#Qəzza hücumu

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan və Misirin Xarici İşlər naziri Bədir Əbdülati, Misirdə keçirdikləri görüşdən sonra birgə mətbuat konfransı təşkil ediblər. Görüşdə bölgə məsələləri, xüsusilə Suriya və Fələstindəki vəziyyət əsas gündəm mövzuları olub. Nazir Əbdülati çıxışında bildirib ki, Misir və Türkiyə Suriyanın ərazi bütövlüyünə və bütünlüyünə dəstək verir, eyni zamanda heç kimi istisna etməyən daxili siyasi həllin vacibliyi mövzusunda razılığa gəliblər.

İsrailin davam edən hücumları və tətbiq etdiyi blokada səbəbindən aclığın hökm sürdüyü Qəzza zolağında son 24 saat ərzində daha 11 fələstinlinin aclıqdan həyatını itirdiyi bildirilib. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yaydığı yazılı bəyanatda İsrailin hücumları nəticəsində son 24 saatda 39 fələstinlinin həlak olduğu, 491 nəfərin isə yaralandığı qeyd olunub. Nazirlik, 19 yanvarda əldə edilmiş atəşkəsi pozaraq 18 martdan bu yana həyata keçirilən hücumlar zamanı 9 min 862 fələstinlinin həyatını itirdiyini, 40 min 809 mülki şəxsin isə yaralandığını bildirib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Fransa, Misir, Almaniya və Türkiyənin xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla Qəzza zolağındakı vəziyyəti müzakirə edib. Feysəl bin Fərhan fransalı həmkarı Jan Noel Barro, misirli həmkarı Bədr Əbdül-Ati, almaniyalı həmkarı Yohan Vadeful, türkiyəli həmkarı Hakan Fidan və avropalı nümayəndə Kaya Kallasla ayrı-ayrılıqda telefon danışıqları aparıb.

Səudiyyə Ərəbistanı İsrailin Qəzzanın işğal edilməsi ilə bağlı qərarını pisləyib. Bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb. Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını (BMT TŞ) İsrailin işğalçı fəaliyyətlərini dərhal dayandırmağa çağırıb.

Sosial media hesabında açıqlama yayan Yılmaz, planın konkret bir müqavimət təşkilatına qarşı deyil, bütövlükdə Fələstin xalqına yönəldiyini vurğulayıb. O, İsrailin mülki əhalini, o cümlədən uşaqları hədəf almasının qanunlara və bütün humanitar dəyərlərə zidd olduğunu, atəşkəsdən yayındığını, yardımlara mane olduğunu və iki dövlətli həll yolunu məhv etdiyini qeyd edib.

İsrailin hücumları və blokadası səbəbindən aclıq yaşanan Qəzza zolağında son 24 saat ərzində 2-si uşaq olmaqla 4 fələstinlinin daha aclıqdan həyatını itirdiyi, aclıq səbəbilə ölənlərin sayının 201-ə çatdığı bildirilib. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş “X” hesabında etdiyi paylaşımda, Qəzzada aclıqdan həyatını itirənlərlə bağlı məlumat verib. “Aclıq səbəbilə ölümlər Qəzzada davam edir”, – deyən əl-Burş, son 24 saatda 2-si uşaq olmaqla 4 fələstinlinin daha aclıq və qeyri-kafi qidalanma səbəbilə həyatını itirdiyini bildirib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, İsrailin Qəzzanı tamamilə işğal etməyə yönələn planını kəskin şəkildə pisləyib. O, bu planı həm beynəlxalq hüququn, həm də insanlığın ayaqlar altına alınması kimi qiymətləndirib. "Sionist terror dövləti İsrailin sözde ‘Təhlükəsizlik Kabineti’ tərəfindən təsdiqlənən, Qəzzanın tamamilə işğalına yönəlmiş qanlı plan — təkcə beynəlxalq hüququ deyil, həm də insanlığı açıq şəkildə ayaqlar altına alan qaranlıq bir addımdır."