#Donald Tramp

Tramp görüşdən öncə Zelenskiyə ünvanladığı mesajda Ukraynanın NATO-ya qoşulmayacağını və 2014-cü ildə ilhaq edilmiş Krımın geri qaytarılmayacağını vurğulayıb. O bildirib ki, Ukrayna prezidenti istəsə, müharibəni “demək olar ki, dərhal” dayandıra bilər. Trampın bu açıqlaması Avropa liderlərinin də diqqətini çəkib. Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers, Böyük Britaniyanın baş naziri Keir Starmer, İtaliyanın baş naziri Giorgia Meloni, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Finlandiya prezidenti Aleksandr Stubb və NATO-nun baş katibi Mark Rutte Zelenski ilə birlikdə Vaşinqtona gəliblər. Liderlər görüşdə ABŞ-ın təhlükəsizlik zəmanətləri və Rusiyanın sülh sazişində hansı güzəştlərə gedə biləcəyi barədə müzakirələrin aparılacağını gözləyirlər.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirəcəyi görüş üçün Vaşinqtona çatıb. Zelenski, ABŞ mərkəzli X platformasında yayımladığı açıqlamada Trampla görüşmək üçün Vaşinqtona gəldiyini və daha sonra Avropa liderlərinin də qatılacağı bir görüş keçiriləcəyini bildirib. "Hamımız bu müharibəni tez və etibarlı şəkildə sona çatdırmaq üçün güclü bir istək hiss edirik. Və sülh daimi olmalıdır. Bu, illər əvvəl Ukraynanın Krımdan və şərqimizin bir hissəsi – Donbas bölgəsinin bir parçasından əl çəkməyə məcbur qaldığı və (Rusiya Prezidenti Vladimir) Putinin bunu yeni hücumu üçün tramplin kimi istifadə etdiyi zamankı kimi olmamalıdır." - deyə Zelenski qeyd edib.

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini Krım məsələsindən və NATO-ya üzvlük hədəfindən əl çəkməyə çağırıb. O, bu iki mövzunun artıq gündəmdə olmadığını bildirib. Tramp Truth Social hesabında paylaşdığı açıqlamada bu gün Ağ Evdə Zelenski və Avropa liderləri ilə keçirəcəyi görüşün əhəmiyyətini vurğulayıb. O, Avropa liderləri ilə birgə sülh prosesinə dair mühüm müzakirələrin aparılacağını qeyd edib.

Tramp, Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi sammitin nəticələri barədə Zelenskiyə məlumat verərək Moskvanın cəbhə xəttinin dondurulması müqabilində Ukrayna ordusunun Donbasdan çıxarılmasını təklif etdiyini söyləyib. Məlumata görə, Zelenski bu şərti qəbul etməyib və bildirib ki “bu, mümkün deyil.”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşü müsbət qiymətləndirib. Bu barədə Ərdoğanın verdiyi açıqlamada deyilir.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinin davamlı və qalıcı sülhlə bitməsinin vacibliyini vurğulayaraq, atəşkəsin həm quruda, həm havada, həm də dənizdə təmin olunmasını tələb edib. O, həmçinin bütün ukraynalı hərbi və mülki əsirlərin azad edilməsini və Rusiya tərəfindən qaçırılan uşaqların geri qaytarılmasını önə çəkib. Zelenski Alyaska sammitindən sonra ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə telefon danışıqlarını şərh edib, bazar ertəsi Vaşinqtona gedəcəyini bildirib. O, görüşdüyü liderlərin müharibənin dayandırılması ilə bağlı aydın mövqedə olduğunu, Ukrayna üçün uzunmüddətli təhlükəsizliyin ABŞ və Avropanın dəstəyi ilə təmin edilməsinin vacibliyini vurğulayıb.