BAKI,VOA, Fərid Mikayılov
ley-off finalında Bosniya və Herseqovinaya məğlub olan İtaliya penaltilər seriyasında 4-1 hesabı ilə uduzaraq turnirdən kənarda qalıb.
VOA xəbər verir ki, oyunun əsas və əlavə vaxtı 1-1 hesabı ilə başa çatıb.
Beləliklə, “gök-mavililər” ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib.
Oyundan sonra baş məşqçi Cennaro Qattuzo nəticəyə görə üzr istəyərək bildirib ki, komanda əlindən gələni etsə də, məqsədə çatmaq mümkün olmayıb. O, şəxsi məsuliyyət daşıdığını vurğulayıb və gələcəyi ilə bağlı qərarın ikinci planda olduğunu qeyd edib.
İtaliya Futbol Federasiyasının rəhbərliyi isə Qattuzoya dəstək verərək onun komandanın başında qalmasını istədiyini açıqlayıb. Bununla yanaşı, federasiyada yaxın günlərdə vəziyyətin müzakirəsi üçün iclas keçiriləcəyi bildirilib.
Məğlubiyyət ölkə daxilində ciddi narazılıq doğurub. Siyasi dairələr və ekspertlər İtaliya futbolunda köklü islahatlara ehtiyac olduğunu vurğulayıblar.
İtaliya mətbuatında isə nəticə “fəlakət” və “fiasko” kimi qiymətləndirilib və milli komandanın böhranda olduğu qeyd olunub.