#İtaliya

UEFA Çempionlar Liqasının son 16 play-off mərhələsinin ilk oyununda Türkiyənin Qalatasaray klubu İtaliyanın Yuventus komandasını qəbul edəcək. Qalatasaray sabahkı oyuna bir neçə itki ilə çıxacaq. Qabonlu yarımmüdafiəçi Mario Lemina sarı vərəqə cəzası səbəbindən meydana çıxa bilməyəcək. Bundan əlavə, UEFA siyahısına daxil edilməyən Arda Ünyay, Renato Nhaqa və Can Armando Güner də oyunda iştirak etməyəcək.

2026-cı ilin yanvar ayında İtaliyadan Türk limanlarına 3 milyon 313 min 159 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər İtaliyadan Türkiyə limanlarına 295 min 6 ton yük daşınıb. “Bu ilin yanvar ayında İtaliyadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 941 min 699 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya, Argentina və Qətərin Ankaradakı fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib. Görüşdə İtaliyanın səfiri Giuseppe Manzo, Argentinanın səfiri Pablo Jose Rodriguez Brizuela və Qətərin səfiri Faisal Abdullah H. A. Al-Hanzab Rəcəb Tayyib Ərdoğana etimadnamələrini təqdim ediblər.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli fevralın 3-də İtaliya Respublikasının ölkəmizdəki səfiri Luka Di Canfrançesko ilə görüşüb. Səfiri salamlayan Adil Kərimli Azərbaycan ilə İtaliya arasında uzun illərdir mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin mədəniyyət sahəsində də uğurlu əməkdaşlıq üçün əlavə zəmin yaratdığını deyib.

“Flamenqo” rəsmi saytında 28 yaşlı yarımmüdafiəçi Lukas Paketanın İngiltərənin “Vest Hem” klubundan transfer olunduğunu elan edib. Futbolçu ilə bağlanan müqavilə 2030-cu ilin sonunadək qüvvədə olacaq. Paketa “qırmızı-qaralar”ın heyətində 20 nömrəli forma ilə çıxış edəcək. Flamenqo” bu transfer üçün Braziliya futbolu tarixində rekord məbləğ sayılan 42 milyon avro ödəyib.

İranın devrilmiş şahının oğlu Rza Pəhləvi İtaliyanın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması təşəbbüsünü dəstəklədiyini açıqlayıb. ABŞ-da yaşayan Rza Pəhləvi daha əvvəl hakimiyyətə gələcəyi təqdirdə İsraili tanıyacağını və İranın nüvə proqramını dayandıracağını açıqlamışdı. O, həmçinin İran rəhbərliyinin devrilməsini dəstəkləyən çağırışlar edib və bəzi hallarda ölkəyə zərbələrin endirilməsini müdafiə edib.

ABŞ hökuməti İtaliyadan Qəzzada vəziyyətin sabitləşdirilməsi və humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində dəstək göstərməsini xahiş edib. Qərarı İtaliya rəhbərliyi müstəqil şəkildə qəbul edəcək. Hazırda Roma hökuməti Qəzza Sektorunda ABŞ təşəbbüsü ilə yaradılan sülh şurasına qoşulub-qoşulmamağa dair müzakirələr aparır.

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya ölkəyə 17 axtarılan şəxsin gətirildiyini açıqlayıb. Yerlikayanın bildirdiyinə görə, bu şəxslər arasında 12 nəfər qırmızı bültenlə, 5 nəfər isə milli səviyyədə axtarılan cinayətkardır. Onların ölkəyə gətirilməsi bir neçə beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilib.