Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Arab+
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplar üçün yeni iş yerlərinin yaradılmasına başlanılıb

    28 Yanvar 2026 16:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplar üçün yeni iş yerlərinin yaradılmasına başlanılıb
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial məşğulluq proqramları genişləndirilir.

    AzerVoice xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində iştirakçılara və sosial cəhətdən həssas qruplar üçün iş yerlərinin yaradılmasına yönəlmiş yeni pilot layihəyə start verib.

    “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” adlı layihə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramı vasitəsilə kiçik biznes qurmuş və işçi qəbul edən benefisiarları əhatə edir. Layihə özünüməşğulluq proqramının genişləndirilməsində mühüm mərhələ kimi qiymətləndirilir.

    Pilot layihəyə əsasən, benefisiarların işə qəbul etdikləri işçilərin əməkhaqları, eləcə də işəgötürən və işçi tərəfindən ödənilməli olan vergi və sosial ayırmaların ilk 3 ay ərzində tam məbləği, növbəti 3 ayda isə 50 faizi “Məşğulluğa Dəstək Layihəsi” hesabına ödəniləcək.

    Bu günlərdə Quba rayonunda yeni layihə ilə bağlı məlumatlandırma tədbiri keçirilib. Tədbirdə layihənin məqsədləri, icra mexanizmi və gözlənilən sosial-iqtisadi nəticələr barədə ətraflı məlumat verilib.

    Vurğulanıb ki, layihə benefisiarlarda işəgötürən düşüncəsinin və praktiki təcrübəsinin formalaşmasına xidmət edir. Eyni zamanda, işə qəbul olunan şəxslərlə əmək münasibətlərinin ilk 6 aydan sonra da davam etdirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib.

    Tədbir çərçivəsində Qusar şəhər sakinləri – özünüməşğulluq proqramı üzrə “Un məmulatlarının istehsalı” istiqamətində kiçik biznes qurmuş Aygün Hacımuradova və “Mebel sexi” istiqaməti üzrə fəaliyyət göstərən Vadim Rzayevlə əməkdaşlıq müqavilələri imzalanıb. Layihəyə cəlb ediləcək digər iştirakçılarla da müvafiq prosedurlar çərçivəsində işlərin davam etdiriləcəyi bildirilib.

    “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplar üçün yeni iş yerlərinin yaradılmasına başlanılıb
    “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplar üçün yeni iş yerlərinin yaradılmasına başlanılıb
    “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplar üçün yeni iş yerlərinin yaradılmasına başlanılıb
    #v #Məşğulluğa Dəstək Layihəsi çərçivəsində yeni iş yerləri yaradılır #Həssas qruplar üçün məşğulluq üzrə yeni pilot layihəyə start verilib #Özünüməşğulluq proqramı üzrə işəgötürənlərə əlavə dəstək #Nazirlikdən həssas qrupların məşğulluğuna yeni təşəbbüs #Məşğulluğa Dəstək Layihəsi genişləndirilir #Yeni pilot layihə iş yerlərinin sayını artıracaq #Azerbaycan’da istihdam destek projesi genişletiliyor #Hassas gruplar için yeni istihdam pilot projesi #Kendi işini kuranlara ek istihdam desteği #Azerbaycan’da istihdama yönelik yeni sosyal proje #Sosyal gruplar için yeni iş imkanları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin polad ixracının son göstəriciləri açıqlanıb (ÖZƏL)

    11 İyul 2026 10:30

    Versal müqaviləsi Almaniya hökumətini böhrana sürüklədi: Nazirlər Kabineti istefa verdi

    20 İyun 2026 03:00

    İraqda yeni dövr başlayır - Əli əl-Zeydi korrupsiya ilə mübarizə və sabitlik vəd etdi

    16 May 2026 17:30

    İran prezidenti Xamenei ilə görüşdən sonra hansı açıqlamaları verib?

    7 May 2026 16:24

    Səudiyyə səfiri Azərbaycanda elmi simpoziumunda iştirak edib

    6 May 2026 13:28

    Bu bün Dəmir Leydi kimi tanınan Marqaret Tetçer Britaniya tarixinin ilk qadın baş naziri seçildi

    4 May 2026 03:00

    Panama kanalı - dünyanı bir-birinə bağlayan mühəndislik möcüzəsi

    3 May 2026 21:44

    İstanbulda saxlanılan İsrail hərbçisi deportasiya edildi

    1 May 2026 23:09

    İranda partlayış - 14 hərbçi öldü

    1 May 2026 22:05

    Suriyada Ceyşul-İslam rəhbərinə edilən sui-qəsdin sirləri açıldı - Pilotun etirafları yayımlanıb

    30 Aprel 2026 12:35

    Kim Çen Indan şok əmr - Şimali Koreya əsgərlərinə "özünüzü partladın" təlimatı

    30 Aprel 2026 11:07

    200 milyonluq müqavilə - İsrail hava sursatlarını niyə artırır?

    23 Aprel 2026 11:20
    XƏBƏR LENTİ

    Qlobal siyasətin yeni cəbhəsi: Kosmik diplomatiyanın əhəmiyyəti artır

    Bu gün Berlin bölündü

    Tarixdə bu gün –13 Avqust

    ABŞ-da 1 000 saxta nikahla bağlı böyük immiqrasiya işi açılıb

    İraq Səudiyyə Ərəbistanına yüksək səviyyəli təhlükəsizlik nümayəndə heyəti göndərəcək

    Fransanın şimalında meşə yanğını səbəbindən 1 200 nəfər təxliyə olunub

    Trampın Hörmüz boğazı üzərində “tam nəzarət” iddiası danışıqlara ziddir

    CodeRabbit 143 milyon dollar cəlb etdi - şirkətin dəyəri 1,5 milyard dollara yüksəldi

    İsrailin cənubdakı kütləvi söküntülərə bəraəti məntiqə uyğun deyil - Nəvaf Salam

    Avropa İttifaqı və 26 ölkə İranda etirazçıların edamlarını pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.