Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinin naziri Con Felanın vəzifəsindən azad edildiyini açıqlayıb. Rəsmi açıqlamada istefanın səbəbləri barədə məlumat verilməsə də, qərarın İranla dəniz qarşıdurmasının pik mərhələsinə təsadüf etməsi müxtəlif ehtimalları gündəmə gətirib.
#v
Türkiyənin maliyyə naziri Mehmet Şimşek qlobal iqtisadi qeyri-müəyyənlik fonunda yeni iqtisadi strategiyanın əsas istiqamətlərini açıqlayıb. “Yüksələn Türkiyə Zirvələri” çərçivəsində çıxış edən nazir dünya iqtisadiyyatında artan gərginliklərin və müharibələrin qlobal bazarlara ciddi təsir göstərdiyini bildirib.
ABŞ-ın İran ətrafında genişmiqyaslı hərbi mövcudluğu və paralel informasiya fəaliyyəti regionda gərginliyi yeni mərhələyə keçirir. Məlumata görə, ABŞ hərbi qüvvələrinin Ərəb dənizi, Oman körfəzi və Hörmüz boğazında aktiv fəaliyyəti müşahidə olunur. Regionda aviadaşıyıcı gəmilər, raket esminesləri, desant gəmiləri və helikopterlərdən ibarət kompleks əməliyyat sistemi qurulub. Bu hərbi mövcudluq yalnız fiziki nəzarət deyil, həm də psixoloji təsir vasitəsi kimi qiymətləndirilir.
"Rahma for Umma" fondunun dəstəyi və "Al Baraka Azerbaijan" könüllülərinin təşkilatçılığı ilə Qəzza və Arakanda ehtiyac sahibi ailələrə istiqamətlənmiş genişmiqyaslı zəkat layihəsi həyata keçirilib.
ABŞ və İran arasında bölgədəki gərginliyi müvəqqəti dayandıran atəşkəs müddətinin uzadılması istiqamətində prinsipial razılıq əldə olunub. Aprelin 22-də başa çatması gözlənilən iki həftəlik atəşkəsin müddətinin artırılması diplomatik danışıqların daha da dərinləşdirilməsinə xidmət edir. Regional mənbələrin verdiyi məlumata görə, tərəflər nüvə proqramı, Hörmüz boğazındakı vəziyyət və müharibə təzminatları kimi mübahisəli mövzular üzərində müzakirələri davam etdirmək niyyətindədirlər.
Misir ABŞ və İran arasında Pakistanın paytaxtı İslamabadda keçirilməsi planlaşdırılan danışıqlarda ərəb ölkələrinin iştirakının zəruriliyini bəyan edib. Qahirə vurğulayıb ki, tərəflər arasında əldə olunacaq hər hansı razılaşmada ərəb dünyasının təhlükəsizlik qayğıları mütləq nəzərə alınmalıdır.
Müasir iş dünyasında qərar qəbul etmə otaqlarında artıq "qarşıdakı fürsətlər nələrdir?" sualı deyil, "bizi qəfil vura biləcək risklər hansılardır?" sualı hakimdir. Bir zamanlar fürsətlər qapısı açan "qloballaşma" anlayışı, bu gün transmilli şirkətlərin "Axilles dabanı"na çevrilib. "Wall Street" və Silikon Vadisinin nəhəngləri artıq sadəcə texnoloji inkişafdan deyil, hərbi əməliyyat otaqlarını xatırladan bir gərginliklə siyasi xəritələrdəki dəyişikliklərdən danışırlar.
Pakistanın Baş naziri Şahbaz Şərifin ABŞ və İran arasında atəşkəs elan etdiyi paylaşımında "Layihə/Qaralama" (Draft) ifadəsinin unudulması beynəlxalq platformalarda geniş müzakirələrə yol açıb.
Sudanda fəaliyyət göstərən "Təsis Alyansı" (Çevik Dəstək Qüvvələri və müttəfiqləri) Mavi Nil ştatının strateji əhəmiyyətli Əl-Kərmək bölgəsini tam nəzarətə götürdüyünü elan edib. Efiopiya ilə sərhəddə yerləşən bu şəhər uğrunda Sudan ordusu ilə bir neçə saat davam edən şiddətli döyüşlərdən sonra hərbi bölmələr şəhər mərkəzinə daxil olub.
Miçiqan Ştat Polisi Vest Blumfild şəhərində yerləşən “Temple Israel” sinaqoqunda silahlı hücumun baş verdiyini açıqlayıb. İlkin məlumatlara görə, hücum edən şəxs avtomobili ilə sinaqoq binasına daxil olub və ətrafda atəş açıb. ABŞ Federal Təhqiqat Bürosunun direktoru Kaş Patel sosial şəbəkədə yayımladığı açıqlamada bildirib ki, Federal Təhqiqat Bürosunun əməkdaşları Miçiqandakı yerli hüquq-mühafizə orqanları ilə birlikdə hadisə yerində əməliyyat keçirirlər.
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını nəzarətə götürmək məqsədilə ABŞ qoşunlarının ölkəyə göndərilməsi ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib. ABŞ prezidenti qeyd edib ki, bu məsələ ilə bağlı hər hansı qərar verilməyib və belə bir addımın atılması hazırda gündəmdə deyil.
İndoneziya ordusunun Qəzzadakı "Sülh Şurası" layihəsində iştirakı tərəfdarlar və əleyhdarlar arasında kəskin mübahisələrə səbəb olub. Son 70 ildə İndoneziya BMT-nin sülhməramlı missiyaları çərçivəsində Afrika, Asiya və Avropanın münaqişə zonalarına qoşun göndərsə də, Qəzza missiyasının xarakteri və riskləri tamamilə fərqlidir. Qeyd edək ki, İndoneziya ordusu indiyədək göstərdiyi fəaliyyətlərə görə böyük təqdirlər alsa da, bəzi əməkdaşları qaçırılmış, bəziləri isə öldürülmüşdür.