Rəsmilərin “India Today” qəzetinə verdiyinilkin məlumatlara görə, sürüşmə nəticəsində 4 nəfər həyatını itirib. Rəsmilər bölgədə 50-dən çox insanın itkin düşdüyü bildirir.
#Fövqəladə vəziyyət
Wipha tayfunu Honq-Konqu vurub - Çində "T10" xəbərdarlığı verilib.
Nyu-Cersidə fövqəladə vəziyyət elan edilib
İstanbulun Pendik rayonu ərazisində yerləşən Aydos meşəsində bu gün naməlum səbəbdən yanğın baş verib. Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları və polis qrupları cəlb olunub.
Suriyanın fövqəladə hallar və fəlakətlərin idarə edilməsi naziri Raed əl-Salih Latakiya vilayətində bir həftədir davam edən meşə yanğınlarının söndürülməsi üçün Avropa İttifaqından (Aİ) və beynəlxalq ictimaiyyətdən dəstək istədiklərini açıqlayıb.
İndoneziyanın Flores adasındakı Levotobi Laki-laki vulkanı bazar ertəsi güclü püskürmə ilə yenidən aktivləşib.
ABŞ-ın Kaliforniya ştatında bir neçə bölgədə başlayan meşə yanğınları ümumilikdə 34 min hektara yaxın ərazini əhatə edib.
ABŞ-ın Texas ştatında iyulun 4-də başlayan güclü yağışlar nəticəsində baş verən daşqınlarda həyatını itirənlərin sayı 104-ə yüksəlib.
ABŞ Prezidenti Donald Tramp, güclü yağışlar və Qvadelupa çayının daşması nəticəsində baş verən sel fəlakətindən ən çox zərər çəkmiş Texas ştatının Kerr dairəsində fövqəladə vəziyyət rejimi elan edib.
İzmirin Ödəmiş rayonunda yanğında həyatını itirənlərin sayı 3-ə çatıb.
ABŞ-ın Texas ştatının mərkəzi bölgələrində güclü yağışların səbəb olduğu daşqınlarda ən azı 13 nəfər həyatını itirib, qızlar üçün nəzərdə tutulmuş yay düşərgəsində olan 20 uşağın itkin düşdüyü bildirilib.
İzmirin Çeşmə rayonunda əkin sahəsində başlayan yanğın güclü küləyin təsiri ilə meşəlik əraziyə yayılıb.