Mediasiya mübahisələrin məhkəmədən kənar, lakin dövlət tərəfindən qanunla tanınan və tənzimlənən həll mexanizmidir. Hümmət Əliyevin sözlərinə görə, bu proses tərəflərə problemi bitərəf mediatorun iştirakı ilə, qarşılıqlı razılaşma yolu ilə həll etmək imkanı yaradır. Hər neçə mediasiya klassik məhkəmə prosesi olmasa da, müəyyən edilmiş hüquqi çərçivəyə malikdir və yekunda əldə olunan nəticə hüquqi əhəmiyyət daşıyır.
#Hümmət Əliyev
Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin mahiyyəti, prinsipləri və vətəndaşlar üçün üstünlükləri barədə mühüm məqamlara aydınlıq gətirib. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa əsasən, mediasiya mübahisə tərəflərinin könüllü razılığı ilə, neytral və müstəqil mediatorun köməyi vasitəsilə qarşılıqlı məqbul razılaşmaya gəlmələrini təmin edən alternativ mübahisə həlli üsuludur. Burada əsas məqsəd tərəflərin öz iradələri ilə, məhkəmədənkənar şəkildə mübahisəni həll etmələridir. Yəni mediasiya qərar verən deyil, tərəfləri razılaşdıran bir mexanizmdir.
2025-ci il: Mediasiya sahəsi üçün dönüş ili Hümmət Əliyev bildirib ki, 2025-ci il həm institusional, həm də ictimai baxımdan mediasiya üçün mühüm dönüş ili oldu. Cəmiyyət artıq mübahisələrin yalnız məhkəmə yolu ilə deyil, dialoq və qarşılıqlı anlaşma əsasında da həll edilə biləcəyini qəbul edir. Bu il mediasiya mexanizmlərinin praktik tətbiqi daha da genişləndiyi qeyd olunub.
Müasir dünyada mədəni və dini müxtəliflik həm zənginlik, həm də mübahisələrin potensial mənbəyi kimi çıxış edir. Bu fərqliliklərin sülh və qarşılıqlı hörmət əsasında idarə olunmasında mediasiyanın rolu getdikcə artır. Hümmət Əliyev bildirir ki, bu tip mediasiya xüsusi həssaslıq və peşəkarlıq tələb edir. Prosesdə mediator ilk növbədə tərəflərin dəyərlərini, inanclarını və tarixi kontekstini dərindən anlamalıdır. “Mediasiyanın məqsədi kiminsə haqlı və ya haqsız olduğunu sübut etmək deyil, qarşılıqlı anlaşma üçün təhlükəsiz dialoq mühiti yaratmaqdır,” – deyə o əlavə edir.
Dünyada siyasi qarşıdurmaların və regional münaqişələrin artdığı bir dövrdə sülh mediasiyasının rolu getdikcə önəmli olur. Artıq mediasiya yalnız ailə və kommersiya mübahisələrinin həlli vasitəsi deyil, ölkələrin taleyini, beynəlxalq təhlükəsizliyi və milyonlarla insanın həyatını birbaşa formalaşdıran mühüm mexanizmdir. Hümmət Əliyev bildirir ki, diplomatik mediasiya təkcə masa arxasında aparılan danışıqlar deyil, həm də siyasət, hüquq, psixologiya, tarix və mədəniyyət fərqlərinin dərindən anlaşılmasını tələb edən kompleks bir prosesdir. “Sülh yalnız razılaşma sənədi ilə bitmir – etimadın bərpası, destruktiv narrativlərin azaldılması və gələcək nəsillər üçün təhlükəsiz mühitin yaradılması da bu prosesin hissəsidir,” – deyə o əlavə edib.
Bu gün Quba ASAN Xidmət Mərkəzinin Təlim-tədris binasında ASAN Könüllüləri üçün insan hüquqları və mediasiya mövzusunda maarifləndirici görüş keçirilib. Tədbir Quba 1 saylı Məntəqə Təlim Mərkəzinin direktoru, hüquqşünas-mediator Hümmət Əliyevin təqdimatında baş tutub. O, iştirakçılara insan hüquqlarının tarixi inkişafı, beynəlxalq hüquqi sənədlər, hüquqların müdafiəsi mexanizmləri və mediasiyanın mübahisələrin sülh yolu ilə həllində rolu barədə geniş məlumat verib.
Bu gün Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyində Quba 1 saylı Mediasiya Təşkilatı və "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin iştirakı ilə görüş keçirilib və tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Regionlarda mediasiya institutunun geniş təbliği və hüquqi maarifləndirmənin gücləndirilməsi məqsədilə Quba 1 saylı MT direktoru, hüquqşünas mediator Hümmət Əliyev növbəti maarifləndirici görüşünü Xaçmaz şəhərində keçirib. Tədbir Xaçmaz rayon Vəkil Bürosunda təşkil olunub və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Görüş zamanı mediasiya sahəsində aktual yeniliklər, tətbiq mexanizmləri, mediator-vəkil əməkdaşlığının əhəmiyyəti və mediasiyanın məhkəmələrin iş yükünün azaldılmasında rolu ilə bağlı geniş müzakirələr aparılıb. Hümmət Əliyev regionlarda mediasiyanın inkişafının tərəflər arasında daşınmaz hüquq münasibətlərinin daha səmərəli həllinə şərait yaratdığını qeyd edib.
Hüquq Bələdçisi rubrikasının növbəti buraxılışında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, mediator-hüquqşünas Hümmət Əliyev mediasiyada etik məsuliyyət və gizlilik prinsiplərinin əhəmiyyətindən danışıb. Müasir dövrdə mediasiya institutunun genişlənməsi ilə yanaşı, etik davranış qaydaları və peşə məsuliyyəti məsələləri daha da aktuallaşır. Hüquqi proseslə yanaşı, mediatorların etik prinsiplərə riayət etməsi tərəflər arasında etimadın əsas şərti kimi qəbul olunur.
“Hüquq və Cəmiyyət” rubrikasının bu buraxılışında diqqətimizi dövlət qurumlarında mediasiyanın tətbiqinə yönəltdik. Dövlət qurumlarında yaranan mübahisələr çox vaxt uzun müddət davam edən müraciət və şikayət proseslərinə çevrilir. Lakin mediasiya bu kimi hallarda daha sürətli, səmərəli və qarşılıqlı etimada əsaslanan alternativ mexanizm kimi ön plana çıxır.
Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru hüquqşünas mediator Hümmət Əliyev hüquq sahəsində bir çox suallara cavab verib. “Hüquq və Cəmiyyət” rubrikasının növbəti buraxılışında bu dəfə diqqətimizi korporativ və əmək münasibətlərində mediasiyanın roluna yönəltdik. İşçi və işəgötürən arasında yaranan fikir ayrılıqları çox vaxt illərlə davam edən məhkəmə çəkişmələrinə çevrilir. Lakin son illərdə mediasiya bu kimi hallarda daha səmərəli və qarşılıqlı etimada əsaslanan alternativ mexanizm kimi ön plana çıxır.
Son illərdə mediasiya institutu dünya praktikasında olduğu kimi, Azərbaycanda da hüquq sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Məhkəmədənkənar mübahisə həlli mexanizmi kimi mediasiya həm vətəndaşlar, həm də hüquqşünaslar üçün getdikcə daha cəlbedici olur. Mövzunu daha dərindən anlamaq üçün Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyevlə söhbətləşdik.