Venesuelada baş vermiş dağıdıcı zəlzələlərdən sonra beynəlxalq humanitar yardım davam edir. Roma Papası XIV Leo zərərçəkən əhaliyə dəstək məqsədilə 100 min avro məbləğində təcili yardım ayırıb. Yardım Müqəddəs Taxt-Tacın xeyriyyə fəaliyyətini həyata keçirən Apostol Sədəqə İdarəsi vasitəsilə təqdim olunacaq. Vatikan bu vəsaitin zəlzələdən zərər çəkmiş insanların ehtiyaclarının qarşılanmasına və xilasetmə işlərinə dəstək məqsədi daşıdığını bildirib. Ayrılan məbləğin ilkin yardım paketi olduğu və gələcəkdə əlavə dəstəyin göstərilə biləcəyi də vurğulanıb. Son günlər müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar da Venesuelaya humanitar yardım və həmrəylik mesajları göndərirlər. Beynəlxalq dəstəyin artması fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərə mühüm töhfə verir. Vatikanın qərarı da bu qlobal humanitar həmrəyliyin tərkib hissəsi kimi qiymətləndirilir.
#Roma papası
Vatikan şəhər-dövləti 1929-cu il iyunun 7-də İtaliya hökuməti ilə imzalanmış Lateran sazişi əsasında yaradılıb
"Qlobal sülh və birgəyaşayış naminə İnsan Qardaşlığı Sənədi" 2019-cu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə, Əl-Əzhərin şeyxi doktor Əhməd əl-Tayyib və Papa Fransisk tərəfindən imzalanmış tarixi bir sənəddir. Bu sənəd, İslam və Xristianlıq dinlərinin iki əsas dini lideri arasında ilk birgə bəyannamə kimi qiymətləndirilir.
Yepiskop şüarı olaraq "Miserando atque eligendo" (Mərhəmətlə seçən) ifadəsini seçdi və gerbinə Yezuitlərin simvolu olan “ihs” nişanını əlavə etdi.
Papa XIV Leo bazar günü ABŞ əməliyyatı nəticəsində Prezident Nikolas Maduronun devrilməsindən sonra Venesuelada xalqın rifahının üstün tutulmalı olduğunu bildirib və ölkənin suverenliyinin təmin edilməsinə çağırıb.
Vatikan Dövlətinin başçısı Papa XIV Leo, başda Rusiya–Ukrayna müharibəsi olmaqla, dünyada Milad bayramı münasibətilə 24 saatlıq atəşkəsə əməl olunması çağırışı edib. Papa dünən axşam saatlarında həftəlik istirahətini keçirdiyi Romanın yaxınlığındakı Kastel Qandolfo qəsəbəsindəki iqamətgahından Vatikana yola düşərkən onu gözləyən jurnalistlərin suallarını cavablandırıb.
Livan ilə İsrail arasındakı müzakirələr ABŞ və Avropanın güclü təzyiqləri altında davam edir və tərəflər masaya fərqli prioritetlərlə gəlirlər. Vatikan Dövlət Başçısı Papa XIV Leo-nun Livan səfərini tamamlamasının ardından, İsrail və Livan 3 dekabrda "Mexanizm" kimi tanınan Atəşkəsi Nəzarət Komitəsinin toplantılarına qarşılıqlı olaraq mülki nümayəndə göndərməyi qərara alaraq müzakirə prosesini yeni mərhələyə daşıyıb. ABŞ və Avropanın təzyiqi ilə sürət qazanan prosesdə, Livan heyətinə mülki nümayəndə kimi təyin edilən Səfir Simon Keremin səlahiyyətləri və müzakirələrin gündəliyi ətrafında mübahisələr ortaya çıxıb.
Vatikan Dövlət Başçısı Papa 14. Leo ilə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Roma şəhərində görüşüb. Görüş zamanı Rusiyanın Ukraynaya qarşı apardığı müharibə və diplomatik təşəbbüslərin davam etdirilməsi müzakirə olunub. Vatikan Mətbuat Ofisinin açıqlamasında bildirilib ki, Papa Ukraynadakı münaqişəyə dair səmimi söhbətdə dialoqun davam etdirilməsinin vacib olduğunu və bu səylərin ədalətli və davamlı sülhə yol aça biləcəyi ümidini ifadə edib.
Papa XIV Leo, Türkiyə səfəri çərçivəsində İstanbuldakı Sultanahmet Məscidini ziyarət edib. Papa XIV Leoya Turizm naziri Mehmet Nuri Ersoy və ziyarət heyəti müşayiət edib. Ziyarət öncəsi bölgədə geniş təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilib. Rəsmi ziyarətini Türkiyə Cumhurbaşkanı Recep Tayyip Ərdoğanın dəvəti ilə həyata keçirən Papa XIV Leo, gecəni Şişlidəki Saint Esprit Katedralinde keçirib. Şənbə günü üçün planlanan görüşlərinin ilk məkanı Sultanahmet Məscidi olub.
Vatikan Dövlət Başçısı və katoliklərin ruhani lideri Papa XIV Leo, Fələstin Prezidenti Mahmud Abbas ilə Qəzzaya humanitar yardımın çatdırılması və iki dövlətli həll yolunu müzakirə edib. Rəsmi səfər üçün Roma şəhərində olan Abbas səhər saatlarında Vatikanı ziyarət edib. Vatikanın açıqlamasına görə, görüş 26 iyun 2015-ci ildə Vatikanın Fələstin Dövlətini tanımasını təmin edən sazişin 10 illiyi münasibətilə keçirilib.
Vatikan rəsmi olaraq Papa XIV Leonun ilk xarici səfərinin Türkiyəyə olacağını açıqlayıb. Vatikan Mətbuat Ofisinin məlumatına görə, Papa 27–30 noyabr 2025 tarixlərində Türkiyəni, daha sonra isə Livana ziyarət edəcək. Vatikan Mətbuat Ofisi direktoru Matteo Bruni, Papanın hər iki səfəri üçün “müvafiq ölkələrin prezidentlərinin və kilsə rəhbərlərinin dəvətini qəbul etdiyini” bildirib.
Papa, “Mən bütün məhbusların azad edilməsini, daimi atəşkəsin yaradılmasını, humanitar yardımın təhlükəsiz daxil olmasını və humanitar hüquqa tam hörmətlə yanaşmağı xahiş edirəm,” deyərək beynəlxalq hüququn mülki şəxslərin müdafiəsini təmin etdiyini vurğulayıb. O, kollektiv cəzaların, nəzarətsiz güc tətbiqinin və məcburi köçkünlüyün beynəlxalq hüquqla qadağan edildiyini bildirib və bu “məhv”ə son qoymağa çağırıb. Qeyd edək ki, Papa XIV Leo Qəzzadakı vəziyyətlə bağlı dəfələrlə sülh və humanitar yardım çağırışları edib. X platformasında yayılan fikirlər, onun bəyanatlarının Qəzza münaqişəsinin beynəlxalq gündəmdə qalmasına töhfə verdiyini göstərir.