Türkiyənin yerli istehsal olan beşinci nəsil döyüş təyyarəsi KAAN, ABŞ-da nəşr olunan “National Interest” jurnalında geniş təhlil olunaraq, ölkənin bu sahədəki nailiyyətləri və təyyarənin qabaqcıl imkanları vurğulanıb. Jurnal KAAN-ı Ankaranın indiyə qədərki ən iddialı aerokosmik layihəsi kimi qiymətləndirib və onun hava üstünlüyü, dərin zərbə və şəbəkə əsaslı müharibə kimi geniş missiyaları yerinə yetirə biləcəyini qeyd edib. Təhlildə KAAN-ın iki mühərrikli, gizli və çoxfunksiyalı dizaynı F-35 və Su-57 ilə müqayisə edilərək, təyyarənin radar gizliliyini artıran trapezoidal qanadlar, çən strukturu və daxili silah yuvası kimi xüsusiyyətləri ön plana çıxarılıb. Həmçinin, təyyarənin qabaqcıl sensor paketləri, aktiv elektron skan edilmiş massiv (AESA) radarı və elektron müharibə sistemləri ilə pilotun situasiya məlumatlılığını artıracağı bildirilib.
#KAAN
Türkiyə, hava qüvvələrinin gücləndirilməsi istiqamətində strateji bir addım atmağa hazırlaşır. 5-ci nəsil milli döyüş təyyarəmiz KAAN inventarda yerini alana qədər, qısa və orta müddətli dövrdə 40 ədəd Eurofighter, yeni nəsil F-16 və F-35 təyyarələrinin alınması planlaşdırılır. Türkiyənin uzunmüddətli hava qüvvələri planlamasında KAAN mühüm rol oynayacaq. Lakin bu keçid dövründə Eurofighter, yeni nəsil F-16 və F-35 kimi platformalar dəstəkçi əsas elementlər kimi ön plana çıxır. Göy Vətənin (Türkiyə hava məkanı) müdafiəsini gücləndirmək üçün bütün ehtimalları nəzərdən keçirən Türkiyə, 5-ci nəsil milli təyyarə KAAN inventarda yerini alana qədər alternativlər üzərində diplomatik danışıqlar aparmağa davam edir.
ABŞ-ın nüfuzlu nəşri Newsweek, Türkiyənin yerli istehsal KAAN döyüş təyyarəsinin Cənub yarımkürəsində F-35-lə silah bazarında rəqabət aparmaq potensialına malik olduğunu yazıb. Nəşr bildirib ki, Türkiyə KAAN-ı daha əlçatan bir alternativ kimi mövqeləndirir və bu, xüsusilə inkişaf etməkdə olan iqtisadiyyatların diqqətini cəlb edir.
Türkiyənin Milli Döyüş Təyyarəsi KAAN layihəsi çərçivəsində, Türkiyə və İndoneziya arasında 48 ədəd KAAN təyyarəsinin satışı ilə bağlı kommersiya müqaviləsi imzalanıb.
Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi KAAN layihəsi çərçivəsində ilk uçan prototipin 2026-ci ilin aprel ayında səmaya qalxacağı gözlənilir. Bu barədə Türk Havacılıq və Kosmos Sənayesi (TUSAŞ) baş direktoru Mehmet Demiroğlu məlumat verib.
Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün milli döyüş təyyarəsi KAAN layihəsi ilə bağlı əhəmiyyətli açıqlamalarla çıxış edib.
Haluk Görgün, prezident Ərdoğanın sədrliyi ilə keçirilmiş son Müdafiə Sənayesi İcraiyyə Komitəsində qəbul edilən qərarların müdafiə sənayesində yeni dövr başladacağını bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində keçirilən Türkiyə İxracatçılar Məclisinin (TİM) 32-ci Qurultayı və "İxracatın Şampiyonları" mükafatlandırma mərasimində çıxış edərək ölkənin müdafiə sənayesi və ixrac sahəsindəki nailiyyətlərini vurğulayıb.
Türkiyə ilə İndoneziya arasında bağlanan 48 ədəd KAAN döyüş təyyarəsinin satışı ilə bağlı müqavilə iki ölkə üçün mühüm strateji dönüş nöqtəsi hesab olunur.
Türkiyənin TUSAŞ aviasiya və müdafiə sənayesi şirkəti, milli təyyarələrin istehsalında yerli texnologiyaların rolunu artırmaq məqsədilə TTAF Defence ilə strateji tərəfdaşlıq protokolu imzalayıb.
İndoneziyanın paytaxtı Cakartada keçirilən INDO Defence 2025 sərgisində Türkiyənin müdafiə sənayesi şirkətləri bir sıra mühüm əməkdaşlıq müqavilələri imzalayıblar.
Türkiyə Müdafiə Sənayesi Başqanı Haluk Görgün sosial media hesabında paylaşdığı açıqlamada milli döyüş təyyarəsi KAAN-ın İndoneziyaya ixracına dair fikirlərini bölüşüb.