#Bunu bilirsinizmi?

1992-ci ildə ilk dəfə bir pulsarın ətrafında iki planet aşkar edilmiş, 1995-ci ildə isə əsas sıra ulduzu ətrafında ilk ekzoplanet tapılmışdı. Sonrakı illərdə Kepler və TESS missiyaları ilə kəşflərin sayı sürətlə artdı. 2015-ci ildə Kepler-in mininci ekzoplaneti təsdiqlənmiş, 2016-cı ildə isə təkcə bir ildə təxminən 1500 yeni planet kəşf edilmişdi. 2022-ci ilin martında rəqəm 5 minə çatmışdı, 2025-ci ilin sentyabrına isə 6 min ekzoplanet qeydə alındı.

Uzun illərdir sağlam qidalanma nümunəsi kimi göstərilən Aralıq dənizi pəhrizi, az şəkər və heyvani məhsul (xüsusən də qırmızı ət) istifadəsi, bol zeytun yağı, dənli bitkilər, paxlalılar, balıq, yumurta, təzə meyvə-tərəvəzlə zəngin tərkibi ilə seçilir. Tədqiqatlara görə bu pəhriz uzunmüddətli sağlamlığı dəstəkləyir

Yeni aparılan araşdırma Ozempic və Wegovy kimi məşhur arıqlama dərmanlarının istifadəsi ilə bağlı narahatedici nəticələr ortaya qoyub. Analizə görə, bu preparatlardan istifadə edənlərin 52 faizi 12 ay ərzində müalicəni dayandırır. Danimarkada aparılan tədqiqat çərçivəsində artıq çəkidən əziyyət çəkən, lakin şəkərli diabeti olmayan 77 mindən çox şəxsin məlumatları araşdırılıb.

Türk dastanları xalqın tarixini, qəhrəmanlıq hekayələrini, təbiətlə mübarizəsini və milli dəyərlərini əks etdirən ən önəmli mədəni miraslardan biridir. Bu dastanlar, türk xalqının mənəvi gücünü, qəhrəmanlıq və azadlıq sevgisini nəsildən-nəslə ötürmüş və mədəni irs halına gəlmişdir.

Pul və valyuta anlayışı gündəlik həyatda sadə görünsə də, beynəlxalq miqyasda olduqca mürəkkəb mexanizmlər üzərində qurulub. ABŞ dolları ilə Avro arasındakı məzənnə hər gün, hər saniyə dəyişir. Bu dəyişkənlik yalnız investorları deyil, eyni zamanda beynəlxalq ticarətlə məşğul olan şirkətləri, bankları və hökumətləri də birbaşa təsirləndirir.

Londonda yaşayan 31 yaşlı Amelia adlı qadının hekayəsi, süni intellekt dəstəkli söhbət botlarının psixi sağlamlığa təsirləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Depressiya səbəbindən işini itirən Amelia, əvvəlcə ChatGPT-də dəstək tapsa da, vəziyyəti pisləşdikcə platformadan aldığı cavablar onun intihar düşüncələrini gücləndirməyə başlamışdı.

Neurology dərgisində dərc olunan yeni araşdırmaya görə, üç aydan çox müddətdə hər həftə ən azı üç dəfə yuxuya getməkdə çətinlik çəkən şəxslərdə demensiya və ya yüngül idrak pozğunluqlarının inkişaf riski normal yuxu rejiminə malik insanlara nisbətən 40 faiz daha yüksəkdir.