Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    İtaliyanın İraqdakı hərbi bazasına raket zərbəsi endirilib

    12 Mart 2026 11:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İtaliyanın İraqdakı hərbi bazasına raket zərbəsi endirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    İtaliya Müdafiə Nazirliyinin cümə axşamı yaydığı məlumata görə, İraq Kürdüstanında yerləşən İtaliya hərbi bazası gecə saatlarında raket hücumuna məruz qalıb.

    VOA xəbər verir ki, nazirlik rəsmi "X" platformasında verdiyi açıqlamada raketin Ərbildəki bazaya düşdüyünü, lakin İtaliya hərbi heyəti arasında hər hansı tələfat və ya yaralanma halının qeydə alınmadığını bildirib. Heyət üzvlərinin hamısının vəziyyətinin yaxşı olduğu və hadisə ilə bağlı Müdafiə naziri Quido Krosettonun yüksək rütbəli hərbi komandirlərlə daimi təmasda olduğu diqqətə çatdırılıb.

    İtaliyanın xarici işlər naziri Antonio Tajani də hadisə ilə bağlı verdiyi mesajda hərbi personelin hücum zamanı sığınacaqlara yerləşdiyini, bütün əsgərlərin sağ-salamat olduğunu təsdiqləyib. Hadisənin regional gərginliyin artdığı bir dövrə təsadüf etməsi beynəlxalq koalisiya qüvvələrinin təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Nazirlik İtaliya hərbçilərinin hadisədən sonra müdafiə tədbirlərini gücləndirdiyini və bölgədəki vəziyyəti yaxından izlədiklərini bəyan edib.

    Qeyd edək ki, İtaliyanın Ərbildə təxminən 300 nəfərlik hərbi kontingenti fəaliyyət göstərir. Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yer alan məlumata görə, bu hərbi heyət kürd təhlükəsizlik qüvvələrinin təlimatlandırılması və peşəkar hazırlığının artırılması missiyasını həyata keçirir. İtaliya əsgərləri illərdir bölgədə terrorla mübarizə və sabitliyin təmin edilməsi istiqamətində beynəlxalq səylərin tərkib hissəsi kimi xidmət edirlər.

    #İtaliya #İraq #İsrail və İran gərginliyi #İsrailin İran hücumu #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraq Kürd Regional Hökuməti İranın hücumlarının dərhal dayandırılmasını tələb edib

    17 İyul 2026 20:38

    Suriya İranın əl-Tənf bazasına zərbə endirməsi barədə xəbərləri təkzib edib

    17 İyul 2026 18:16

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    16 İyul 2026 20:27

    ABŞ İraq–Suriya neft kəməri layihəsinə dəstək verir

    11 İyul 2026 22:04

    Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    9 İyul 2026 18:56

    İraqda kürd müxalif qrupuna məxsus düşərgəyə pilotsuz uçuş aparatları ilə zərbələr endirilib

    9 İyul 2026 18:42

    İtaliya İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək - Meloni

    8 İyul 2026 22:37

    Belçikanın müdafiə naziri Trampa: Melonini rahat buraxın

    7 İyul 2026 12:02

    Xamenei İraqda mühüm siyasi və dini təsirə malik fiqur kimi qiymətləndirilir

    4 İyul 2026 18:33

    İraq hökuməti silahlı qruplarla bağlı yeni qərar qəbul edib

    29 İyun 2026 21:02

    İtaliya İsrail-Livan razılaşmasına diplomatik dəstək verməyə hazırdır

    27 İyun 2026 18:25

    Livan Prezidenti Fransa və İtaliyanın yeni təşəbbüsünü alqışladı

    26 İyun 2026 18:11
    XƏBƏR LENTİ

    ABŞ-nin İranın təzyiq imkanlarını məhdudlaşdırmasında Suriyanın rolu nədən ibarətdir?

    Şəxsi brend necə formalaşır? Mütəxəssislər fərqlənməkdən daha vacib üç amili açıqlayırlar

    Bu gün Brüs Li 32 yaşında vəfat etdi

    Tarixdə bu gün - 20 İyul

    Qətərdə fintex inqilabı: Nağdsız ödənişlər may ayında rekord qırdı

    Səudiyyə daşınmaz əmlak elanlarına ciddi nəzarət -lisenziya şərtdir

    Əraqçidən etiraf – Ali Rəhbərin ofisində təhlükəsizlik boşluğu var

    Qərb dünyası niyə ədəbiyyata dinin təsirini qəbul etmir?

    Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

    Psixoloji pozuntular həqiqətən artır, yoxsa onlar daha çox görünür? Mütəxəssislər sosial media və marketinqin rolunu izah edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.