya görə, digər hüquq pozuntularına görə daha yeddi nəfər həbs edilib, onlardan beşi polis əməkdaşına hücum etməkdə ittiham olunur. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

Böyük Britaniyanın hava nəqliyyatı sektorunda radar sistemindəki nasazlıq səbəbilə genişmiqyaslı problem yaşanıb. Paytaxt aeroportları olan Hitrou, Qatvik və Siti hava limanlarından təyyarələrin uçuşları dayandırılıb. Həmçinin Edinburq şəhərindən uçuşlar təxirə salınıb.