Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Petro Trampın hədələri fonunda Kolumbiyanı müdafiə edəcəyini bəyan edib

    5 Yanvar 2026 20:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Petro Trampın hədələri fonunda Kolumbiyanı müdafiə edəcəyini bəyan edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Kolumbiya Prezidenti Gustavo Petro ABŞ Prezidenti Donald Trump tərəfindən səsləndirilən hədələr fonunda ölkəsinin suverenliyini müdafiə etməyə hazır olduğunu bildirib.

    AzerVoice xəbər verir ki, prezident Petro sosial şəbəkə paylaşımında qeyd edib ki, ABŞ-ın Venesuelada həyata keçirdiyi son müdaxilə kimi hər hansı zorakı addım Kolumbiyaya qarşı atılarsa, bu, cavabsız qalmayacaq. Onun sözlərinə görə, zərurət yaranacağı təqdirdə ölkəsini qorumaq üçün silaha əl atmağa hazırdır.

    “Bir daha silaha toxunmamağa and içmişdim. Amma vətən naminə yenidən silaha sarılacağam”, — deyə Petro vurğulayıb.

    Qeyd edək ki, keçmiş solçu silahlı hərəkat üzvü olan Petro son dövrlərdə Tramp administrasiyasının Latın Amerikasına yönəlik siyasətini açıq şəkildə tənqid edən liderlərdən biri kimi çıxış edir. ABŞ prezidenti isə narkotik qaçaqmalçılığı ilə mübarizə adı altında Kolumbiyaya qarşı mümkün hərbi tədbirlərlə hədələyib.

    Son günlər tərəflər arasında qarşılıqlı ittihamlar daha da sərtləşib. Tramp Venesuela Prezidenti Nikolas Maduronun zorla ölkədən aparılmasından sonra Petroya ünvanlanan açıqlamasında Kolumbiya liderinin “özünə diqqət etməli olduğunu” deyib və oxşar əməliyyatın Kolumbiyada da həyata keçirilə biləcəyini istisna etməyib.

    Kolumbiya Xarici İşlər Nazirliyi Trampın bu bəyanatlarını beynəlxalq hüquq normalarına zidd olaraq ölkənin daxili işlərinə yolverilməz müdaxilə kimi qiymətləndirib.

    Vaşinqton Petronu ABŞ-a narkotik axınını asanlaşdırmaqda ittiham etsə də, Kolumbiya prezidenti bu iddiaları qəti şəkildə rədd edir. Petro bildirib ki, hökuməti narkotik istehsalı ilə mübarizə aparır, lakin əvvəlki illərdə tətbiq edilən hərbiləşdirilmiş yanaşmadan uzaqlaşmağa çalışır.

    “Xalqıma böyük etimadım var. Məhz buna görə də onları prezidentə qarşı hər hansı qeyri-qanuni zorakı cəhdi rədd etməyə çağırmışam”, — deyə Petro əlavə edib.

    #v #Petro Trampın hədələri fonunda Kolumbiyanı müdafiə edəcəyini açıqlayıb #Kolumbiya prezidenti: Zərurət olarsa ölkəmi silahla qoruyaram #ABŞ-la gərginlik artır: Petrodan sərt bəyanat #Kolumbiya Trampın mümkün hərbi təhdidlərini rədd edir #Petro ABŞ-ın təzyiqlərinə qarşı xalqı səfərbərliyə çağırır #Petro Trump’ın tehditlerine karşı Kolombiya’yı savunacağını söyledi #Kolombiya liderinden sert mesaj: Gerekirse silaha sarılırım #ABD–Kolombiya gerginliği tırmanıyor #Kolombiya egemenliğini savunmaya hazır
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin polad ixracının son göstəriciləri açıqlanıb (ÖZƏL)

    11 İyul 2026 10:30

    Versal müqaviləsi Almaniya hökumətini böhrana sürüklədi: Nazirlər Kabineti istefa verdi

    20 İyun 2026 03:00

    İraqda yeni dövr başlayır - Əli əl-Zeydi korrupsiya ilə mübarizə və sabitlik vəd etdi

    16 May 2026 17:30

    İran prezidenti Xamenei ilə görüşdən sonra hansı açıqlamaları verib?

    7 May 2026 16:24

    Səudiyyə səfiri Azərbaycanda elmi simpoziumunda iştirak edib

    6 May 2026 13:28

    Bu bün Dəmir Leydi kimi tanınan Marqaret Tetçer Britaniya tarixinin ilk qadın baş naziri seçildi

    4 May 2026 03:00

    Panama kanalı - dünyanı bir-birinə bağlayan mühəndislik möcüzəsi

    3 May 2026 21:44

    İstanbulda saxlanılan İsrail hərbçisi deportasiya edildi

    1 May 2026 23:09

    İranda partlayış - 14 hərbçi öldü

    1 May 2026 22:05

    Suriyada Ceyşul-İslam rəhbərinə edilən sui-qəsdin sirləri açıldı - Pilotun etirafları yayımlanıb

    30 Aprel 2026 12:35

    Kim Çen Indan şok əmr - Şimali Koreya əsgərlərinə "özünüzü partladın" təlimatı

    30 Aprel 2026 11:07

    200 milyonluq müqavilə - İsrail hava sursatlarını niyə artırır?

    23 Aprel 2026 11:20
    XƏBƏR LENTİ

    BookHub təqdim edir: Qafqaz əsiri - İradənin və bəşəri mərhəmətin dastanı

    Linuxda vaxt və saat tənzimləməsi - Date və timedatectl dərsləri

    Bərdədən Səmərqəndə uzanan elmi yol: Hədis hafizi Əbu Əli Bərdəi

    Bitkilərin cinsiyyəti varmı?

    Allied – Müharibənin kölgəsində eşq və xəyanət imtahanı

    Şam işığında yaranan anatomiya və gizli güzgü yazısı: Leonardo da Vinçinin şok bioqrafiyası

    İmam Qəzali Səlcuqlu saray dəvətini niyə rədd etdi? Sultan Səncərə göndərilən tarixi məktub

    Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin

    Kəhf surəsi nədən bəhs edir?

    Bu gün qədim Romanı bürüyən Böyük Yanğın başladı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.