ABŞ-nin Montclair Dövlət Universitetinin professoru Qabriel Rubin tərəfindən aparılan araşdırma çərçivəsində 107 gənclə siyasət, risk qavrayışı və etiraz mədəniyyəti mövzularında uzunmüddətli müsahibələr keçirilib. Nəticələrə görə, iştirakçıların böyük əksəriyyəti “Z nəsli dünyanı qorxuducu bir yer kimi görür” fikri ilə razılaşıb. Respondentlərin çoxu bu qorxunun şəxsi həyatlarına da birbaşa təsir etdiyini bildirib.
#Bunu bilirsinizmi?
2025-ci ildə əmək bazarında “səssiz istefa” anlayışını yeni və daha dərin bir proses - “səssiz çatlama” (quiet cracking) əvəzləməyə başlayıb. CNBC-nin yayımladığı və bulud əsaslı təlim platforması TalentLMS tərəfindən hazırlanmış son hesabatda bu tendensiya əmək bazarı üçün ciddi xəbərdarlıq kimi təqdim olunub. Hesabata əsasən, “səssiz çatlama” ilkin mərhələdə açıq performans itkisi yaratmasa da, uzunmüddətli perspektivdə həm təşkilatların səmərəliliyini, həm də institusional dayanıqlığını zəiflədir.
Dünyada 609 min nəfəri əhatə edən yeni araşdırma göstərib ki, orta yaş dövründə və qocalıqda özünü tənha hiss etmək demensiya riskini 31 faiz artırır.
Massaçusets Tədqiqat İnstitutunun amerikalı alimləri insan beyninə və şüuruna müsbət təsir göstərən dörd əsas qida növünü müəyyənləşdiriblər. Araşdırmaya görə, bu məhsulların müntəzəm istehlakı idrak qabiliyyətini artırır və IQ səviyyəsinin yüksəlməsi üçün təbii şərait yaradır.
Kəşfiyyat savaşları hər zaman aktual olub və bundan sonra da aktuallığını qoruyub saxlayacaq. Hazırki dövrdə olduğu kimi keçmiş əsrlərdə də kəşfiyyat savaşları olub.
9 yaşında taxta çıxan firon və 18 yaşında haqqında dəqiq məlumat olmayan bir səbəbdən dünyasını dəyişir. Hakimiyyət illərinin e.ə. 1332 – e.ə. 1323 illəri arasında olduğu düşünülür. Tutanxamon atası vəfat etdikdən soonra, başqa bir anadan olan ögey bacısı Anxesenamen ilə evlənərək taxta çıxır.
Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin (IARC) yeni hesabatına görə, dünyada ən yüksək alkoqol istehlakına malik region olan Avropa İttifaqında yalnız 2020-ci ildə 111 mindən çox yeni xərçəng hadisəsi alkoqol istifadəsi ilə əlaqələndirilib. ÜST-ün məlumatına əsasən, dünya üzrə alkoqolla əlaqəli xərçəng hallarının sayı 741 minə çatıb, bu xəstəliklərdən təsirlənənlərin təxminən 70 faizi kişilərdir.
İngiltərədə aparılan yeni araşdırma, restoran və kafelərin menyularına əlavə edilən kalori etiketlərinin obezliklə mübarizədə nəzərdə tutulduğu qədər effektiv olmadığını ortaya qoyub. 2022-ci ildə İngiltərə böyük restoranlar, kafe və fast food şəbəkələrinin menyularında kalori etiketlərini göstərmələrini məcburi etmişdi. Məqsəd, istehlakçıları daha sağlam seçimlərə yönəltmək idi.
Yeni bir araşdırma göstərir ki, şəkərli və süni dadlandırıcılarla hazırlanmış diyet içkilər qaraciyər sağlamlığı üçün zərərlidir. Araşdırmaya görə, gündə yalnız bir qutu belə içmək, metabolik disfunksiya ilə əlaqəli qaraciyər yağlanması xəstəliyi (MASLD) riskini əhəmiyyətli dərəcədə artırır.
Rəqəmsal texnologiyaların həyatın hər sahəsinə nüfuz etməsi uşaqların oxuma vərdişlərinə ciddi təsir göstərir. UNESCO və TÜİK-in son hesabatları göstərir ki, uşaqların kitabla keçirdiyi vaxt ekran qarşısında sərf etdiklərinin 10 faizindən də azdır. Son illərdə müşahidələr göstərir ki, uşaqlar bir-birlərinə oxuduqları kitabları deyil, oynadıqları oyunları danışır.
Yeni elmi araşdırma göstərib ki, insanların şəxsiyyət xüsusiyyətləri onların ömür uzunluğuna birbaşa təsir göstərə bilər. Mütəxəssislər hesab edir ki, bu nəticələr gələcəkdə fərdiləşdirilmiş tibbi xidmətlərin formalaşmasına təkan verəcək. Araşdırmanın nəticələrinə görə, nizamlı, məsuliyyətli, aktiv, yardımsevər və çalışqan şəxslər daha uzun ömür sürürlər. Əvəzində pessimist, narahat və stressə meyilli insanlar daha yüksək ölüm riski ilə üzləşirlər.
Yeni elmi araşdırmaya görə, qadınların kişilərdən daha uzun yaşaması təkcə insanlara xas xüsusiyyət deyil. Genetik fərqlər, evrim prosesi və həyat tərzi amilləri bu fərqin əsas səbəbləri arasında göstərilir. Science Advances jurnalında dərc edilən genişmiqyaslı tədqiqatda alimlər min 176 müxtəlif növü — şimpanzelər, gəmiricilər, marallar və bir çox quş növlərini — həm vəhşi təbiətdə, həm də zooparklarda müşahidə ediblər.