#Qətər

İsrail Baş naziri Benyamin Netanyahu təhlükəsizlik toplantısından sonra orduya Qəzzada hərbi əməliyyatları bərpa etməyi tapşırıb. Yerli media İsrail ordusunun ilk olaraq Rəfah şəhərinə hava hücumu həyata keçirdiyini bildirir. Netanyahu qərarını “HƏMAS-ın atəşkəsi pozduğu” iddiası ilə əsaslandırıb.

İsrail hökumətinin 2020-ci ildə Qətərin Qəzzaya birbaşa maliyyə dəstəyi göstərməsini təşviq etdiyi və bu fəaliyyətini yüksək qiymətləndirdiyi sənəd üzə çıxıb. Sənəddə bildirilir ki, Qətər hökuməti Qəzza Yenidənqurma Komitəsi və onun rəhbəri Məhəmməd əl-İmadi vasitəsilə bölgə əhalisinə maddi yardım göstərib, elektrik, infrastruktur, səhiyyə və yaşayış layihələrinə maliyyə dəstəyi verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkiyədə səfərdə olan Böyük Britaniyanın Baş naziri Keir Starmer Ankarada birgə mətbuat konfransı keçiriblər. Görüş çərçivəsində iki ölkə arasında müdafiə sənayesi və iqtisadi əməkdaşlıq sahəsində mühüm razılaşmalar imzalanıb. Prezident Ərdoğan, “Eurofighter Typhoon” döyüş təyyarələrinin tədarükünə dair tətbiq mexanizmlərinin heyətlərarası görüşlərdə imzalandığını açıqlayıb. “Bu əməkdaşlığın müdafiə sənayesində yeni ortaq layihələrə yol açacağına inanırıq. Bu razılaşmanı iki yaxın müttəfiq arasında strateji münasibətlərin yeni bir simvolu hesab edirik,” – deyə dövlət başçısı qeyd edib.

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü bildirib ki, “İsrail suveren dövlət olaraq öz təhlükəsizlik siyasətini və Qəzza zolağında əməkdaşlıq etməyə razı olduğu beynəlxalq qüvvələri özü müəyyən edəcək”. “Biz təhlükəsizliyimizə özümüz nəzarət edirik və beynəlxalq güclərə aydın şəkildə izah etmişik ki, İsrail hansı qüvvələrin bizim üçün qəbuledilməz olduğunu özü müəyyən edəcək. Biz bu şəkildə hərəkət etmişik və bu istiqamətdə hərəkət etməyə davam edəcəyik”.-deyə o bildirib.

Qətər Dövləti Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə sarsılmaz sadiqliyini yenidən bəyan edərək, beynəlxalq təşkilatın fəaliyyətinə dəstəyini, onun tərəfdaşlıqlarının möhkəmləndirilməsinə və BMT-nin səmərəliliyini, çevikliyini və qlobal problemlərə reaksiyasını artırmaq məqsədi daşıyan islahatlara verdiyi dəstəyi vurğulayıb.

Türkiyənin “Eurofighter Typhoon” döyüş təyyarələrinin alınması ilə bağlı Qətər və Omanla apardığı danışıqlar uğurla davam edir. Ərdoğan bu barədə Oman səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib. Ankara Avropa müttəfiqləri və ABŞ-la müasir döyüş təyyarələrinin – 40 ədəd “Eurofighter Typhoon”, həmçinin “F-16” və “F-35” təyyarələrinin alınması barədə danışıqlar aparır.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin İraq və Suriyadakı mövcudluğunun səbəbləri artıq bütün dünya tərəfindən məlumdur, lakin müxalifət partiyası CHP (Cümhuriyyət Xalq Partiyası) hələ bunu dərk etməyib. Ərdoğan vurğulayıb ki, CHP məsələnin partiya yox, dövlət işi olduğunu başa düşməyib və son hadisələrin partiyanı da bu həqiqəti anlamağa sövq edəcəyinə inanır.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani-nin iştirakı ilə müxtəlif sahələrdə anlaşmalar və Yüksək Strateji Komitənin 11-ci Toplantısına dair Birgə Bəyanat imzalanıb. Türkiyə ilə Qətər arasında müxtəlif sahələr üzrə anlaşmalar imzalanıb. Əmirlik Divanında keçirilən təkbətək və nümayəndə heyətləri səviyyəsində görüşlərdən sonra Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani Türkiyə–Qətər Yüksək Strateji Komitəsinin 11-ci iclasına sədrlik ediblər.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfəri çərçivəsində Qətərdə səfərdədir. Səfər zamanı o, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə paytaxt Dohada görüş keçirib. Əmirlik Divanında baş tutan görüş mətbuata qapalı şəraitdə keçirilib. İkili görüşdən sonra nümayəndə heyətləri arasında danışıqlar aparılacaq və müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması nəzərdə tutulur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz turunun ilk dayanacağı olan Küveytə səfər edib və rəsmi mərasimlə qarşılanıb. Prezidentlə birlikdə Birinci xanım Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Güler, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat, eləcə də AK Partiya rəhbərliyindən bir sıra yüksək vəzifəli şəxslər - Ömər Çelik, Halit Yerebakan, Özlem Zengin, MİT rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanettin Duran, Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və xarici siyasət və təhlükəsizlik üzrə baş müşavir Akif Çağatay Kılıç da Küveytə səfərdə iştirak ediblər.