2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Türkmənistana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36,2 faiz artaraq, 13 milyon 16 min 62 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Türkmənistana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29,7 faiz azalaraq, 1 milyon 872 min 48 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq dəyişərək, 7 milyard 48 milyon 421 min dollara bərabər olub.
#Türkmənistan
Səfir Qismət Gözəlovun “Türkmənistanın xarici siyasəti və diplomatiyası” jurnalında “Ortaq irs üzərində qurulmuş tərəfdaşlıq: Azərbaycan-Türkmənistan münasibətlərinin yüksəlişi” adlı ingilis dilində məqaləsi dərc edilmişdir.
Dördüncü İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Daxili İşlər Nazirlərinin iclası İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə Tehranda öz işinə başlayıb. Tədbir 15 illik fasilədən sonra Tehrandakı Sammit Konfrans Mərkəzində keçirilir. Görüş, İran hökumətinin qonşu ölkələrlə əməkdaşlığı genişləndirmək və regional əlaqələri möhkəmləndirmək siyasəti çərçivəsində təşkil olunub.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Türkmənistana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16 ,5 faiz azalaraq, 15 milyon 243 min 97 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Özbəkistana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq, 1 milyon 653 min 44 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz artaraq, 30 milyard 205 milyon 394 min dollara bərabər olub.
Türkiyə 2025-cü ilin sentyabr ayında Türkmənistana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz azalaraq, 3 milyon 890 min 69 dollara çatdırıb. 2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Türkmənistana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 97 faiz artaraq, 398 min 42 dollara bərabər olub.
15 oktyabr, 2025-ci il tarixində Aşqabad şəhərində (Türkmənistan) Məxdumqulu Türkmən Dövlət Universitetində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılan Məxdumqulu Fəraqi “Aşiq Olmuşam” kitabının təqdimat mərasimi keçirilib. Tədbir, Türk Mədəniyyəti və İrsi Fondu, Türkmənistanın YUNESKO üzrə Milli Komissiyası, Türkmənistan Elmlər Akademiyası tərəfindən birgə təşkil olunan “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutub.
15 oktyabr, 2025-ci il tarixində Aşqabad şəhərində (Türkmənistan) Maxdumqulu Türkmən Dövlət Universitetində Türk Mədəniyyəti və İrsi Fondu, Türkmənistanın YUNESKO üzrə Milli Komissiyası, Türkmənistan Elmlər Akademiyası tərəfindən birgə təşkil olunan “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans 2025-ci ilin “Beynəlxalq Sülh və Etimad İli” elan olunması və Türkmənistanın daimi neytrallığının 30 illiyinin qeyd olunması çərçivəsində baş tutub.
15 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) yeni baş katibi Ramil Həsəni qəbul edib.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Türkmənistana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 74,2 faiz artaraq, 18 milyon 577 min 9 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Türkmənistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37 faiz azalaraq, 1 milyon 59 min 35 dollara çatdırıb.
13-15 oktyabr tarixlərində Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçirilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən mədəniyyət günlərinin zəngin proqramı var. Oktyabrın 13-də Heydər Əliyev Mərkəzində "Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərginin açılışı olub. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, millət vəkilləri, diplomatik korpusun nümayəndələri, iki ölkənin mədəniyyət, elm xadimləri və digər qonaqlar iştirak ediblər.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Türkmənistana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq, 15 milyon 761 min 3 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Türkmənistana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,7 faiz artaraq, 3 milyon 235 min 64 dollara çatdırıb.
Türk Dövlətləri Təşkilatı (TDT) təkcə üzv və müşahidəçi dövlətlərdə deyil, bütövlükdə Avrasiya regionunda inkişafa və sülhə nail olmaq istiqamətində mühüm irəliləyiş nümayiş etdirir. 6-7 oktyabr 2025-ci il tarixlərində qədim Azərbaycan şəhəri Qəbələdəki Heydər Əliyev Konfrans Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Liderlərinin XII Zirvə Toplantısı bu baxımdan əlamətdar hadisə oldu. “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunmuş sammit Təşkilatın regional layihələrin idarə olunmasında gücünü və effektivliyini bir daha ortaya qoydu.