Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib

    7 Noyabr 2025 20:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    8 Noyabr-Zəfər Günü, həmçinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü münasibətilə münasibətilə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində qəbul keçirilib.

    Səfirlikdən AzerVoice-a verilən məlumata görə, tədbirdə çıxış edən səfir Qismət Gözəlov əvvəlcə xalqımıza bu Qələbəni bəxş edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad edib.

    Səfir çıxışında qeyd edib ki, ölkəmiz Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıb. Bu Zəfər Azərbaycan xalqının iradəsinin, birliyinin və ədalətin təntənəsidir. Vətən Müharibəsi nəticəsində işğal altında qalan ərazilərimiz azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib və BMT qətnamələrinin tələbləri yerinə yetirilib. Azərbaycanın bütün suveren ərazilərində dalğalanan bayrağımız isə xalqımızın müstəqilliyinin və Vətən müharibəsində əldə edilmiş Zəfərin əbədi rəmzi kimi dalğalanır.

    Həmçinin, səfir çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin yaradılması istiqamətindəki atılan mühüm addımlardan danışıb, habelə bugündə təhdid olaraq davam edən mina təhlükəsinə toxunub. Səfir bildirib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox vətəndaşımız işğaldan azad edilmiş ərazilərimizdə yaşayır, işləyir və təhsil alır. Azərbaycan işğaldan azad edilmiş torpaqlarımızı, o cümlədən dini-tarixi abidələrimizi və məscidlərimizi bərpa edir, onları yenidən həyat məkanına çevirir. Qardaş Türkmənistanın dəstəyi ilə işğaldan azad edilmiş Füzuli şəhərində məscidin inşası bu mənəvi bərpa prosesinin bariz nümunəsidir və Qarabağın yenidən bərpasına töhfə kimi yüksək qiymətləndirilir. Bu təşəbbüs Türk dünyasının ortaq dəyərlərinə, İslam mədəniyyətinə və azad olunmuş torpaqlarımızın mənəvi dirçəlişinə verilən yüksək önəmin göstəricisidir.

    Səfir hazırda ölkəmizin təşəbbüsü ilə Ermənistanla sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə edildiyini, 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin və digər əldə olunmuş tarixi razılıqların regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələ olduğunu qeyd edib.

    Azərbaycan-Türkmənistan ikitərəfli münasibətlərinə toxunan Səfir bildirib ki, iki ölkə arasında tarixi, mədəni və dini ortaq dəyərlər strateji tərəfdaşlığın əsasını təşkil edir. Azərbaycan və Türkmənistan arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri son dövrdə inkişaf yolu keçərək daha da möhkəmlənib. 2025-ci ildə keçirilən ali, yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlərlə yeni bir mərhələyə qədəm qoyub. Bu tədbirlər həm ikitərəfli, həm də regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir. Bu il ali səviyyədə baş tutmuş ikitərəfli səfərlər, keçirilmiş üçtərəfli yüksək səviyyəli görüşlər əməkdaşlığımızın inkişafına və xalqlarımızın yaxınlaşmasına mühüm töhfə verib. Bu səfərlər, görüşlər və tədbirlər Azərbaycan və Türkmənistan arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə, eləcə də iqtisadi, nəqliyyat, energetika və mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir. İki ölkənin birgə səyləri regionda sabitlik, təhlükəsizlik və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır. 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli”, Türkmənistanda isə “Beynəlxalq Sülh və Etimad İli” kimi qeyd olunması iki ölkənin qarşılıqlı etimada və regional əməkdaşlığa sadiqliyini göstərir.

    Mərasimdə Türkmənistanın xarici işlər nazrinin müavini Əhməd Qurbanov çıxış edərək, Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib, ölkələrimiz arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına dair səmimi fikirlərini ifadə edib.
    Qəbul rəsmi nahar ziyafəti ilə davam edərək, Azərbaycan və dünya bəstəkarlarının, xüsusilə dahi Üzeyir Hacıbəylinin musiqiləri ifa olunub. Qonaqlara Azərbaycan mətbəxinin dadlı nümunələri, şirniyyatlar və milli içkilər təqdim olunub.

    Tədbirdə Türkmənistanda akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri və əməkdaşları, media nümayəndələri, ictimaiyyət təmsilçiləri, həmçinin Türkmənistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

    Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib
    Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib
    Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib
    Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib
    Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib
    Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib
    Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib
    Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib
    Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib
    Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib
    Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib
    Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib
    Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib
    #Türkmənistan #Azərbaycan XİN #44 günlük Vətən müharibəsi #Böyük Qayıdış #Azərbaycanın Türkmənistandakı Səfirliyi #İkinci Qarabağ müharibəsi #Konstitusiya və Suverenlik İli #8 Noyabr – Zəfər Günü #Vətən müharibəsi #Qismət Gözəlov #BMT qətnamələri #Füzuli şəhəri #Beynəlxalq Sülh və Etimad İli #Əhməd Qurbanov #Türkmənistan XİN
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq genişlənir

    14 İyul 2026 11:41

    Çin və Rusiya ticarət yolundakı körpü hücuma məruz qalıb - İran

    9 İyul 2026 20:49

    Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib

    8 İyul 2026 21:34

    Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

    26 İyun 2026 21:31

    Füzulidə inşa olunan məscid Türkmənistanla qardaşlığımızın növbəti nümunəsidir - Anar Quliyev

    23 İyun 2026 12:27

    Azərbaycan-Türkmənistan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

    22 İyun 2026 21:34

    Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib

    22 İyun 2026 09:58

    Xarici İşlər Nazirliyi Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar bəyanat yayıb

    20 İyun 2026 22:45

    Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmaq çağırışı edib

    9 İyun 2026 11:33

    Adil Kərimli Türkmənistanın xarici işlər naziri ilə görüşüb

    6 İyun 2026 14:37

    Türkmənistan Prezidenti Azərbaycanın mədəniyyət nazirini qəbul edib

    6 İyun 2026 12:24

    Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

    6 İyun 2026 10:51
    XƏBƏR LENTİ

    İstanbulda xəstəxana təmir olunacaq

    İranın çoxsaylı hava hücumlarının qarşısı alınıb - Bəhreyn ordusu

    Suriya ilə razılaşma mümkündür, lakin Livanda vəziyyət tamamilə fərqlidir - Rufiz Hafizoğlu

    “AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumlarına qarşı xəbərdar edib

    Antalya Hava Limanında sərnişin axını 13 milyonu ötüb (ÖZƏL)

    Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

    Türkiyənin Ankara Esenboğa Hava Limanında sərnişin axını 7 faiz artıb (ÖZƏL)

    İranda saxlanılan ABŞ vətəndaşı azad edilib - Donald Tramp

    Tehran ABŞ-ın mümkün hücumuna sərt cavab veriləcəyini bəyan edib

    Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.