Tarixi şəxsiyyətlər

Əsl adı Məhəmməd Cəlaləddin olan böyük mütəfəkkir tarix boyunca "Xudavəndiyar", "Sultanul-Aşiqin" (aşiqlər sultanı) və "Sultanul-Muhibbin" (sevgililər sultanı) ləqəbləri ilə tanınmışdır. Ona "Sahibimiz" və ya "Ağa" mənasına gələn "Mövlana" ləqəbi gənc yaşlarında Konyada dərs deməyə başladığı zaman Şeyx Sədrəddin Konyəvi tərəfindən verilmişdir. "Rumi" ləqəbi isə Anadoluya (o vaxtlar "Diyari-Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün onun adına əlavə olunmuşdur.

“Səyahət insanı əvvəl heyran edir, sonra isə nağılçıya çevirir” — İbn Battuta. İslam dünyasının ən məşhur səyyahlarından biri olan İbn Battuta, müasir dövrə qədər yaşamış bütün digər səyyahlardan daha çox yol qət etmiş tarixi şəxsiyyətlərdən biridir. Onun ömrü boyu keçdiyi məsafə təxminən 117 min kilometrə bərabərdir ki, bu da onu orta əsrlərin ən böyük səyyahı kimi tarixə salıb.

Osmanlı dövlətinin Parisdəki üçüncü səfir olan Əbürrəhim Muhib Əfəndi İstanbulda anadan olub;. O, əvvəlcə kanselyariya müdiri, 1790-cı ildə məmur köməkçisi, sonra isə müdir oldu. Onun əsl şöhrəti 1806-1811-ci illər arasında səfir təyin edildikdən sonra başladı.