#v

İsrailin şimal bölgəsində yaşayış məntəqələrinə raket zərbələri endirilib. Kanal 12 televiziyasının yaydığı məlumata görə, İsrailin şimalında yerləşən yaşayış məntəqələrindən birində 9 mərtəbəli bina raket zərbəsinə məruz qalıb. İlkin məlumatlara əsasən, binanın mənzillərindən birində ağır dağıntılar baş verib. Fasad və daxili konstruksiyalara ciddi zərər dəyib, hadisə yerinə xilasetmə briqadaları və təcili yardım qüvvələri cəlb olunub.

ABŞ Prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasında gərginləşən hərbi qarşıdurma ilə bağlı mühüm bəyanat verərək rəsmi İslamabadın yanında olduğunu bildirib. Teksas ştatına səfəri öncəsi Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandıran Donald Tramp, iki ölkə arasındakı münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalına münasibət bildirib. Prezident ABŞ-ın bu prosesə müdaxilə edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən Pakistan rəhbərliyi ilə münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.

1696-cı ildə Rusiya hökmdarı olan Pyotrun hakimiyyəti dövrü genişmiqyaslı hərbi, siyasi, iqtisadi və mədəni islahatlarla yadda qalıb. Bu islahatlar əsasən Qərbi Avropa modellərinə söykənir və Rusiyanın orta əsr idarəçilik sistemindən çıxaraq mərkəzləşdirilmiş, dünyəvi dövlətə çevrilməsini hədəfləyirdi.

Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığından sonra açıqlama verərək, rəsmi Dehlinin Rusiyadan neft idxalını dayandırmağa razılıq verdiyini bildirib. Trampın sözlərinə görə, tərəflər görüş zamanı ikitərəfli ticarət, gömrük tarifləri və regional məsələləri müzakirə ediblər. ABŞ prezidenti qeyd edib ki, Modi Rusiyadan neft alışını dayandırmağa və ABŞ-dan, eləcə də ehtimal ki, Venesueladan daha çox neft almağa razılaşıb.

Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova İspaniyanın San-Sebastiyan şəhərində “Bask Kulinariya Mərkəzi”nin direktoru Joxe Mari Aizeqa ilə görüş keçirib. Görüşdə Avropada qastronomiya və kulinariya sənətinə həsr olunmuş ilk universitet, qastronomiya üzrə ali təhsil, elmi-tədqiqat və innovasiya sahəsində ixtisaslaşmış beynəlxalq nüfuzlu akademik məkan olan “Bask Kulinariya Mərkəzi” ilə mübadilə imkanları, aşpazlıq ixtisasının və ümumilikdə qastronomiyanın bütün sahələrini əhatə edən praktik tədris metodikası müzakirə olunub. Dövlət Turizm Agentliyinin bu istiqamətdə təşkil etdiyi beynəlxalq peşə təhsili proqramlarının nəticələri yüksək qiymətləndirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial məşğulluq proqramları genişləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində iştirakçılara və sosial cəhətdən həssas qruplar üçün iş yerlərinin yaradılmasına yönəlmiş yeni pilot layihəyə start verib.

Türkiyənin dövlət rəmzi olan bayrağa qarşı həyata keçirilən hücum rəsmi Ankara tərəfindən açıq təxribat kimi qiymətləndirilib. Nusaybin–Qamışlı sərhəd xəttində, Suriya tərəfində terror təşkilatı YPG tərəfdarları tərəfindən Türk bayrağına qarşı hücum həyata keçirilib. Hadisə Türkiyənin terrorla mübarizə siyasətini hədəf alan açıq provokasiya kimi dəyərləndirilib. Məlumata görə, PKK/YPG simpatizanlarından ibarət bir qrup Suriyadakı prosesləri bəhanə gətirərək Türkiyənin viza müraciət mərkəzinə hücum edib. Hücum zamanı bina daşlanıb, bəzi şəxslər binanın fasadına qalxaraq Türk bayrağına çatmağa və ona zərər verməyə cəhd göstərib.

Qlobal liderlər və ekspertlər qısa müddətli perspektivdə dünya üçün ən ciddi təhlükənin geo-iqtisadi qarşıdurma olduğunu bildiriblər. Bu nəticə Dünya İqtisadi Forumu tərəfindən açıqlanan illik Qlobal Risklər Hesabatında əksini tapıb.Hesabat çərçivəsində dünyanın müxtəlif bölgələrindən 1300-dən çox qərarverici və ekspert arasında sorğu aparılıb. Respondentlərin 18 faizi yaxın iki il ərzində qlobal böhrana səbəb ola biləcək əsas risk kimi geo-iqtisadi qarşıdurmanı göstərib.

Suriya ordusu ölkənin şimalında təhlükəsizlik əməliyyatlarını genişləndirdiyi bir vaxtda, Suriya Demokratik Qüvvələrinin nəzarətində olan ərazilərdə infrastruktur obyektlərinə qarşı partlayışların baş verdiyi bildirilir.Suriya Ordusu Əməliyyatlar Komandanlığının terror fəaliyyətlərinin qarşısının alınması məqsədilə başladığı əməliyyatlar fonunda, Hələb istiqamətindən geri çəkilən SDQ qüvvələrinin mümkün irəliləyişləri ləngitmək üçün körpüləri partlatdığı qeyd olunur.

BŞ mediasında yayılan məlumatlara görə, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff Rza Pəhləvi ilə gizli görüş keçirib. İddia İranda davam edən kütləvi etirazlar və Vaşinqtonun etirazçılara açıq dəstək bəyanatları fonunda gündəmə gəlib. Məlumata əsasən, görüş qeyri-rəsmi formatda baş tutub və onun detalları açıqlanmayıb. Ağ Ev rəsmiləri və Rza Pəhləvinin tərəfi məsələ ilə bağlı rəsmi şərh verməyib.

İranda baş verən prosesləri analiz və təhlil etmək üçün mövzunu bir neçə əsas müstəvidə dəyərləndirmək zəruridir. İlk növbədə İran ilə Venesuela arasındakı fundamental fərqləri düzgün müəyyənləşdirmək lazımdır. İran tarixi, siyasi və coğrafi baxımdan köklü bir mövcudiyyətə malikdir. Bu ölkə minilliklər boyunca formalaşmış dövlətçilik ənənəsinə, davamlı siyasi kimliyə və oturuşmuş demoqrafik resursa sahibdir. İran, ərəb-İslam hakimiyyəti dövrü istisna olmaqla, müxtəlif mərhələlərdə türk sülalələrinin idarəsi altında olsa belə, “İran” olaraq tarixi-siyasi mövcudiyyətini qoruyub saxlamışdır.

ABŞ Prezidenti Donald Tramp Rusiya neftinin daşınması ilə əlaqəli tankerlərin ələ keçirilməsi qərarını verib və Rusiyaya qarşı “sarsıdıcı sanksiyalar” paketinin irəlilədilməsini təsdiqləyib. Mənbələrə görə, bu addımlar Ağ Evin rəhbərinin Rusiya Prezidenti Vladimir Putin ilə bağlı artan məyusluğu fonunda atılıb. ABŞ administrasiyasında Putinin Ukraynadakı müharibənin dayandırılması yolunda əsas maneə kimi qəbul edildiyi bildirilir. Vaşinqton bu tədbirləri Moskvaya sülh yolu ilə həll üçün vaxtın azaldıldığına dair açıq siqnal kimi dəyərləndirir. Ağ Ev hesab edir ki, Rusiya tərəfi danışıqları qəsdən uzadır.