#Qətər

Qətər dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani İsraili Qəzza zolağında soyqırım törətməkdə ittiham edib. O bildirib ki, bölgədə baş verənlər “bütün beynəlxalq qanun və normaların açıq şəkildə pozulmasıdır.” Əmir bu fikirləri çərşənbə axşamı günü Qətər Şura Məclisinin yeni iclas ilinin açılışında səsləndirib. O vurğulayıb ki, “Qəzza sektoru vahid Fələstin dövlətinin ayrılmaz hissəsidir” və Qətər İsrailin davamlı hücumlarını, eləcə də atəşkəs razılaşmalarının təkrar pozulmasını qəti şəkildə pisləyir.

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən Qəzza atəşkəsi risk altındadır, İsrail ordusu bölgədə hücumlarını davam etdirərək razılaşmanı dəfələrlə pozub. Qəzza Hökumətinin Media Ofisinin bəyanatına əsasən, İsrail ordusu atəşkəs razılaşmasını 80 dəfə pozub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 21-22-23 Oktyabr tarixlərində Küveyt, Qətər və Oman ölkələrinə rəsmi səfər edəcək. Səfərlər zamanı bu ölkələrlə ikitərəfli münasibətlərin bütün aspektləri yenidən nəzərdən keçiriləcək və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün görüləcək işlər müzakirə olunacaq. Görüşlərdə həmçinin regional inkişaflar və beynəlxalq məsələlər barədə məsləhətləşmələrin aparılması planlaşdırılır.

İsrail və Fələstin arasında Qətər, Misir və Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində Qəzzə zolağında iki ildir Qəssam briqadaları tərəfindən saxlanılan 20 israilli əsir azad edilib. Qəssam briqadaları tərəfindən saxlanılan israilli əsirlərin iki il ərzində tünellərdə qaldıqları bildirilir. Lakin görüntülərdə və ilkin tibbi hesabatlarda onların fiziki və psixoloji vəziyyətlərinin sabit olduğu qeyd olunur.