Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Yunanıstanda meşə yanğınları kənd təsərrüfatı və evlərə ciddi ziyan vurub

    13 Avqust 2025 12:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yunanıstanda meşə yanğınları kənd təsərrüfatı və evlərə ciddi ziyan vurub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Yunanıstanda meşə yanğınları səbəbindən gecə boyu genişmiqyaslı evakuasiya aparılıb.

    AzerVoice xəbər verir ki, ölkənin müxtəlif bölgələrində baş verən yanğınlar səbəbindən Achaia, Sakız (Xios) adası və Epirusda çoxsaylı yaşayış məntəqələri boşaldılıb. “112” qaynar xətti vasitəsilə yerli sakinlərə təxliyə barədə xəbərdarlıqlar göndərilib. Yanğınsöndürmə işlərinə 4850 nəfərlik heyət cəlb olunub, səhər saatlarından hava qüvvələri yenidən su tökmə əməliyyatlarına başlayıb.

    Achaia prefekturasında Patra yaxınlığındakı Sihena bölgəsində başlayan yanğın bir neçə evə ziyan vurub, Sakız adasında isə kəndlər tamamilə boşaldılıb və kənd təsərrüfatı sahələri, fermalar, anbarlar, nəqliyyat vasitələri ciddi ziyan görüb. Epirusun Preveze bölgəsindəki Ziros bələdiyyəsində yanğın təxminən 30 kilometrlik əraziyə yayılıb.

    Qeyd edək ki, Yunan Yanğınsöndürənlər Dərnəyinin prezidenti Kostas Çiqas son 24 saatı yanğın mövsümünün “ən çətin günü” adlandırıb. Onun sözlərinə görə, təkcə dünən 82 yanğın qeydə alınıb və güclü külək, yüksək temperatur, həmçinin quraqlıq söndürmə işlərini çətinləşdirib. Ən riskli cəbhələr Patra və Prevezada qeydə alınıb.

    #Yunanıstan #meşə yanğını #yanğın xəbərdarlığı #Fövqəladə vəziyyət #təxliyə əmri #yanğınla bağlı təxliyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb

    14 Avqust 2026 20:39

    Silivridə başlayan yanğın geniş əraziyə yayılıb, bəzi evlər təxliyə edilib

    13 Avqust 2026 16:57

    Fransanın şimalında meşə yanğını səbəbindən 1 200 nəfər təxliyə olunub

    12 Avqust 2026 21:15

    Kanadada meşə yanğını nəzarətdən çıxıb, minlərlə sakin təxliyə edilir

    8 Avqust 2026 20:24

    Hörmüz boğazında Yunanıstana məxsus iki neft tankeri hücuma məruz qalıb

    20 İyul 2026 20:40

    Yunanıstana məxsus F-16 təyyarəsi təcili eniş edib

    9 İyul 2026 16:07

    Marko Rubio Venesuela üçün hansı addımları açıqladı?

    25 İyun 2026 18:15

    Qızıl Xaç zəlzələ qurbanlarına yardım səylərini artırır

    25 İyun 2026 17:32

    Yunanıstanın Evia adasında iri meşə yanğını baş verib

    20 İyun 2026 22:32

    İsrail ordusu Livanın cənubunda daha 6 yaşayış məntəqəsi üçün təxliyə əmri verib

    28 May 2026 19:53

    İsrail ordusu Zəhrani çayının cənubunu “döyüş zonası” elan edib

    27 May 2026 22:07

    İsrail və Hizbullah arasında qarşıdurma genişlənir

    27 May 2026 20:06
    XƏBƏR LENTİ

    Huda Qəttan və Kardi Bi əməkdaşlığa başlayır

    Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

    Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

    Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib

    Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat yayılıb

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    Dünyanın ən yaxşı reqbiçiləri Dubayda - HSBC SVNS 2027 seriyasının açılışı olacaq

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.