Qeyd edək ki, Türkiyə son illərdə liman infrastrukturu, tranzit daşımaları və beynəlxalq logistika marşrutları üzrə strateji mövqeyini gücləndirməyə çalışır.Regional ticarət marşrutlarının inkişafı ölkənin dəniz nəqliyyatı sektorunda əhəmiyyətini artırır.
#dəniz nəqliyyatı
ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqtonun İrana qarşı hücum əməliyyatları başa çatıb və ölkə indi müdafiə mərhələsinə keçib. O, “Əfsanəvi qəzəb” adlı əməliyyatın sona çatdığını, prezident Donald Trampın isə yeni “Azadlıq layihəsi”ni başlatdığını açıqlayıb.
Dünyanın ən mühüm dəniz damarlarından biri olan və ildə təxminən 100 min gəminin keçdiyi Cəbəllütariq boğazında geosiyasi gərginliklərin təsiri müşahidə olunur. Hörmüz boğazında yaşanan gərginliklərin yaratdığı tədarük zənciri riskləri və iqtisadi dalğalanmalar birbaşa olaraq Cəbəllütariq marşrutlarına da təsir göstərməyə başlayıb.
ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasından bir neçə saat sonra Hörmüz boğazında gəmilərin hərəkəti bərpa edilib. Şərti atəşkəs elan edildikdən sonra strateji boğazı keçən ilk gəmi Liberiya bayrağı altında üzən "Dayton Beach" yük gəmisi olub. İranın Bəndər-Abbas limanındakı gözləmə zonasını tərk edən gəmi, Hörmüz boğazından keçərək Birləşmiş Ərəb Əmirliyinin Əl-Füceyrə limanına doğru istiqamət alıb.