Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Ölkələr və Paytaxtlar
    Ölkələr və Paytaxtlar

    Dünyanın ən qədim şəhərlərindən biri: İstanbulun sirrləri

    24 Sentyabr 2025 19:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dünyanın ən qədim şəhərlərindən biri: İstanbulun sirrləri
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İstanbul dünyanın ən qədim və ən möhtəşəm şəhərlərindən biridir. Türkiyənin ən böyük şəhəri olan İstanbul həm iqtisadi, həm tarixi, həm də sosial-mədəni baxımdan ölkənin ürəyi sayılır. İqtisadi böyüklüyünə görə dünyada 34-cü yeri tutur, əhali sayına görə isə Avropada birinci, dünyada isə Nigeriyanın Laqos şəhərindən sonra altıncı sıradadır.

    Turistlərin ən çox ziyarət etdiyi şəhərlərdən biri olan İstanbul öz tarixi və unikal mədəniyyəti ilə daim diqqət mərkəzindədir. AzerVoice oxucuları üçün İstanbul haqqında maraqlı faktlar:

    1. İstanbul eramızdan əvvəl 667-ci ildə qurulmuşdur.
    2. Şəhər tarixi boyunca dörd imperiyanın paytaxtı olub.
    3. Dünyada həm Asiyada, həm də Avropada yerləşən yeganə şəhərdir.
    4. Əhali sayına görə Moskvanı geridə qoyaraq Avropanın ən sıx məskunlaşan şəhəri hesab olunur.
    5. Şəhər yarananda Bizans adlanırdı, indi isə bu ad İstanbulun qədim rayonlarından birinin adında yaşayır.
    6. Türklərin fəthindən sonra Konstantinopol “İstanbul” adını alaraq Osmanlı İmperiyasının paytaxtına çevrildi.
    7. Dünyada nikahların sayına görə ikinci yerdədir.
    8. Küçə yeməkləri olduqca məşhurdur və hər küncdə əlçatan qiymətlərlə satılır.
    9. İstanbulda 500-dən çox türk hamamı var, onların temperaturu adətən 40–50°C arasında dəyişir.
    10. Kapalıçarşı dünyanın ən böyük qapalı bazarıdır.
    11. Müasir İstanbul ərazisində insanlar təxminən 8,500 il əvvəl məskunlaşıblar.
    12. Təkcə əsas görməli yerlər hər il Türkiyə xəzinəsinə 30 milyon dollardan çox gəlir gətirir.
    13. Topkapı Sarayının otaqları və salonları ümumilikdə 700,000 kvadratmetr sahəni əhatə edir.
    14. İstanbulun məşhur bazarı 66 küçəni əhatə edir, burada 4,000-dən çox mağaza fəaliyyət göstərir.
    15. Tarix boyu şəhəri 10 Roma imperatoru, 30 Osmanlı sultanı və 80-dən çox Bizans hökmdarı idarə edib.
    16. Türkiyə əhalisinin böyük hissəsi İstanbulda yaşayır.
    17. Dünyada ən çox ictimai tualetə sahib şəhərdir.
    18. Buradakı Bolqar Müqəddəs Stefan kilsəsi dünyada tamamilə dəmirdən tikilmiş yeganə kilsədir.
    19. XX əsrin əvvəlində İstanbul əhalisinin yarısı xristian idi, bu gün isə əksəriyyət müsəlmandır. Lakin şəhərdə müxtəlif dinlərə aid çoxsaylı məbədlər mövcuddur.
    20. İstanbulun 20-dən çox rayonu UNESCO-nun dünya mədəni və tarixi irs siyahısına daxildir.
    21. Şəhərin küçələrində sahibsiz pişiklər üçün xüsusi kiçik evlər və qablar yerləşdirilib.
    22. İstanbulun Avropa və Asiya hissələrini birləşdirən çoxlu bərə xətləri mövcuddur.
    23. Boğazın altında dünyanın ən dərin metro tuneli – Marmaray inşa edilib. Tikintisi 9 il davam edib.
    24. Miniatürk Parkında Türkiyənin bütün tarixi və mədəni abidələrinin kiçildilmiş dəqiq maketlərinə baxmaq mümkündür.
    25. Avropanın ən böyük akvariumu məhz İstanbulda yerləşir.
    #UNESCO #Bunu bilirsinizmi? #Dünyanın ən qədim şəhərləri #Türkiyənin ən böyük şəhəri #Laqos #Bizans #Konstantinopol #Kapalıçarşı #Osmanlı İmperiyasının paytaxtı #Topkapı Sarayı #Bolqar Müqəddəs Stefan kilsəsi #Marmaray
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Xarici görünüşümüz həyatımıza necə təsir edir?

    13 İyul 2026 08:01

    İslam memarlığı Avropa sənətini necə formalaşdırdı?

    12 İyul 2026 22:00

    Fateh dövründə Osmanlı İmperiyası necə bir inkişaf yolu keçdi?

    5 İyul 2026 09:00

    Musiqi dinləmək zehni inkşaf etdirir

    28 İyun 2026 23:00

    Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başlanıb

    23 İyun 2026 18:16

    Azaltmaq çarə deyil: Siqaret risklərindən qurtulmağın yeganə formulu

    21 İyun 2026 17:00

    Sosial medianın gizli təhlükəsi: Gənclər arasında yayılan "rəqəmsal demansiya"

    21 İyun 2026 13:00

    VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu

    17 İyun 2026 19:08

    İƏT İsrailin Hebronla bağlı planlarını pisləyib

    17 İyun 2026 18:39

    Azərbaycan və UNESCO Baş Konfransı arasında əməkdaşlıq müzakirə olunub

    17 İyun 2026 18:07

    Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə olunub

    16 İyun 2026 20:55

    Müasir dövrün gizli epidemiyası: Yuxusuzluğun səbəbləri və həlli yolları

    14 İyun 2026 21:00
    XƏBƏR LENTİ

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ-a xəbərdarlıq edib - “Sıfır saat” yaxınlaşır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.