İstanbulda Yeni il və Milad tədbirlərinə qarşı mümkün terror hücumlarının qarşısının alınması məqsədilə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat nəticəsində hücum planlaşdırmaqda şübhəli bilinən 115 nəfər saxlanılıb. İstanbul Respublika Baş Prokurorluğunun yaydığı məlumata görə istintaq çərçivəsində ümumilikdə 137 nəfər barəsində saxlanılma qərarı çıxarılıb. Polis qüvvələri şəhər üzrə 124 ünvanda eyni vaxtda əməliyyat həyata keçirib.
#İŞİD
Dəməşqdə Suriya təhlükəsizlik qüvvələri ilə ABŞ-ın başçılıq etdiyi beynəlxalq antiterror koalisiyasının birgə keçirdiyi əməliyyat nəticəsində terror təşkilatı İŞİD-in sözdə Dəməşq üzrə məsul şəxsi və onun bir neçə köməkçisi saxlanılıb.Suriyanın rəsmi dövlət televiziyası El-İhbariyye Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən bildirib ki, əməliyyat koalisiya qüvvələri və ölkənin daxili təhlükəsizlik bölmələrinin koordinasiyası ilə həyata keçirilib.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının intihar aktı törətmək üçün tapşırıq verdiyi Mehmet Gören Əfqanıstan–Pakistan bölgəsində saxlanılaraq Türkiyəyə gətirilib. MİT-in apardığı kəşfiyyat tədbirləri çərçivəsində Əfqanıstan–Pakistan bölgəsində İŞİD-in tərkibində fəaliyyət göstərən türk mənşəli şəxsin olduğu müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, sözügedən şəxs İŞİD-ə məxsus düşərgələrdə aktiv fəaliyyət göstərib və zamanla təşkilat daxilində rəhbər vəzifəyə qədər yüksəlib.
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Homs vilayətinin və Suriya səhrasının bir neçə ərazisində İŞİD terror qruplaşmasına qarşı əməliyyata başlayıb.
ABŞ Prezidenti Donald Tramp Suriyada amerikalı iki əsgərin və bir mülki tərcüməçinin öldürülməsinə münasibət bildirib. Tramp itkilərə görə dərin kədər hissi keçirdiyini bildirib və yaralanan üç ABŞ əsgəri üçün dua etdiyini qeyd edib.
Türkiyənin 22 şəhərində son iki həftə ərzində genişmiqyaslı antiterror əməliyyatları həyata keçirilib. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabından paylaşım edib. Aparılan əməliyyatlar nəticəsində İŞİD terror təşkilatına maliyyə dəstəyi verən və sosial media vasitəsilə təbliğat aparan 92 nəfər saxlanılıb
İstanbulda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. Hücum həyata keçirmək üçün partlayıcı maddə əldə etdikləri müəyyən edilən 14 şübhəli saxlanılıb. İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi əməkdaşları İŞİD terror təşkilatının fəaliyyətlərinin qarşısını almaq və həmin fəaliyyətləri ifşa etmək istiqamətində işlərini davam etdirir. Aparılan araşdırmalar zamanı terror təşkilatı adından hücum planlamaq üçün partlayıcı əldə edən, həmçinin münaqişə bölgələri ilə əlaqəli fəaliyyət göstərən şübhəlilərin kimlikləri və ünvanları müəyyən edilib.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Nigeriyada xristianlar “mövcudluq baxımından təhlükə” ilə üzləşirlər. Onun bu açıqlaması, ABŞ və Avropadakı radikal sağ dairələrdə Nigeriyada “xristianlara qarşı kütləvi qırğın” iddialarının geniş şəkildə yayılması fonunda səslənib.
İstanbulda terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı, təşkilatın aktual təbliğat fəaliyyətlərini həyata keçirən və təşkilati ünsiyyət üçün istifadə edilən tətbiqlərdən istifadə etdiyi iddia olunan 21 şübhəli saxlanılıb. İstanbulda İŞİD silahlı terror təşkilatına qarşı keçirilən əməliyyat nəticəsində 21 şübhəli saxlanılıb. Şübhəlilərin evlərində aparılan axtarışlarda təşkilatın bayrağı və çox sayda rəqəmsal material tapılıb.
Suriyada milli birliyin təmin olunması təkcə ölkə daxilində deyil, bütün Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olması üçün əsas şərtdir.Dəməşq bu istiqamətdə mühüm addımlar atsa da, iqtisadi baxımdan geniş beynəlxalq dəstək və effektiv siyasi vasitəçilik hələ də zəruridir. Xüsusilə, mərkəzi hökumət və yerli idarələr arasında səlahiyyət bölgüsünə dair İraq təcrübəsindən bəhrələnmək vacib sayılır.
Suriya Daxili İşlər Nazirliyi bildirib ki, Dəməşq əyalətinin şimal bölgələrindən birində fəaliyyət göstərən “İŞİD”-ə mənsub terrorçu hüceyrə məhv edilib. Əməliyyat ümumi təhlükəsizlik idarəsi tərəfindən əyalətin daxili təhlükəsizlik qüvvələrinin komandanlığı ilə əməkdaşlıqda həyata keçirilib. Nəticədə, bir terrorçu saxlanılıb, iki nəfər isə zərərsizləşdirilib, həmçinin silah və sursat anbarı ələ keçirilib.
Rusiya və Suriya tərəflərinin, Bəşər Əsəd rejiminin devrilməsindən sonra, qarşılıqlı münasibətləri yeni əsaslar üzərində qurmağa hazır olduqlarını göstərən müsbət siqnallar ardıcıl şəkildə gəlməkdədir. Son aylarda diplomatik, iqtisadi və hərbi sahələrdə nəzərəçarpacaq canlanma müşahidə olunub; bu proses görüşlər, səfərlər və həvəsləndirici bəyanatlarla müşayiət edilir. Ərəb-Rusiya sammitinin bu ayın ortalarına planlaşdırılmış iclasının təxirə salınması fonunda, Rusiya xarici işlər naziri Sergey Lavrov ötən cümə axşamı televiziya müsahibəsində bildirdi ki, Moskva Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, lakin eyni zamanda ayrılma meyillərinin doğura biləcəyi ciddi təhlükələr barədə xəbərdarlıq edir.