#v

Yalovada terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı polisə atəş açaraq üç polis əməkdaşının şəhid olmasına səbəb olan və zərərsizləşdirilən terrorçu Zafer Umutlunun cənazəsi ailəsi tərəfindən qəbul edilməyib. Məlumata görə, Yalovada təhlükəsizlik qüvvələrinin İŞİD-ə qarşı keçirdiyi əməliyyat zamanı silahlı qarşıdurma baş verib. Qarşıdurma nəticəsində üç polis əməkdaşı şəhid olub, terrorçu Zafer Umutlu isə öldürülüb. Hadisədən sonra Umutlunun cənazəsinin ailə üzvləri tərəfindən götürülmədiyi bildirilib.

Al Baraka Azerbaijan tərəfindən 2025-ci il üzrə həyata keçirilən xeyriyyə və humanitar fəaliyyətlərin yekun hesabatı açıqlanıb. Hesabat dövründə təşkilatın layihələri 16 ölkəni əhatə edib. İl ərzində 22 müxtəlif layihə istiqaməti üzrə ümumilikdə 420 xeyriyyə layihəsi icra olunub və bu təşəbbüslərdən 75 859 nəfər faydalanıb. Məlumata görə, layihələr əsasən humanitar yardımın göstərilməsi, sosial rifahın yaxşılaşdırılması, aztəminatlı ailələrin dəstəklənməsi və ehtiyac sahiblərinə yardımın çatdırılması məqsədi daşıyıb. Fəaliyyətlər beynəlxalq miqyasda həyata keçirilib və müxtəlif sosial qrupları əhatə edib.

Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında “Justice Mission 2025” adlı genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər son üç ildə Tayvan ətrafında keçirilən altıncı böyük hərbi manevr olmaqla yanaşı, miqyası və taktiki məqsədlərinə görə əvvəlkilərdən ciddi şəkildə fərqlənib.Çin Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin məlumatına əsasən, təlimlər Tayvanın şimalı, cənub-qərbi, cənub-şərqi və şərqində yerləşən hava və dəniz məkanlarını əhatə edib. Manvrlər zamanı döyüş gəmiləri, qırıcılar, bombardmançı təyyarələr, pilotsuz uçuş aparatları və uzaqmənzilli raketlərdən istifadə olunub.

İsrailin Livan hökumətinə Hizbullahın silahsızlaşdırılması üçün verdiyi möhlətin başa çatmasına az qalsa da, qiymətləndirmələrə görə, İsrail ordusu ABŞ-dan açıq razılıq almadan İrana bağlı bu qruplaşmaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlamağa risk etməyəcək. Xatırladaq ki, İsrailin müdafiə naziri İsrael Kats ötən ilin noyabrında Hizbullaha silahlarını ilin sonuna qədər təhvil vermək üçün möhlət qoymuş, əks halda İsrail ordusunun Livanda ona qarşı geniş hərbi əməliyyat həyata keçirəcəyini bildirmişdi.

İsrailin “Haaretz” qəzeti yazır ki, ordu Qəzza şəhərini işğal etmək üçün həm çağırışçı əsgərlərin, həm də binaların dağıdılması üçün zəruri olan buldozerlərin çatışmazlığından əziyyət çəkir. Çərşənbə günü İsrail ordusu Qəzza şəhərinin tam işğalı üçün “Gideon Arabaları - 2” adlı əməliyyata start verib. Qəzet yazır ki, ilkin açıqlamalarda çağırılan ehtiyat əsgərlərin əksəriyyətinin İordan çayının Qərb sahili və İsrailin şimalında (Livan və Suriya istiqamətində) xidmət edən nizami qüvvələrin yerini alacağı bildirilmişdi. Lakin indi ən azı üç ehtiyat briqadasının birbaşa Qəzzada yerləşdirilməsi planlaşdırılır.

İstanbulda bir nəfər Ayasofya məscidini yandırmağa cəhd edib. Sultanahmet Meydanı istiqamətinə getdiyi müəyyən edilən şübhəli şəxs, yaşadığı ünvanda saxlanılaraq həbs edilib. Məlumata görə, o əvvəllər Bakırköy Ruh və Sinir Xəstəlikləri Xəstəxanasında müalicə alıb.