#Türkmənistan

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Türkmənistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz azalaraq, 42 milyon 163 min 51 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Türkmənistana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalaraq, 5 milyon 35 min 14 dollara çatdırıb.

Noyabrın 14-də Daşkənd şəhərinin məşhur "Panoramafilm" kinoteatrında “Tağıyev: Neft” filminin xüsusi nümayişi təşkil olunub. Tədbirdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın mədəniyyət nazirləri, həmçinin bu ölkələrin kino agentliklərinin rəhbərləri və paytaxt ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistanın - beş Mərkəzi Asiya ölkəsinin təmsil olunduğu konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 44 faiz artaraq, 165 milyon 371 min 90 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Türkmənistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz artaraq, 18 milyon 159 min 90 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq, 14 milyard 103 milyon 4 min dollara bərabər olub.

Noyabrın 12-də Aşqabad Ticarət və Sənaye Palatasının sərgi mərkəzində "Türkmentel-2025" Beynəlxalq Sərgisinin açılışı olub. Sərgidə bir çox ölkələrlə yanaşı, Türkmənistandan 200-dən çox təmsilçi iştirak edib. Tədbirdə Azərbaycan şirkətləri də təmsil olunub. "Delta Telecom" şirkəti sərginin platinium sponsoru qismində çıxış edib və öz stendi ilə iştirakçılara təqdim olunub. Həmçinin "Azerconnect" və "AzerTelecom" şirkətlərinin nümayəndələri də sərgidə iştirak ediblər.

ABŞ Prezidenti Donald Tramp, Qəzzada yaradılan Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) “çox yaxın zamanda” fəaliyyətə başlayacağını açıqlayıb. Tramp bu barədə ABŞ-da keçirilən C5+1 zirvəsində, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan prezidentlərini qəbul etdikdən sonra verdiyi açıqlamalarda danışıb. Prezident vurğulayıb ki, Qəzzadakı atəşkəs hazırda davam edir və ABŞ region ölkələri və müttəfiqləri ilə yaxından əməkdaşlıq edir.

2025-ci ilin yanvar-sentyabr aylarında Türkmənistandan Türkiyəyə 146 min 623 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,02 faiz azdır. 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı isə 0,35 faiz təşkil edib. 2025 -ci ilin sentyabrında Türkmənistandan Türkiyəyə 20 min 533 turist səfər edib ki, bu da 2024-cü ilin sentyabrı ilə müqayisədə 27,96 faiz çoxdur.