31 yaşlı hücumçu fevral ayında böyük gözləntilərlə Rotterdama transfer olunsa da, əsas heyətdə möhkəmlənə bilməyib. O, Erediviziya çərçivəsində cəmi 333 dəqiqə meydanda olub və sabit oyun praktikası əldə edə bilməyib. Məlumata görə, Sterlinq məşqlərdə peşəkar yanaşma nümayiş etdirsə də, gözlənilən performansı sərgiləyə bilmədiyi üçün klub uzunmüddətli əməkdaşlıqdan imtina edib. Baş məşqçi Robin van Persi əvvəlcə müqavilənin uzadılmasının mümkünlüyünü istisna etməsə də, son qərar mənfi olub.
#Feyenoord Erediviziya turnir cədvəli
İngiltərə millisinin sabiq hücumçusu Rahim Sterlinq doqquz aylıq fasilədən sonra ilk rəsmi oyununa çıxıb və mümkün milli komandaya dönüşlə bağlı sualı cavablandırıb. O, Erediviziya təmsilçisinin heyətində debütünü Telstar üzərində 2:1 hesablı qələbə ilə başa çatan oyunda ehtiyat oyunçular skamyasından meydana daxil olaraq edib.