Albaniya Müdafiə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə baş verən 64 yanğından 24-ü hələ də aktivdir. Yanğınlarla mübarizə Albaniya Mülki Müdafiə Agentliyinin koordinasiyası ilə 10 mindən çox şəxsi heyətin iştirakı ilə aparılır. Gecə boyu davam edən söndürmə işlərində əsas diqqət yaşayış məntəqələri və milli parklar yaxınlığındakı alovların qarşısının alınmasına yönəldilib. Qramş və Delvin bölgələrində yanğınların sürətlə yayılması səbəbindən əhalinin dərhal ərazini tərk etməsi tövsiyə olunub.
#Fövqəladə vəziyyət
Yavanın şərqində yerləşən Semeru vulkanı yerli vaxtla səhər saat 09:38-də püskürərək kül buludlarını dəniz səviyyəsindən təxminən 4,6 kilometr yüksəklikdə havaya sovurub. Vulkanın 2-ci Həyəcan Səviyyəsində olduğu və zirvədən 8 kilometr uzaqlıqdakı Besuk Kobokan bölgəsinin cənub-şərq hissəsində bütün fəaliyyətlərin qadağan edildiyi bildirilib.
Ölkənin müxtəlif bölgələrində baş verən yanğınlar səbəbindən Achaia, Sakız (Xios) adası və Epirusda çoxsaylı yaşayış məntəqələri boşaldılıb. “112” qaynar xətti vasitəsilə yerli sakinlərə təxliyə barədə xəbərdarlıqlar göndərilib. Yanğınsöndürmə işlərinə 4850 nəfərlik heyət cəlb olunub, səhər saatlarından hava qüvvələri yenidən su tökmə əməliyyatlarına başlayıb. Achaia prefekturasında Patra yaxınlığındakı Sihena bölgəsində başlayan yanğın bir neçə evə ziyan vurub, Sakız adasında isə kəndlər tamamilə boşaldılıb və kənd təsərrüfatı sahələri, fermalar, anbarlar, nəqliyyat vasitələri ciddi ziyan görüb. Epirusun Preveze bölgəsindəki Ziros bələdiyyəsində yanğın təxminən 30 kilometrlik əraziyə yayılıb.
ABŞ prezidenti Donald Trampın Vaşinqtonda təhlükəsizliyi bərpa etmək məqsədilə fövqəladə vəziyyət elan etməsindən sonra Milli Qvardiya bölmələri paytaxta göndərilməyə başlanıb. Hazırda Vaşinqton və ətraf ştatlardan olan 800 nəfərlik Milli Qvardiya qüvvələri hissə-hissə şəhərə daxil olaraq xidmət yerlərinə yerləşdirilir.
Püskürmə nəticəsində səmaya qalxan kül buludları bölgədə görmə qabiliyyətini azaldıb. Səlahiyyətlilər vulkanın 3 dekabr 2023-cü ildən bəri 450-dən çox püskürmə həyata keçirdiyini bildirib. Fövqəladə tədbirlər çərçivəsində krateri əhatə edən 3 kilometrlik əraziyə giriş və bütün fəaliyyətlər qadağan edilib. Yerli əhali kül yağması və lava axınları riskinə qarşı xəbərdar edilib.
Kozaağacı yaylasının Kabaağaç ərazisindəki meşədə hələlik səbəbi məlum olmayan yanğın nəticəsində tüstü qalxıb. Bölgəyə dərhal Bozyazı Meşə Əməliyyat Müdirliyinin personalı, jandarma qrupları, yanğınsöndürmə vertolyotu və su maşınları göndərilib. Havadan və yerdən aparılan müdaxilələrlə yanğının nəzarət altına alınması üçün işlər davam etdirilir.
Leon, Ourense, Navarra və Avila bölgələrində 1,5 gündür yanan yanğınların nəzarət altına alınması ilə dünən gecə ehtiyat tədbiri olaraq təxliyə edilən 1500-dən çox insanın evlərinə qayıtmasına icazə verilib. Yerli hakimiyyət orqanları və Mülki Müdafiə qruplarının məlumatına görə, ən çətin vəziyyət Leon şəhəri ətrafında beş fərqli nöqtədə davam edən yanğınlardır. Hərbi Fövqəladə Hallara Müdaxilə Qrupu (UME) da söndürmə işlərinə dəstək verir. Bəzi yaşayış məntəqələrində 50-yə qədər insanın hələ də evlərinə qayıtmasına icazə verilməyib, bəzi yollar isə bağlıdır.
Türkiyədə Karabükdə baş verən meşə yanğını artıq ikinci gündür davam edir və müdaxilə işləri davam edir. Azervoice xəbər verir ki, dünən başlayan yanğına həm hava, həm də qurudan davamlı müdaxilə edilir. Yanğının nəzarət altına alınması üçün əraziyə canlı qüvvə və texnika yönəldilib.
Türkiyənin Karabük vilayətinin Arçak kəndi yaxınlığında meşə ərazisində baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Yanğın 7 avqust tarixində günorta saatlarında başlayıb. Kənd sakinlərinin məlumat verməsindən sonra əraziyə fövqəladə xidmətlərin su maşınları, yanğınsöndürmə qrupları və Meşə Təsərrüfatı Regional Müdirliyinə məxsus helikopter cəlb olunub. Hazırda alovların qarşısının alınması istiqamətində işlər davam etdirilir
JAMA Network Open tibb jurnalında dərc edilən araşdırmaya əsasən, Los-Anceles yanğınları zamanı ölüm halları əvvəlki illərlə müqayisədə 7 faiz artıb. Ölüm səbəbləri arasında birbaşa ağciyər və ürək xəstəlikləri, həmçinin səhiyyə xidmətlərinin pozulması nəticəsində müalicənin gecikməsi – dializ və xərçəng kimi xəstəliklərə aid dolayı təsirlər yer alır.
Bolqarıstanın Haskovo vilayətində baş verən yanğın iki gündür davam edir və atılan siqaret kötüyünün səbəb olduğu bildirilir. Qubernator Stefka Zdravkova mətbuata verdiyi açıqlamada, güclü və isti küləyin yanğınla mübarizə səylərinə mənfi təsir göstərdiyini bildirib. Yanğın beynəlxalq Meriç şossesini keçərək, yolun bir hissəsinin müvəqqəti bağlanmasına səbəb olub.
Fars Xəbər Agentliyinin məlumatına görə, tədbir Tehran, Fars, Ərdəbil, Kohgiluye-Boyer Əhməd, Gülistan, Rəzəvi Xorasan, Çaharmahal-Bəxtiyari, Buşehr, Cənubi Xorasan, Yəzd, İsfahan, Hörmüzqan, Kirman, Əlborz, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Semnan, İlam, Qum və Gilan vilayətlərini əhatə edəcək.